“Oturma izni” almadan Fransada uzunmüddətli işçi vizası.

22 Dekabr 2020 02:56

Aşağıdakı iş vizaları yaşayış icazəsi tələb etmir:

  • OFII uzunmüddətli iş vizası,
  • AU PAIR ailəsində işləmək üçün viza,
  • ödənişli staj üçün viza.

Bu kateqoriyalardan olan vizanın sahibləri, vizanın qüvvədə olduğu müddət ərzində yaşayış icazəsi üçün prefekturaya müraciət etmək ehtiyacından azaddırlar, lakin onlar qeydiyyatdan keçməlidir. Prosedur aşağıdakı kimidir:

Sənədlərin verilməsi zamanı , müraciətçilər, səndələr arasına OFII anket formasını da əlavə etməlidirlər. Viza alıb, Fransaya gəldikdən dərhal sonra (ən geci 3 ay ərzində) müracitci sözügedən formanı , yaşayış yerinə uyğun olaraq yerli OFII idarəsinə göndərməlidir. Bundan sonra OFII , müraciətçi ilə qeydiyyatla bağlı olaraq, əlaqə saxlayır. Qeydiyyatın həyata keçirilməməsi halında, viza sahibi qeyri – leqal reziden (daimi sakin) sayılacaqdır.

OFII uzunmüddətli iş vizası.

         Bu tip vizalar müqavilə əsasında işləmək məqsədi ilə ölkəyə gələnlər üçün nəzərdə tutulub. Vizanın alınması üçün ilkin olaraq , Fransadakı işəgötürən tərəfindən əldə edilmiş iş icazəsi, konsulluğa təqdim edilməlidir. Viza üçün sənədlər yalnız İmmiqrasiya və İnteqrasiya Ofisində (OFII) lazımi bütün rəsmiləşdirmələr başa çatdıqdan sonra və yalnız rəsmi CERFA sənədi konsulluğa təqdim edildikdən sonra təqdim edilə bilər.

İş icazəsi almaq üçün: işəgötürən ilkin razılığı əldə etdikdən sonra yerli OFII ofisi ilə əlaqə saxlamalı, daha sonra da sənədlər bu şöbənin son razılığını almaq üçün OFII-nin mərkəzi ofisinə göndərilir ki, bu da təxminən 1 – 1.5 ay arası çəkir. İcazə alındıqdan hıəmən sonra, müqavilə və lazımı sənədlər Bakıdakı Fransa səfirliyinə yönləndiriləcəkdir. Görüş üçün çağırış, sizin iş üçün icazənizdə göstərilən adresə göndəriləcəkdir. Bundan sonra siz tibbi müayinədən keçib, Fransa səfirliyinə müsahibə üçün gəlməlisiniz.

OFII veb saytından (Fransız dili) Uzunmüddətli İş Vizaları haqqında məlumat.

Dil biliklərinin artırılması və ailə yanında iş üçün viza (AU PAIR)

         Bu vizanı əldə etmək üçün , ilkin olaraq, Rəqabət, İstehlak, Sahibkarlıq , Əmək və Məşğulluq məsələləri üzrə Regional Müdürlükdən (DIRECCTE) iş müqaviləsi almalısınız. Bu sənədin originalı olmadan sizin, işinizə baxılmayacaqdır və əlavə olaraq da, siz Fransız dili kruslarına yazılmağınız barədə sənəd də təqdim etməlsiniz.

Ödənişli staj müddəti üçün viza

         Belə bir vizanın alınması üçün əsas sənəd, səlahiyyətli orqan tərəfindən verilmiş  və DIRECCTE möhürü ilə təsdiqlənmiş staj ilə bağlı müqavilədir. Staj müddətində vəsaitin veriləcəyini təsdiqləmək üçün , işəgötürənin gələcək əməkhaqqını ödəməsi barədə öhdəliklərini təqdim etmək olar.

         Bu tip uzunmüddətli vizaların sahibləri, vizanın etibarlılıq müddəti ərzində Şengen bölgəsində rahat şəkildə səyahət edə bilər . Burada yeganə şərt başqa ölkələrdə 3 aydan çox bir müddətdə qalmamaqdır.

Oturma izni tələb edən vizalar haqqında məlumatı buradan ala bilərsiniz.