Avstraliyada işçi vizası.

11 Dekabr 2020 04:09

Diqqət: Avstraliyada çox mürəkkəb viza növləri möcvuddur və onların sayı da yetəri qədər çoxdur. Bu məqalədə sadəcə Avstraliyadan kənarda yaşayıb, orada işləmək istəyən insanlar üçün daimi vizalar göstərilib.

Daimi işçi vizası ilə müvəqqəti işçi vizasının fərqi nədir ?

Avstraliyada işləmək istəyənlər iki fərqli formada işçi vizası ala bilirlər. Bunlardan müvəqqəti və daimi işçi vizalarıdır. Bu iki viza arasında əsas fərq onların xüsusiyyətlərindədir.

  • Müvəqqəti işçi vizası müddət bitdikdən sonra rezident statusu almaq imkanı vermir. Rezident – xarici bir ölkənin ərazisində daimi olaraq yaşama imkanı olan şəxsdir.
  • Avstraliyanın daimi işçi vizası isə, vizanın müddəti bitdikdən sonra sizə rezident statusu alma imkanı verəcəkdir. Ümumiyyətlə, bu tip vizanın müddəti əslində məhdudlaşdırılmayıb, ancaq bu vizanın müddəti bitirildikdən sonra, sizdə yenədə rezident statusu qalır. Ancaq bununla bağlı olaraq müəyyən şərtlər olmalıdır. Bunlardan biri bu dövrdə sizin Avstraliyada olmağınızdır. Yəni viza müddəti bitdiyi zaman faktiki olaraq siz Avstraliyada olmalısınız. Yox əgər siz bundan sonra da , Avstraliyanın rezidenti olaraq , ölkəyə tez – tez giriş və çıxış etmə fikrindəsinizsə, vizanın bitməsi halında, rezidentin Avstraliyaya geri dönməsi ilə bağlı viza (RRV) üçün müraciət etməlisiniz. Bu müraciətin müsbət və yaxud mənfi şəkildə cavablandırılması birbaşa olaraq əvvəlki yaşayış dövrünün müddətindən asılıdır.

Müstəqil viza və sponsorlu vizalar.

 Avstraliya qanunlarına uyğun olaraq sponsor kimi avstraliyalı işəgötürənmüraciətçinin Avstraliyada yaşan qohumları, həyat yoldaşı, qəbul edilir.

         Sponsorlu viza əldə etmək üçün ilkin olaraq Avstraliyada sizi işə qəbul etmək istəyən yerli işəgötürən və yaxud rezident statusu daşıyaraq, Avstraliyada daşıyan qohumun olması lazımdır. Sponsor vizası qohumun dəvəti ilə alınırsa, burada sizə sponsorluq ( kəfillik ) edən qohumun üzərinə də əlavə məsuliyyətlər qoyulur.

         Müstəqil vizalar heç bir formda sponsora ( kəfilə ) ehtiyac olmadan alınır. Bu vizaya sahib işçilərin üzərinə qoyulan məhdudiyyətlərin sayı bütün vizalara nəzarən daha azdır.

MLTSSL və STSOL peşələrin siyahısı. Avstraliyaya peşə miqrasiyası etmək üçün müraciətçi, Avstraliyada höküməti tərəfində rəsmi olaraq ehtiyacduyulan peşələr siyasında təsdiqlənən peşələrdən birinə sahib olmalısan.

         Avstraliya, bazarın ehtiyaclarını daha yaxşı qarşılamaq üçün tələb olunan peşələrin siyahısını daim dəyişdirir. Beləliklə, 19.04.2017 tarixindən əvvəlki CSOL və SOL siyahıları aşağıdakı siyahılara dəyişdirildi: Orta və Uzunmüddətli Strateji Bacarıqların Siyahısı MLTSSL(Medium and Long term Strategic Skills List) və qısamüddətli ixtisaslı peşələr siyahısı STSOL (Short-term Skilled Occupation List). Viza kateqoriyalarına uyğun olaraq kombinə edilmiş siyahiya keçiddən baxa bilərsiniz.

 

Peşə vizaların kateqoriyaları.

 1 iyul 2012-ci ildən etibarən Avstraliya Hökuməti Peşə İmmiqrasiya proqramında dəyişikliklər etdi.

   İndi azərbaycanlılar üçün Avstraliyaya iş vizası almaq aşağıdakı kateqoriyalar üzrə mümkündür:

  - 189 (müstəqil kateqoriya - daimi)

  - 190 (nominasiyalı - daimi)

  - 489 (regional - müvəqqəti)

 

  1. Avstraliyada müstəqil işçi vizası ( Skilled İndipendent) – 189 – cu altsinif

 

- bu iş vizası Avstraliyada sponsor tələb etmir,

- ərizəçinin peşəsi MLTSSL siyahısında görünməlidir,

- qiymətləndirmə testini ərzində ən azı 60 bal toplayan və kvotalaşmış vakant yerlər siyahısına düşmüş müraciətçilərə verilir,

- 5 il müddətinə verilir və etibarlılıq müddəti bitdikdən sonra ölkədən bir daha çıxış etmədiyiniz təqdirdə sizə Avstraliyada qalmaq hüququ verir.

 

  1. Avstraliyada sponsorlu işçi vizası ( Skilled Nominated ) – 190  - cu altsinif

 

  • Belə viza almaq üçün müraciətçinin ixtisası Dövlət Ştatlarından birində “nominasiyalı” və həddən çox ehtiyac duyulan olmalıdır. Əlavə olaraq bu vizanı əldə edən şəxs gələcəkdə həmin ştatda minimum 2 il yaşamalıdır
  • Müraciətçinin peşəsi MLTSSL və ya STSOL siyahısında olmalıdır,
  • müraciətçi 55 bal toplamalıdır, "nominasiya"ya görə də əlavə 5 bal onların nəticəsinin üzərinə artırılacaqdır.

 

  1. Regional sponsorlu müvəqqəti viza Skilled Regional (Provisional)489 - cu  altsinif

 

  • Viza üçün Avstraliyada sponsora ehtiyac duyulur. Bu sponsor iki formada ola bilər. İlkin olaraq sponsor Avstraliya ştatlarından birinin hakimiyyəti ola bilər, ancaq burada əsas məsələ ondadır ki, sizin peşəniz həmin ştatda ehtiyac duyulan olsun. İkinci formada sponsorluq isə Avstraliyada daimi yaşama haqqı olan (rezident) qohum və həyat yoldaşı vasitəsi ilə ola bilər. Ancaq burada da bir məsələ var ki, həmin şəxslər Designated Areas – da , yəni məskunlaşmanın çox sıx olmadığı ştatlarda yaşamalıdır. Əlavə olaraq, siz viza aldıqdan sonra həmin regionda ən azı iki il yaşamalısınız.
  • Bu viza 4 il müddətinə verilir. Siz Avstraliyada 2 il ərzində qalıb, 1 ildə sıx məskunlaşmanın olmadığı regionda işləsiniz, daimi viza üçün müraciət etmə haqqına sahib olacaqsınız.
  • Müraciətçinin peşəsi MLTSSL və ya STSOL siyahısında olmalıdır,
  • Müraciətçi 50 bal toplamalıdır, sponsorluğa görə də əlavə 50 bal sizin nəticənizin üzərinə artırılacaqdır

 

İşəgötürənlər üçün DİAC icazəsi.

Avstraliyada sizə iş təklif edən və Avstriyadakı sponsorlu vizalar üçün sponsorluq edən işəgötürənlərin xüsusi icazələrə sahib olması vacibdir. Bu o deməkdir ki :

  • Siz ilkin olaraq öz peşəkarlığınızı Avstraliyada ixtisaslaşmış mərkəzlərin birində sübuta təsdiqlətməli və buna uyğun sertifikat da almalıdır.
  • İşəgötürən İmmiqrasiya və Vətəndaşlıq Məsələləri üzrə Departamentə (DİAC) sizin kimi bir mütəxəssisin ölkədə olmadığını sübuta yetirməlidir.

Müsbət bir qərar verildiyi təqdirdə, işəgötürənə "Sponsorluq Sertifikatı" verilir.