Kiprdə işləmək üçün icazənin və oturma izninin alınması qaydaları.

11 Dekabr 2020 00:00

Kiprə xarici vətəndaşların işə cəlb edilməsi ilə bağlı icazə.

Kiprdə fəaliyyət göstərən şirkətlər bir xarici vətəndaşı hansısa formada işə götürmədən öncə sübut etməlidilər, bu vakansiya üzrə Kiprdə işçi tapa bilmirlər. Bu prosedur Kipr qəzetlərinə və Əmək Nazirliyinin bazasına elan verilməsi yolu ilə həyata keçirilir. Bütün müraciətlər nazirlik əməkdaşları tərəfindən qeyd edilir. Əgər 40 gün ərzində lazım olan şərtlərə uyğun bir namizəd tapılmasa, bundan sonra xarici vətəndaşın bu vakansiya üzrə işləməsinə icazə verilir. Ancaq burada müraciət etmiş şirkət də yoxlanılır və bu vakansiyanın bir yalan olmadığı da araşdırılır.

         Bütün bu proseslər keçdikdən və hər şey nazirlik əməkdaşları tərəfindən yoxlandıqdan sonra şirkətə əcnəbi işçinin işlədilməsi ilə bağlı icazə verilir. Bu icazə hər hansı konkret şəxsə yönəlmiş bir icazə deyil. Yəni şirkət bir əcnəbi şəxsi vakansiya üzrə işə götürüb, daha sonra işini bəyənmədiyi halda çıxara və artıq alınmış icazə ilə başqa bir əcnəbi vətəndaşı işə götürə bilər.

Kiprdə işləmək üçün icazə.

İcazənin alınması üçün rəsmi qurumlara təqdim olunmalı sənədlər:

  • MGEN2 və yaxud MNSP2 müraciət forması
  • Xarici pasportun keyfiyyətli nüsxəsi
  • Cinayət mühakiməsi olmadığı barədə arayış
  • Tibbi arayış
  • 200 – 500 Kipr funt – sterlingi məbləğində bank təminat məktubu. Bu gələcəkdə yarana biləcək repatriasiya halı yarandığı təqdirdə, xərclərin qarşılanması üçündür. Bu məbləğ əcnəbi vətəndaşın ölkəsindən asılı olaraq dəyişir. Əlavə olaraq bank təminatı məktubunun etibarlılıq müddəti, əcnəbi vətəndaşla işəgötürən arasında olan əmək müqaviləsinin bitmə müddətindən 6 ay daha çox olmalıdır.
  • Əmək Nazirliyinin aidiyyatı şobəsinin möhürünün olduğu əmək müqaviləsi, Gəlirlər haqqında qeydiyyat idarəsinin möhürünün olduğu tibbi sığorta və gəlirlər haqqında sənəd 20 Kipr funt – sterlingi həcmində rüsum

Turist vizasının , Kiprdə işləmək üçün vizaya çevirmə yolları.

Kiprə turist vizası ilə gəlmiş heç bir şəxs, daha sonradan öz vizasını işçi vizasına dəyişə bilməz. Əgər Kiprdə işləmək üçün icazə təsdiqlədilən şəxs, həmin anda turist vizası əsasında Kiprdədirsə, bu halda ölkəni tərk edib, daha sonra işləmə icazəsi əsasında yenidən giriş etməlidir.

Aeroportda nəzarət məntəqəsindən keçmə.

Kiprdə işləmək üçün icazəsi olan şəxslər pasportların yoxlanılması məntəqəsində ayrı koridor üzərindən irəliləyir. Miqrasiya xidmətinin əməkdaşı bu ölkədə işləməklə bağlı icazənin təqdim edilməsi ilə, sizi Kipr ərazisinə buraxacaqdır. Reallıq odur ki, işləmək üçün icazəni artıq almış şəxsin, işçi vizası almağına ehtiyac yoxdur.

Kiprdə qeydiyyat.

Avropa İttifaqı üzvü ölkələrin və Kiprin vətəndaşı olmayan şəxslər, rayon polis idarəsinin miqrantlar və əcnəbilərlə iş şöbəsindən qeydiyyatdan keçməlidir. Əcnəbi vətəndaşlar həm də Nikosiyada yerləşən Vətəndaş Qeydiyyatı və Miqrasiya Nəzarəti İdarəsinin baş ofisində də qeydiyyatdan keçə bilər. Qeydiyyat ölkəyə giriş etdikdən sonra 7 gün ərzində həyata keçirilməlidir və burada biometrik məlumatların (şəkil və barmaq izi)  verilməsi də zəruridir.

Oturma izninin ( Pink Slip) alınması.

Qeydiyyatdan keçdikdən sonra siz yaşamaq üçün icazə - oturma izni almalısınız. Bunun üçün lazım olan sənədləri vermədən öncə siz, Hepatit, GİÇS və tuperkulyoz xəstəlikləri bağlı test verməlisiniz.

         İşəgötürən banka müəyyən məbləğ (bank təminatı) daxil edir ki, bu da gələcəkdə işçinin gələcəkdə deportasiya olunma ehtimalına qarşıdır. Bu məbləğ sayəsində bu xərclərin bağlanması nəzərdə tutulur. Əlavə olaraq işə götürən sizi tibbi sığortadan da keçirməli və vacib sənədlərdən biri kimi sizin üçün kirayə olarq tutulan ev haqqında məlumatları təqdim etməlidir.

         Sənədlərin verilməsi zamanı, sizə əcnəbinin müvəqqəti pasportu – “Alien Book” adlanan bir sənəd veriləcəkdir. Sənədlər paketi Nikosiyaya yollanılır və müraciətə baxıldıqdan sonra sizə oturma izninin verilməsi haqqında qərar qəbul edilir. Əsasən müraciətin dəyərləndirilməsi müddəti 2 – 3 ay təşkil edir.

Kiprdə oturma izninin müddətinin uzadılması.

İlkin olaraq oturma izni, bir il uzatmaq imkanı olmaq ilə, 6 ay müddətinə verilir. Bunun üçün işəgötürən işçinin bütün sosial vergilərini ödəməli və icazənin bitməsinə az qalmış aidiyyatı qurumlara bütün lazımlı sənədləri verməklə, müraciət etməlidir.Bundan sonra Miqrasiya xidməti müsbət qərar verərsə, yeni oturma izni veriləcəkdir.

İş icazəsinin müddəti.

Kipr qanunvericiliyə uyğun olaraq xarici vətəndaş işlədən sahibkar, 4 il ərzində bu sahədə Kipr və Avropa İttifaqı ölkələrinin vətəndaşları arasından peşəkar işçi yetişdirməlidir. Burada məqsəd həmin yetişdirilən peşəkar əməkdaşın , əcnəbi işçini əvəz etməsidir. Bu baxımdan da Kiprdə işləmək üçün icazə əksər hallarda 4 ildən çox uzadılmır.