Loading...

Terms and Conditions

About

     

     

    • Sayt yalnız xaricdə olan vakansiyaları dərc edir və sizin namizədliyinizi qəbul olunması üçün müsahibə keçirdir. İlk növbədə sizə görüş təyin olunur.
       
    • Qiymət və ödənişlər.
    • Qiymət və ödənişlər namizədin bacarıqlarına uyğun seçəcəyi hər peşəyə görə fərqlilik göstərir.
      Həmçinin namizədin şəxsi bacarıq, xüsusiyyətləri (dil bilikləri, sertifkatları) və başqa göstəriciləri xidmət haqqını formalaşdırır.
      Sizin bilik və bacarıqlarınızın kəşf olunması və onlara uyğun ixtisas istiqaməti verilməsi üçün mütləq şəkildə Sizin müsahibədə iştirak etməyiniz vacibdir.

      Beynəlxalq ofis - Belçika krallığı, Charleroi,(Şarlerua şəhəri) Waterloo metro station.
      Bunun üçün workay.net Karyera Mərkəzinin — WhatsApp +32487971001 nömrəsinə adınızı və soyadınızı göndərərək, mərkəz sizə görüş vaxtı təyin edir, növbəti mərhələdə məhz sizin rahatçılığınız üçün keçid vərəqəsi təqdim edərək növbədə gözləməməyiniz üçün sizi qarşılayırlar.
      Sizin whatsapp nömrənizə Mütləq şəkildə keçid vərəqəsi göndərilir. (aşağıda nümünə göstərilir)


      Xahiş edirik sıranızı gözləyin. İnsan Resursları üzrə Mütəxəssislər sizə  vaxt ayıracaqlar.
       

       


    • Qaydalar.
    • 1. Şirkətimizin saytında Azərbaycan Respublikasının həm daxilində həm də xaricində olan vakansiyalar elan oluna bilər.
      2. İşə düzəlmək istəyən şəxslər CV-sini (Tərcüməyi Halını) 60 gün ərzində pulsuz olaraq saytımızda yayımlaya bilər.
      3. Vakansiya haqqında elanın ən qısa müddətdə dərc olunması üçün — formanın doldurulmasına dair bütün təlimatlara ciddi riayət olunmalıdır.
      Səliqəsiz doldurulmuş formalar redaktəyə məruz qalacaq və dərc olunması zaman alacaq.
      4. Elanların yalnız BÖYÜK hərflərlə və ya başqa əlifba ilə (translitlə) yazılması Qadağandır.!
      Elan yalnız 3 dildə dərc oluna bilər, : 4.1. Azərbaycan dilində 4.2. Rus dilində 4.3. İngilis dilində
      5. Şirkətin adı olan hissəsi şirkətin rəsmi, hüquqi adı, həmin müəssisə holdinq tərkibindədirsə, holdinqin adı və şirkətin fəaliyyət istiqaməti (növü) qeyd olunmalıdır.
      6. Əlaqələr yazılan hissədə aktiv şəhər telefonlarının nömrələri və şirkətin korporativ elektron ünvanları qeyd olunması mütləqdir.
      7. İstifadəçi 5 və 6-cı bəndlərə riayət etmədikdə, elan ödənişli əsaslarla qəbul edilir.
      Tibb müəssisələrinin elanları və ya tibbi tərkibli, alış-veriş haqqında, o cümlədən saytda onlayn-satışlı elanlar pulludur.
      8. «Əmək haqqı» hissəsində doldurulması mütləqdir, məbləğ AZN-lə və ya Xarici ölkənin Valyutası ilə qeyd olunmalıdır.misal: (Elan Avropa qitəsinin, Litva Respublikasında və ya Belçika Krallıqındadırsa, Avro ilə göstərilməlidir) Əgər Çindədirsə ABŞ dolları ilə göstərilməlidir. Əgər əmək haqqı 500 AVRO-yə qədərdirsə, əmək haqqı diapazonu 1 Saatlada göstərilə bilər; 1000 ABŞ Dollar-a qədərdirsə 300 Dollardan başlamalıdır-i;
      2000 AVRO qədərdirsə, 500 Avrodan aşağı olmamalıdır.
      9. Dərc olunmuş elanda əlaqə nömrələrinin, vakansiyanın adının dəyişdirilməsi qadağandır.
      «Namizədə olan tələblər» mümkün qədər ətraflı yazılmalıdır.
      10. «Mövqenin (vəzifənin) təsviri» də həmçinin iş qrafiki, vəzifə öhdəlikləri və işin şərtləri qeyd olunmaqla, ətraflı yazılmalıdır.
      11. Mövqe (vəzifə) seçilmiş kateqoriyaya uyğun olmalı, əgər elə kateqoriya yoxdursa,
      onda «Müxtəlif» adlanan alt-kateqoriyada yerləşdirilməlidir.
      12. Aşağıdakı kimi elanlar dərhal ləğv olunacaq:
      12.1 ədəbsiz, təhqiredici sözlər və ifadələr olan şəbəkə marketinqi və ya qadağan olunmuş, şübhəli fəaliyyət növləri ilə məşğul olan şirkətlərdə iştirak təklifləri olan.

       

    • Şərtlər.
    • 1. workay.net — şirkəti peşakər mütəxəssis komandası ilə, məhz sizin karyerarınızın təkmilləşməsinin qayğısına qalır.
      2. Şirkətin «İnsan resursları üzrə mütəxəssisləri sizə konsultasiya verə bilər.
      3. Konsultasiyalar — (C.V) yəni Tərcüməyi hal və İşlədiyiniz təcrübəni daha da təkmilləşdirilməsi məqsədi ilə şirkət sizə məsləhətlər verir. İş yerlərinə, şirkətlərə — tərcih məktublarının yazılmasında xidmətlər göstərir.
      4. Əməkdaşlıq etdiyimiz şirkətlər — şirkətimizin tərcih məktublarını daha çox üstün bilərək, sizi ən qısa zamanda «Rəsmi iş dəvətnaməsi ilə» təmin etmək hüququndadır.
      5. Şirkətin hər hansı daxili qaydaları müzakirə/mübahisə edilə bilməz. Yalnız irad və təkliflər olunaraq təkmilləşə bilər.