Belçikada iş icazəsi və işçi vizası.

22 Dekabr 2020 02:51

Belçikada işçi olaraq işləmək istəyən xarici vətəndaşların (əmək müqavilələri əsasında işləyən) iş icazəsi olmalıdır. Bu qayda Avropa İqtisadi Bölgəsinə üzv dövlətlərin vətəndaşlarına şamil edilmir.

 

Xarici vətəndaşların işə cəlb edilməsi üçün icazənin növləri.

İş icazəsinin üç ayrı növü mövcuddur.

  • A kateqoriyalı iş icazəsi, bütün maaşlı peşələr və bütün işəgötürənlər üçün məhdudiyyətsiz müddətə etibarlıdır; A kateqoriyalı iş icazəsi üçün , Belçikada B kateqroyalı iş icazəsi olanlar, 4 il ərzində Belçikada işləyənlər, Belçikədə qanuni olaraq, son 5 il ərzində yaşayıb və heç çıxış etməyən şəxslər müraciət edə bilər. Əgər xarici vətəndaş A kateqoriyalı iş icazəsi üçün müraciət edirsə, bu halda, işəgötürənin hansısa formada xarici işçinin işə cəlb edilməsi məqsədi ilə icazə üçün müracət etməyinə ehtiyac yoxdur.
  • Bir il ərzində yalnız bir işəgötürən üçün etibarlı olan B tipli iş icazəsi.
  • C tipli iş icazəsi, bütün maaşlı peşələr və bütün işəgötürənlər üçün məhdud bir müddətə qüvvədədir (hər il yenilənə bilər).

Xarici bir vətəndaş iş icazəsi almaq üçün (əgər A kateqoriyalı iş icazəsi yoxdursa), xaricilərin işə cəlb edilməsi (an employment authorisation) prosedurundan keçməlidir. Bundan sonra o B kateqoriyalı iş icazəsinin alınması üçün müraciət edə bilər. Əcnəbi bir işçinin işə cəlb edilməsi məqsədi ilə icazənin (an employment authorisation)  alınması üçün müaraciəti, Belçikada qeydiyyatda olan işəgötürən etməlidir. Bu sertifikat , B kateqoriyalı iş icazəsi ilə birlikdə verilir. Müraciət bütün lazımi yoxlamaların aparılması üçün vaxtında Miqrasiya Xidmətinə təqdim olunmalıdır.

 

İşçi vizası.

     A kateqoriyası iş icazəsi üçün müraciətlər, müraciətedənlər tərəfindən şəxsən regional məşğulluq idarələrinə verilməlidir: yaşayış yerindən asılı olaraq, Flandersdəki VDAB, Brükseldəki (Brüssel) BGDA / ORBEM  və Wallonia'daki FOREM.

Müraciətə müvafiq icra orqanının burqomasteri tərəfindən imzalanmış, “An inquiry leaflet” xüsusi forması (məşğulluq idarəsi tərəfindən verilən) əlavə olunmalıdır. Əgər nəticə müsbət olarsa, bu halda Miqrasiya Xidməti tərəfindən iş icazəsi verilir və birbaşa olaraq sizə yönləndirilir. Mənfi cavab verildiyi təqdirdə isə, müraciətçi bir ay ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

 

B kateqoriyalı iş icazəsi və əcnəbi işçi cəlb olunması üçün icazə.

     Bir işəgötürən əgər potensial əcnəbi işçisi üçün B kateqoriyalı icazə əldə etmək istəyirsə, bu halda əcnəbilərin işə cəlb edilməsi məqsədi ilə icazənin alınması üçün müraciət etməlidir. Yəni, bu icazə müvafiq yerli məşğulluq bürosuna (Flandriya VDAB, Brüsseldəki BGDA / ORBEM və Wallonia'daki FOREM) müəyyən edilmiş formada müraciət göndərməlidir. Bununla paralel olaraq məşğulluq idarəsi mövcud olan vakansiya ilə bağlı məlumatları, öz mövcud olan reklam resurslarında yerləşdirir. Belçika və yaxud Avropa Birliyi üzv dövlətləri vətəndaşları arasında müvafiq vəzifəni tutmaq istəyənlərin olmaması halında, məşğulluq xidməti öz qərarını müvafiq bölgənin miqrasiya xidmətinə göndərir.

İşəgötürənin müraciətinə aşağıdakılar əlavə olunmalıdır:

  • potensial işçinin tibbi arayışı - ərizəçinin Belçikada ilk işə düzəlməsi və ya qanunsuz olaraq Belçikada olması və ya 2 ildən çox olmayan bir müddətdə qanuni qalması halında;
  • “an inquiry leaflet” forması – müraciət Belçikada yerləşən leqal şəkildə yaşayan işçi tərəfindən edilirsə;
  • əmək müqaviləsi

Əcnəbi işçi, B kateqoriyalı iş icazəsini əldə etdiyi, iş yerini dəyişə bilməz. VDAB, Bruxelles Formation, FOREM və National Institute for Sickness and Invalidity Insurance kimi yerlərdə peşə təhsili alan şəxslər istisna bir hal olaraq,  iş yerini dəyişə bilərlər. Əgər prosedur uğurla tamamlanıbsa, bu halda işəgötürən , müəssisənin yerləşdiyi, yerli icra orqanından iş icazəsi alıb, gələcək işçiyə işçi vizasının alınması üçün verilməlidir. Təqdim olunan müraciətlə bağlı mənfi qərar qəbul edildiyi təqdirdə, işəgötürən bir ay müddətində apelyasiyaya müraciət etmək hüququna malikdir.

 

B kateqoriyalı iş icazəsinin müddətinin uzadılması.

Ehtiyac halında B kateqoriyalı iş icazəsi müddəti ,işəgötürənin müraciəti əsasında yenilənə bilər. Bu müraciət də iş icazəsinin etibarlılıq müddətinin bitməsinə 1 ay qalmış edilməlidir. Əcnəbi işçi, B kateqoriyalı iş icazəsini əldə etdiyi, iş yerini dəyişə bilməz. VDAB, Bruxelles Formation, FOREM və National Institute for Sickness and Invalidity Insurance kimi yerlərdə peşə təhsili alan şəxslər istisna bir hal olaraq,  iş yerini dəyişə bilərlər.