Almaniyada işçi vizası və “Oturma izni”.

22 Dekabr 2020 02:31

Almaniyaya işçi vizalarının növləri:

İşin müddətindən asılı olaraq, Almaniyaya aşağıdakı növlərdə işçi vizaları verilir:

  1. Əgər işin müddəti 3 aydan azadırsa, belə olduğu halda Şengen vizasının alınması yetərlidir (C kateqoriyalı, 90 gün müddətinə )
  2. İşin müddəti 3 aydan çoxdursa, bu halda D kateqoriyalı vizanın alınması lazımdır

Almaniyaya getmək üçün sizə hansı vizanın daha uyğun olduğunu müəyyən etdikdən sonra aşağıdakı sənədləri toplamalısınız.

İş axtarışı məqsədi ilə, Almaniyaya viza müraciətinə tələb olunan sənədlər

Əmək müqaviləsi ilə Almaniyada İş vizası müraciəti üçün lazımı sənədlər

Almaniya Ticarət və Biznes vizasının bütün şərtləri

         İlkin olaraq işçi vizası 3 ay müddətinə verilir və Almaniyaya giriş etdikdən sonra, əmək müqaviləsində göstərilən şərtlərə uyğun olaraq, xarici vətəndaşlarla iş idarəsi tərəfindən uzadılır.

         Almaniyaya işçi vizasını Bakıdakı Almaniya səfirliyindən almaq mümkündür.

         2005 – ci ildə alman höküməti, xarici işçilər üçün olan, bir sıra müddəaları ləğv etdi və bununla da faktiki olaraq, həddə çox mürəkkəb olan sistemi , əcnəbilər üçün daha rahat hala saldı. Hal – hazırda ölkəyə işçi vizası ilə gəldikdən sonra, xarici vətəndaş sadəcə xarici vətəndaşlarla iş idarəsini məlumatlandırmalı və “otumra izni” üçün müraciət etməlidir.

Almaniyada “oturma izni” necə alınmalıdır ?

         1 sentyabr 2011-ci il tarixinədək Almaniyada yaşamaq üçün bütün icazələr (həm müvəqqəti, həm də daimi) əcnəbi işçinin xarici pasportuna etiket şəklində yapışdırılırdı. İndi Almaniyada eAufenthaltstitel yaşayış icazəsi, sahibinin elektron məlumatlarının (biometrik və barmaq izləri) kodlandığı çipli plastik kart şəklindədir.

         Xarici vətəndaş, üzərində Almaniyada işləmək hüququnun olub – olmadığını göstərən “oturma izni” əldə edir. Plastik kart formasında olan bu icazə, müəyyən bir müddət üçün sizə verilir və əgər sizin gələcəkdə bu müddəti uzatmaq üçün yetəri qədər real səbəbləriniz varsa, bu müddət artırıla da bilər. Əgər siz “oturma izni” əsasında Almaniyada 3 il ərzində yaşamısınızsa, bu halda siz “daimi yaşayış izni” üçün də müraciət edə bilərsiniz.

 “Oturma izni”nin  üzərində olan məlumatlar.

  • Ad, soyad və ata adı
  • 3x4 foto
  • Etibarlılıqı bitməyən sənədlər.
  • Oturma izninin növü (daimi və müvəqqəti)
  • Doğum tarixi və yeri
  • Xarici pasporta uyğun olaraq hansı ölkənin vətəndaşı olması ilə bağlı məlumatlar
  • Cins
  • Boy
  • Göz rəngi
  • Almaniyadakı daimi yaşayış adresi
  • Şəxsin imzası

eAT (Zusatzblatt)- ın kağız əlavəsinin üzərində olan məlumat:

  • Ad, soyad və ata adı
  • Almaniyada “oturma izni”nin nömrəsi
  • əlavə məlumatlar (iş yeri kimi və s.)

Xarici Vətəndaşlarla İş Bürosu – “otuma izni”ni verən orqandır. Əsasən bu orqan yerli meriyanın binasında yerləşir. Qəbul saatlarını və hansı sənədlərin lazım olduğunu öyrənmək üçün yerli idarəetmə orqanlarının saytlarından faydalanmağınız tövsiyyət olunur.

Yüksək ixtisaslı işçilər ( illik gəliri 66 min avrodan çox olan, akademik, İT mütəxəssislər və s. ) müvəqqəti “oturma izni” almadan birbaşa olaraq daimi yaşayış üçün icazə əldə edə bilərlər.

“Oturma izni”nin alınması ilə bağlı müraciətin originalı birbaşa olaraq Xarici Vətəndaşlarla İş Bürosuna təqdim edilməldir. Onunla paralel olaraq təqdim edilməlidir :

  • Vətəndaş İşləri İdarəsi (Bürgeramt) tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsi və ya ünvan vərəqəsi (Meldeschein),
  • Mənzil icarə və ya alqı-satqısı ilə bağlı müqavilə, tibbi sığortanın olduğunu təsdiq edən sənəd və bir pasport şəkli,
  • İşləmək hüququ verən “oturma izni”nin alınması üçün əlavə olaraq, əmək müqaviləsini də təqdim etməlisiniz

Almaniyaya işçi vizası ilə daxil olan bir əcnəbinin ailə üzvlərinin iş icazəsi alması ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlər və digər məsələlərlə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz.