İsveçrədə işləmək üçün icazə və vizanın alınması.
Yeni Federal Qanunsuz Məşğulluqla Mübarizə ilə bağlı qanun (BGSA) qanunsuz məşğulluğa qarşı yeni tədbirlər və sərt cəzalar ehtiva edir. Bu qanunun həm işəgötürən (İsveçrədəki şirkət), həm də xarici işçi üçün əsas tələbi: İsveçrədə iş icazəsinin olmasıdır.
İsveçrədə iş icazəsi necə alınır.
İşəgötürən tərəfindən müraciətin edilməsi |
İşəgötürən (İsveçrədəki şirkət) |
İşəgötürən əcnəbi içminin işə götürülməsi ilə bağlı sənədləri, yerli məşğulluq idarəsinə verir. Müraciətə baxacaq kantondan asılı olaraq,sənədlər yerli miqrasiya şöbəsi tərəfindən də istənilə bilər. |
Müraciətin dəyərləndirilməsi (birinci mərhələ) |
Yerli məşğulluq idarəsi |
Kantonun məşğulluq idarəsi müraciəti dəyərləndirir və buna uyğun olaraq da ilkin qərarı çıxarır. Kanton tərəfindən təsdiqlənmiş müraciətlər son təsdiq üçün SEM Federal Miqrasiya Xidmətinə təqdim edilməlidir. |
Müraciətin dəyərləndirilməsi (ikinci mərhələ) |
Federal Miqrasiya Xidməti |
SEM müraciətləri İsveçrə qanunvericiliyinə uyğun şəkildə dəyərləndirir. Bundan sonra həm müraciətçi, həm işəgötürən, həm də kantonun miqrasiya və məşğulluq idarələri SEM-dən rəsmi yazılı qərarı alır. İşəgötürən İsveçrədə belə bir icazənin verilməsi üçün rüsum ödəməlidir. |
Vizanın təsdiqlənməsi |
Kantonun miqrasiya xidməti (keçmiş polis daxilində xaricilərlə iş departamenti) |
Miqrasiya Xidməti (SEM-in razılığı ilə) əcnəbinin yaşadığı yerdəki İsveçrə diplomatik nümayəndəliyinə (elektron poçtla) İsveçrəyə vizanın verilməsi barədə müsbət qərar verdiyini bildirir. Müraciətçilər öz yaşadıqları ölkədə yerləşən İsveçrə səfirliyindən viza almalıdırlar. |
İsveçrədə qeydiyyat. |
İşçi |
Xarici işçi İsveçrəyə gəldikdən sonra 14 gün ərzində qeydiyyat şöbəsində, qeydiyyatdan keçməlidir. Yalnız bundan sonra o, işləməyə başlaya bilər. |
İsveçrədə qanuni işləmək üçün xarici vətəndaşlar "Raisons professionnelles" işarəsi olan işçi vizası üçün müraciət etməlidirlər. İsveçrə şirkətlərində turist, ziyarətçi və ya biznes visalar üzrə işləmək qadağandır.
Ölkədən çıxmadan , İsveçrəyə işçi vizasının müddətini uzatmaq olmaz. Mütləq şəkildə ölkədən çıxıb, daha sonra Bakıda olan İsveçrə diplomatik nümayəndəliklərinə, yeni işçi vizasının alınması üçün müraciət etməlisiniz.
İsveçrəyə azərbaycanlılar üçün işçi vizasını necə əldə etmək olar ?
İş üçün icazənin alınmasından sonra , Azərbaycan vətəndaşları birbaşa olaraq ölkəmizdə yerləşən, İsveçrə diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər. Müraciət zamanı siz nələri etməlisiniz. Siz ilkin olaraq, artıq “Ermächtigung zur Visumserteilung” - işçi vizasının alınması ilə bağlı icazə , əldə etmiş olmalısınız.
Bəzi hallarda kantonlar , müraciətçinin şəxsən gedib, səfirlikdə viza üçün müraciət etməsini istəyə bilər. İşləmək istəyən şəxslər D kateqoriyalı viza üçün müraciət etməlidirlər.
Azərbaycanlılar üçün İsveçrədə viza alınması məqsədi ilə lazımlı sənədlər:
- Ərizəçinin şəxsi imzası ilə uzunmüddətli qalma vizası (D vizası) üçün 3 doldurulmuş müraciət forması (Alman, Fransız, İtalyan və ya İngilis dillərində).
- İsveçrədən və Şengen ölkələrindən çıxış edəcəyiniz tarixdən, ən azı 3 ay sonaya qədər etibarlılıq müddəti və iki boş səhifəsi olan xarici pasport.
- Xarici pasportun iki nüsxəsi (şəkilli hissə)
- Son 2 Şengen vizasının 2 nüsxəsi (əgər varsa)
- Bu yaxınlarda çəkilmiş 4 rəngli fotoşəkil 3.5x4.5; üçü anketlərə yapışdırılır, biri də əlavə olaraq, qoyulur.
- Əmək müqaviləsi (original və 2 nüsxə)
İsveçrəyə işçi vizasının alınması məqsədi ilə toplanılan sənədlər paketi , Miqrasiya Şöbəsinə göndərilir. Göndəriş zamanı manatla, 5 isveç frankı ekvivalentində rüsum tutulur. İsveçrə səfirliyi iş vizasını yalnız Miqrasiya Xidmətindən icazə alındıqdan sonra verir. Vizanın alınması orta hesabla 6-12 həftə arası çəkir.
Viza üçün sənədlərin qəbulu (D kateqoriyası, 90 gündən çox qalma) yalnız təyinatla və yalnız Səfirliyin viza şöbəsində (Viza Müraciət Mərkəzlərində deyil) həyata keçirilir.
İsveçrədə üç aydan çox yaşamaq və işləmək üçün "Oturma İzni" biometrik kartı üçün müraciət etməlisiniz.
- növ “oturma izni” kartı mövcuddur.
- "Qısamüddətli oturma izni" (L). Etibarlılıq müddəti bir ildən azdır.
- "İllik yaşayış icazəsi" (B). Adından da bilindiyi kimi bir illik icazədir.
- "Daimi yaşayış icazəsi" kartı (C). Müddətsizdir.