Türkiyədə işçi vizasının alınması

11 Dekabr 2020 04:29

Əgər siz Türkiyədə işləmək üçün lazım olan işəgötürəni tapıb , özünüzə uyğun sahəni seçmisinizsə, bundan sonra bu sxem əsasında davranmalısınız.

  • Türkiyədə işləmək üçün icazə alınmalıdır
  • Türkiyə üçün işçi vizası əldə olunmalıdır.

İşçi vizanın əldə olunması, yalnız işəgötürənlə əmək müqaviləsi imzalandıqdan və Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işləmək üçün icazə verildikdən sonra mümkündür.

Türkiyədə işləmək üçün icazənin alınması.

     Gəlin burada iki variantı dəyərləndirək:

  1. Siz artıq Türkiyədə yaşayırsınız və müəyyən bir oturma izninə sahibsiniz. (bu variant Türkiyədə tələbə kimi oturma izni alanlara şamil olunmur, çünki bu formada oturma izninin müddəti sadəcə 6 aydır)
  2. Siz əgər hal – hazırda öz ölkənizdəsinizsə.

Türkiyədə olan şəxslərin işləməklə bağlı icazə müraciəti birbaşa olaraq Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilməlidir.

Olduğunuz ölkədən müraciət isə Türkiyənin konsulluq və yaxud səfirlikləri vasitəsi ilə edilməlidir.

Türkiyədə işləmək üçün alınan icazə hər zaman bir il ərzində keçərli olur. İcazənin alınması üçün əldə olunması üçün zəruri bütün sənədləri yığın  və bütün formal məsələləri həll edin.

Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Türkiyədə işləməklə bağlı icazəni, bununla bağlı müraciətdən 6 – 8 həftə sonra verir. Müsbət qərar verildiyi təqdirdə, müraciətçi telefon və yaxud elektron poçt vasitəsiylə məlumatlandırılır.

Türkiyə üçün işçi vizasının alınması.

     Daha öncədən də deyildiyi kimi işçi vizası, işləmək üçün icazə alındıqdan sonra verilir.

İşçi vizasının əldə olunması üçün, müraciətçi özü şəxsən Türkiyə səfirlik və yaxud konsulluğuna bu sənədləri təqdim etməlidir :

  • Etibarlılıq müddəti davam edən xarici pasport (burada əsas nüans ondadır ki, xarici pasport, işçi vizasının bitmə müddətindən hələ üç ay sonraya qədər etibarlı olmalıdır)
  • Türkiyə üçün işçi vizanın əldə olunması haqqında doldurulmuş müraciət
  • Xarici pasport meyarlarına uyğun fotoşəkil ( 1 ədəd ) (fotoşəkil viza almaqla bağlı müracətin sol yuxarı küncünə möhkəmləndirilməlidir)
  • Əmək müqaviləsinin nüsxəsi
  • Əgər müraciətçi, müraciəti vətəndaşı olmadığı hər hansı başqa bir ölkədə edirsə, bu halda həmin ölkədə yaşama icazəsi olması barədə sənəd də təqdim etməlidir. Bu həmin şəxsin müraciəti etdiyi ölkədə qanunsuz şəkildə yaşayıb – yaşamamasını yoxlamaq üçün edilir.

Müraciətçi, Türkiyədə işləməklə bağlı icazəsi alındıqdan və Nazirlik tərəfindən işçi vizasının verilməsi ilə bağlı müraciət təsdiqləndikdən sonra, şəxsən Türkiyədə işləməklə bağlı icazə üçün müraciət etdiyi səfirlik və yaxud konsulluğa bu sənədləri təqdim etməlidir :

  • Etibarlılıq müddəti davam edən xarici pasport (burada əsas nüasns ondadır ki, xarici pasport, işçi vizasının bitmə müddətindən hələ üç ay sonraya qədər etibarlı olmalıdır)
  • İşçi vizasının hazırlanması üçün geri qaytarılmayan rüsum ( miqdar müraciətçinin vətəndaşlığına görə dəyişə bilər )
  • Türkiyədə işləmək üçün icazənin hazırlanması üçün geri qaytarılmayan rüsum

 

Qeyd: Bəzi Türkiyə konsulluq və yaxud səfirlikləri sənədlərin qeydiyyatlı (ödənişli) poçt daşıma şirkətləri ilə yollanılmasına icazə verir. Belə olduğu halda müraciətçi öncədən ödənişi etmək şərtilə, hər hansı bir poçt xidmətindən istifadə edərək, yuxarıda sadalanan sənədləri qeyd edilmiş zərflə yollaya bilər. (DHL, FedEx, Express, UPS və s. xidmətlərdən istifadə olunması tövsiyyə olunur) Sənədlərin poçt vasitəsi ilə yollanılmasının mümkün olub – olmadığını yaxınlıqdakı səfirlik və yaxud kosulluqdan dəqiqləşdirməyiniz tövsiyyə olunur.

İşçi vizası birdəfəlikdir və sadəcə olaraq Türkiyəyə giriş etmək üçün yararlıdır. Daha sonradan Türkiyədə daimi yaşamaq üçün qısa müddətli “oturma izinin” də alınması zəruridir.  Bu tip oturma izni iki il müddətinə verilir. Bunun üçün işləmək icazəsi və işçi vizası olan şəxslərin 30 gün ərzində yaxınlıqda yerləşən polis idarəsinin miqrantlarla bağlı fəaliyyət göstərən şöbəsinə müraciət etməsi lazımdır. Əgər oturma izninin uzadılması lazımdırsa, belə olduğu halda müddətin bitməsinə 60 gün qalmış, aidiyyatı quruma müraciət olunmalıdır.

Uzunmüddətli oturma iznini sadəcə olaraq Türkiyədə uzun müddət yaşayan şəxslər əldə edə bilər. Bu müddət 8 ildən az olmamlıdır.