Ballar əsasında Avstraliyaya immiqrasiya.

22 Dekabr 2020 02:46

İlkin olaraq emiqrasiya və immiqrasiya terminlərinin nə demək olduğunu başa düşmək lazımdır. Emiqrasiya (mühacirət) bir ölkədən başqasına yaşamaq məqsədi ilə köçmək deməkdir, immiqrasiya isə bir ölkəyə daimi yaşayış məqsədi ilə giriş etməkdir. Yəni siz Azərbaycandan emiqrasiya edib, gələcəkdə Avstraliyaya immiqrasiya edəcəsiniz.

1 iyul 2012-ci il tarixindən etibarən Avstraliyaya Əmək İmmiqrasiya proqramında dəyişikliklər edildi. Bundan sonra miqrasiya üçün, həm ölkə daxilindən, həm də xaricdən potensial miqrantlar yalnız SkillSelect sistemi vasitəsilə müraciət edə bilərlər.

SkillSelect – Avstraliyaya Peşə İmmiqrasiyası məqsədi ilə viza əldə etmək üçün elektron bir xidmətdir. Potensial miqrantlar ilkin olaraq müraciət etməli, lazımı keçid balını toplayıb, cari turun kvotasına düşməli və yalnız bütün bunlardan sonra Peşə İmmiqrasiyası üçün olan vizalardan birinə müraciət etmə haqqında sahib olacaqdır. Balların toplanması əsasında immiqrasiya üçün vizaya müraciətin necə edildiyini daha ətraflı şəkildə “SkillSelect sistemi üzərindən viza əldə etmək üçün müraciət” məqaləsinə baxa bilərsiniz.

Avstraliyaya miqrasiya üçün ballar necə hesablanır ?

         189,190 və 489 işçi vizaları üçün müraciət hal - hazırda yalnız balların toplanması əsasında mümkündür. Qiymətləndirmə meyarları dəyişməz olaraq qalır. Əsas fərq ondadır ki, ərizəçinin balı sadəcə icazə alınarkən (seçim sisteminin ikinci mərhələsində) aktual olmasıdır.

Keçid balı – Əmək İmmiqrasiyası vizası tələblərinə uyğun olaraq, toplanılmalı olan minimal keçid baldır. İmmiqrasiya Departamenti ballarda müəyyən dəyişikliklər edə bilər. Keçid  balını toplamaq hələ vizanın alınması demək deyil. Vizanın alınmasında bəzi nüanslar var və burada icazələr sıralama əsasında verilir.Əgər sizin bəxtiniz gətirib, viza üçün müraciətiniz qəbul edilsə, bu halda göstərdiyiniz məlumatların doğrluğunu sübuta yetirməlisiniz.

 

1 iyul 2012-ci ildən etibarən qüvvəyə minən qanuna əsasən, 189, 190 və 489-cu alt siniflər üçün balların hesablanması.

Meyarlar

(müraciət anına olan)

Açıqlama

Ballar

Yaş

18 – 24 (daxil olmaqla)
25 – 32 (daxil olmaqla)

33 – 39 (daxil olmaqla)

40 – 44 (daxil olmaqla)

45 – 59 (daxil olmaqla)

25 bal

30 bal

25 bal

15 bal

0 bal

İngilis dili biliyi səviyyəsi

Competent English – IELTS 6 / OET B

 

Proficient English – IELTS 7 / OET B

 

Superior English — IELTS 8 / OET A

 

 

0 bal

 

10 bal

 

20 bal

Avstraliya xaricində, bildirilən və yaxud əlaqəli peşə üzrə iş təcrübəsi

Üç ildən beş ilə qədər (son 10 il ərzində)

Beş ildən səkkiz ilə qədər (son 10 il ərzində)

Səkkiz ildən on ilə qədər (son 10 il ərzində)

 

 

5 bal

10 bal

15 bal

Avstraliyada, bildirilən və yaxud əlaqəli peşə üzrə iş təcrübəsi

Üç ildən beş ilə qədər (son 10 il ərzində)

Beş ildən səkkiz ilə qədər (son 10 il ərzində)

Səkkiz ildən on ilə qədər (son 10 il ərzində)

 

 

5 bal

10 bal

15 bal

Təhsil

Avstraliyada olan təhsil müəssisələrin birində və yaxud qanuni şəkildə tanınan bir təhsil ocağında alınmış doktorluq dərəcəsi

 

 

Avstraliyada olan təhsil müəssisələrin birində və yaxud qanuni şəkildə tanınan bir təhsil ocağında alınmış bakalavr və yaxud magistr dərəcəsi

 

Avstraliyada alınan diplom, Avstraliyada alınan peşə ixtisası, tanınmış bir standartın kvalifikasiyası

 

 

20 bal

 

 

 

 

 

15 bal

 

 

 

 

10 bal

Avstraliyada təhsil

Avstraliya təhsil standartlarına cavab verən bir Avstraliya təhsil müəssisəsindən alınan bir və ya daha çox dərəcə, diplom və yaxud ixtisas

 

5 bal

Digər meyarlar

Avstraliya icmasının dili bilikləri

 

Regional Avstraliyada və ya əhalinin artım tempi az olan şəhərlərdə təhsil (distant təhsil istisna olmaqla)

 

Partnyorun ixtisası

 

Peşə ilinin sonu (müraciət üçün icazə aldıqdan sonra son dörd ildə ən azı 12 ay).

5 bal

 

 

5 bal

 

 

5 bal

 

            5 bal

 

Nominasiya/Sponsorluq

Avstraliya ştat və bölgə hökümətləri tərəfindən irəli sürülən namizədlər (Yalnız 190 – cı altsinif)

 

Avstraliya ştat və bölgə hökümətləri və yaxud müəyyən / təyin edilmiş ərazidə yaşayan və işləyən bir Avstraliyalı qohum tərəfindən irəli sürülən namizədlər. (yalnız 489 – cu altsinif üçün)

 

5 bal

 

 

 

10 bal

 

Əmək immiqrasiyası üçün müraciətin üçüncü mərhələsi – onlayn olaraq doldurulan viza üçün mraciətdir.

Avstraliyaya viza üçün icazə alındlıqdan sonra xarici pasportun üzərinə viza stikerinin yapışdırılmasına ehtiyac yoxdur. Viza haqqında bütün məlumatlar birbaşa olaraq, Visa Entitlement Verification Online (VEVO) elektron məlumat bazasında yerləşir. Müraciət edən şəxsə vizanın verilməsinin təsdiqlənməsi üçün elektron poçt və ya adi bir məktubla (müraciət təqdim edilərkən e-poçt ünvanı göstərilmədiyi təqdirdə), vizanın müddəti və bütün detalları göstərilməklə göndəriləcəkdir.