Latviyada işləmək üçün icazə.

11 Dekabr 2020 00:33

Əgər Latviyada hər hansı sahibkar özü üçün lazım olan bir vakansiyaya işçi tapa bilmirsə, belə olduğu halda xarici vətəndaşları işçi kimi götürə bilər.

Xarici vətəndaşlar müqavilə əsasında (musiqiçilər, rejissorlar və s)əmək müqaviləsi əsasında işə götürülə bilər. 

Latviya Respublikasında yaşamaq üçün icazə.

         Xarici vətəndaşların Latviyada işləməsi üçün əsas normativ akt “Xarici vətəndaşların işləmək icazəsi haqqında” Nazirlər Kabinetinin 533 nömrəli qərarıdır.

Əgər işəgötürən xarici vətəndaşları əmək müqaviləsi əsasında işə götürürsə, həmin vakansiyanı Dövlət Məşğulluq İdarəsinin saytında qeydiyyatdan keçirməlidir ki, bu vakansiya Latviya vətəndaşları tərəfindən tutula bilsin.

         Vakansiya yerləşdirildikdən sonra 1 ay ərzində həmin vakansiya üçün lazımı şəkildə işçi tapılmasa, sahibkar xarici vətəndaşın işə götürülməsi ilə bağlı olaraq, Vətəndaşlıq və İmmiqrasiya İşləri ilə bağlı İdarəyə müraciət etmə haqqına sahib olur. Burada sahibkar ya uzunmüddətli işçi vizası üçün dəvətnaməni , ya da gələcək əcnəbi işçinin yaşayış icazəsinin əldə olunması üçün rəsmiləşdirilmələr aparmalıdır

Latviyaya viza əsasında gəldikdən sonra hər bir əcnəbi işçi Oturma izni almaq üçün işləmək üçün icazəni Vətəndaşlıq və İmmiqrasiya İşləri ilə bağlı İdarədə rəsmiləşdirməlidir.

  • Uzunmüddətli viza əsasında -   1 il müddətinə
  • Oturma izni əsasında – oturma izninin müddəti bitənə qədər davam edəcəkdir.

Nazirlər Kabinetin qaydaları, Latviyada iş icazəsi almadan işləyən üçüncü ölkələrdən olan bütün işçilərə, hətta vizasız səyahətin mümkün olduğu ölkələrin  vətəndaşlarına  da (İsrail, Kanada, ABŞ) cəza verilməsini nəzərdə tutur. İlk pozuntuya görə işçiyə 500 LVL-ə qədər və eyni zamanda işəgötürənə 1500 LVL-ə qədər cərimə tədbiq edilir

Bir əcnəbi, şirkətlər personal icarə müqaviləsi imzalamış olsa belə, bir şirkətdə işləmək üçün icazə alıb, daha sonra digər şirkətdə işləyə bilməz. Əgər siz bir neçə şirkətdə işləməyi planlaşdırırsınızsa, bir neçə iş icazəsi əldə etməlisiniz. Hər şirkət üçün ayrıca iç icazəsinin alınması zəruri bir haldır, əks halda məsuliyyətə cəlb oluna bilərsiniz.

İşləmək icazəsinə uyğun olaraq uzunmüddətli işçi vizası və oturma izni.

Uzunmüddətli işçi icazəsi və Oturma İzni birbaşa olaraq yaşadığınız ölkədə yerləşən Latviya Respublikasının nümayəndəliklərində əldə olunmalıdır. Bu icazələrin əldə olunması üçün zəruri olan bütün məlumatları və sənədləri buradan öyrənə bilərsiniz.

DİQQƏT! Əcnəbi işçilər Latviyada işləmək üçün oturma izni aldığı təqdirdə, işçinin minimum əməkhaqqısı mövcud "Əcnəbilər üçün tələb edilən maddi vəsaitə dair Qaydalar" əsasında tənzimlənir.

2012-ci ilin aprel ayından etibarən Nazirlər Kabinetinin qaydaları əsasında Latviyada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi vətəndaşların elektron İD card alması nəzərdə tutulur. Bu kart birbaşa olaraq əcnəbi işçinin ölkədə yaşayış icazəsinin olduğunu təsdiqləyir.

 İD kart  8.5x5.5 sm (bank kartının ölçüsü) ölçüsündədir və üzərində sahibinin adı, soyadı və təyin olunmuş şəxsi kodu göstərilir. İD card almaq üçün biometrik məlumatların - barmaq izlərinin və rəqəmsal fotoşəkillərin çəkilməsi prosedurundan keçməlisiniz.

"Oturma izninin" necə alınması barədə əlavə məlumatı buradan ala bilərsiniz.