İtaliyaya iş vizası və “Nulla Osta” iş icazəsi.

22 Dekabr 2020 03:04

İtaliyada iş icazələri illik kvotalar çərçivəsində verilir. Kvota – bir il ərzində İtaliyaya işləmək məqsədi ilə gələ biləcək əcnəbi işçilərin (Avropa Birliyi ölkəsi vətəndaşı olmayan) maksimum sayıdır. Kvota nəzərə alınmadan , İtaliyaya işləmək üçün sadəcə olaraq yüksək ixtisaslı işçilər buraxıla bilər. Bunlar sırasında universitet müəllimləri də durur.

     Avropa Birliyi ölkələrindən olmayan şəxlsər üçün İtaliyada rəsmi şəkildə işə düzəlmək üçün 3 əsas mərhələ var.

  • İş icazəsinin alınması
  • D kateqoriyalı işçi vizasının alınması
  • İtaliyada “oturma izni”nin alınması

İtaliyada işləmək üçün icazə (Nolla Osta).

         İllik kvotaların elan edilməsindən sonra, işəgötürən , müəssisənin yerləşdiyi ərazi üzər Birləşmiş İmmiqrasiya İdarəsinə, konkret bir işçi üçün iş icazəsinin verilməsi barədə müraciət etməlidir. Müraciəti qəbul etdikdən sonra Birləşmiş İmmiqrasiya İdarəsi , müəssisənin yerləşdiyi yerli Əmək Departamentindən və polisdən işəgötürən haqqında məlumatlar alır ki, bununla da iş icazəsinin verilməsi üçün maneənin olub – olmadığı araşdırılır.

         Müsbət bir qərar verildiyi zaman , iş icazəsi ya işəgötürənə verilir, ya da əcnəbi işçinin , işçi vizasını alacağı ölkədə yerləşən İtaliya konsulluğuna göndərilir.

 

 

 

 

 

 

İtaliyaya işçi vizası.

         İtaliyada verilən iş icazəsinin etibarlılıq müddəti 180 gündür ki, bu müddət ərzində siz İtaliyaya D kateqoriyalı işçi vizası əldə etməlisiniz.

İtaliyaya işçi vizası.

         İtaliyada verilən iş icazəsinin etibarlılıq müddəti 180 gündür ki, bu müddət ərzində siz İtaliyaya D kateqoriyalı işçi vizası əldə etməlisiniz.

         İtaliyaya D kateqoriyalı vizanın alınması üçün zəruri sənədlərin siyahısını, İtaliyanın viza mərkəzindən əldə edə bilərsiniz.

İşçi vizasının verilməsi halında, İtaliya səfirliyində sizin xarici pasportunuza stiker yapşdırılacaqdır , həmçinin , bu barədə İtaliya Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Milli Sosial Təminat İnstitutuna və Dövlət İstehsalat Prosesində Zədələnmələrdən Sığortası İnstitutuna məlumat veriləcəkdir.

İtaliyada “oturma izni”nin alınması.

         İşçi vizası ilə İtaliyaya gəldikdən sonra, əcnəbi işçilər 8 gün ərzində yerli Birləşmiş İmmiqrasiya İdarəsinə, Mod 209 fomrasını əldə etmək üçün müaciət etməlidir. Mod 209 forması – “oturma izni” almaq üçün zəruri olan sənəddir.

         İtaliyada “Oturma izni” – italyan immiqrasiya polisi tərəfindən verilən, şəxsiyyəti təsdiq edən bir kartdır. Bu kartın olmaması halında , əcnəbi vətəndaşın ölkədə varlığı leqal olmayacaqdır.

İtaliyada “oturma izni” əldə etməklə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.