Almaniyada ailələrin birləşməsi proqramı əsasında iş imkanları

22 Dekabr 2020 02:41

İlk öncə bu proqramın nə olduğunu başa düşmək lazımdır. Ailələrin birləşməsi proqramı, daha asan şəkildə işçi vizası imkanı verən bir proqramdır. Bunun üçün Almaniyada bir ailə üzvünüzün olması vacibdir. Yəni əgər sizin birinci dərəcəli yaxınınız (həyat yoldaşı və yaxud övladınız) Almaniyada yaşayırsa, belə olduğu halda siz oraya daha rahat viza almaq imkanına maliksiniz. Ancaq burada bir neçə nüanslar var ki, bunlardan biri də məhz, Almaniyada yaşayan şəxsin öz ailə üzvünü ora dəvət etdikdən sonra , təmin edə biləcək maddi resursa sahib olmasıdır. Bu məsələ xüsusilə , həmin şəxsin Almaniyada işləmək üçün icazəsi olmadığı halda aktual olur.

Almaniyaya ailələrin birləşməsi proqramı ilə getmək üçün, ilkin olaraq D kateqoriyalı viza almaq lazımdır. Bu viza  qısa müddətlidir və müddət əsasən 3 – 6 ay arasında dəyişir. Daha sonra Almaniyada leqal şəkildə uzun müddət qalmaq üçün elektron “oturma izni” almaq üçün Xarici Vətəndaşlarla bağlı İşlər İdarəsinə müraciət etməlisiniz.

Almaniyaya ailələrin birləşməsi proqramı ilə getmək üçün, ilkin olaraq D kateqoriyalı viza almaq lazımdır. Bu viza  qısa müddətlidir və müddət əsasən 3 – 6 ay arasında dəyişir. Daha sonra Almaniyada leqal şəkildə uzun müddət qalmaq üçün elektron “oturma izni” almaq üçün Xarici Vətəndaşlarla bağlı İşlər İdarəsinə müraciət etməlisiniz.

“Ailələrin birləşməsi” əsasında Almaniyada “oturma izni” əldə edən şəxslər, birbaşa olaraq rezident (daimi sakin) statusu əldə edir, ancaq bununla belə onlar ilkin olaraq işləmək üçün icazəni avtomatik olaraq almır.

Almaniyada işləmək üçün icazə necə görünür ?

         Almaniyada iş icazəsi , eAT elektron “oturma izni” üzərində yerləşən çipdə sabitlənir və əlavə bir vərəqdə çap olunur. Plastik kartın üzərində də gələcəkdə, “oturma izni”nin sahibinin rahatlığı üçün "Əlavəyə baxın" yazısı qoyulur. Gələcəkdə sizin iş şərtləri dəyişərsə, sizə yeni kağız əlavə verilir və çipdəki məlumatlar buna uyğun şəkildə dəyişdirilir. Bu sayədə də, yeni bir eAT kartı hazırlamaq ehtiyacını aradan qaldırır.

         İş icazəsi, əmək bazarında olan vəziyyətə görə müəyyən edilir. Əlavə olaraq, hal – hazırda olan konret vəziyyətə də baxılır. Yəni ola bilsin ki, bəzi hallarda şərtlər dəyişsin və bütün bu nüanslar da iş icazəsinin verilməsində nəzarə alınacaqdır. Bu baxımdan da iş icazələri həm məhdudiyyətli, həm də heç bir məhdudiyyət olmadan verilə bilir.

         Almaniyada işləmək üçün icazələr verilərkən, aşağıdakı kateqoriyadan olanlara üstünlük verilir.

  • İş icazəsi əsasında , Almaniyada son 5 il ərzində qanuni şəkildə daimi olaraq çalışan şəxslər
  • Müəyyən edilmiş bir müddət ərzində Almaniyada yaşamış xarici vətəndaşların ,  həyat yoldaşı və uşaqları
  • Almaniya vətəndaşı olan bir şəxslə ailə quran xarici vətəndaşlar
  • Almaniyada leqal şəkildə yaşayan əcnəbi vətəndaşların uşaqları. Burada əsas şərt uşaqların 18 yaşına qədər valideynləri ilə birlikdə ölkəyə gəlməsi, burada məktəb və yaxud peşə təhsili almasıdır.

Əgər Almaniyada hər hansı bir işəgötürən tərəfindən, bir işçi işləmək üçün icazə olmadan, işə götürülüb və onunla əmək müqaviləsi bağlanıbsa, bu halda həmin müqavilə etibarsız sayılacaqdır. Belə olduğu halda həm işçi, həm də işəgötürən tərəf , Almaniya qanunlarına uyğun şəkildə cərimələnəcəkdir.

Əgər işçinin müqavilənin imzalandığı anda işləmək üçün icazəsi olmadığı halda, gələcəkdə bu icazəni alması gözlənilirsə, bu halda müqavilə bir müddət etibarsız sayılır, ancaq işləmək üçün icazə alındığı gündən qanuni olaraq qüvvəyə minir.