İtaliyada “oturma izni”ni necə əldə etmək mümkündür ?

22 Dekabr 2020 03:08

İtaliyada daimi yaşayış icazəsi ilə “oturma izni” kartı arasında hansı fərqlər mövcuddur ?

         Burada əsas fərq kartın etibarlılıaq müddətindədir.

         İtaliyada bu kartların etibarlılıq müddəti , xarici vətəndaşın ölkəyə hansı məqsədlə gəlməsindən asılı olaraq dəyişir.

  1. Təhsil. Ölkəyə təhsillər bağlı gələn şəxslər üçün bu 1 il təşkil edir. ( əgər təhsil müddəti bir ildən çox çəkəcəksə, bu halda “oturma izni”nin müddəti bir ildən sonra yenidən uzadılacaqdır)
  2. Fərdi Sahibkarlıq. Fərdi sahibkarlıqla bağlı ölkəyə gələn şəxlsər üçün “oturma izni” maksimum iki il müddətinə verilir.
  3. Nigah və yaxud ailələrin birləşməsi məqsədi ilə. Bu məqsədlə ölkəyə gələn şəxslər üçün daimi yaşayış icazəsi verilir.

İtaliyada leqal şəkildə 6 ildən çox yaşayan xarici vətəndaşlar, burada olma məqsədlərindən (iş və yaxud təhsil) asılı olmayaraq, daimi yaşayış icazəsi üçün müraciət edə bilərlər.

İtaliyada daimi yaşayış icazəsini necə əldə etmək olar ?

     İmmiqrasiya portalının göstərişlərinə əməl edin:

  1. İlkin olaraq, İtalyan dilində Modulo 1Modulo 2 blankalarını doldurmaq lazımdır.

Bu blanların doldurulması ilə bağlı olaraq sizə, lazımı köməyi poçt mərkəzlərində və rəsmi qurumlarda pulsuz olaraq göstərə bilərlər. Əvvəllər verilmiş yaşayış icazəsini uzadırsınızsa, zərfə, hal - hazırki “oturma izni”nin nüsxəsini də əlavə edin. Nəzərə almaq lazımdır ki, formalar yalnız qara qələmlə doldurulmalıdır, doldurma sahələrindən kənara çıxmaq qadağandır.

  1. Anketləri, poçtdan əldə edə biləcəyiniz xüsusi zərfə qoymalısınız. Nəzərə almaq lazımdır ki, müraciətçinin bütün ailə üzvlərinin müraciətləri də eyni zərfə yığılmalıdır.
  2. İtaliyaya giriş tarixindən etibarən 8 iş günü ərzində poçtda İtaliyada oturma izni / daimi yaşayış kartı üçün bir tələb göndərməlsiniz. Sənədləri təqdim edərkən, sizə doldurmağınız məqsədi ilə, sifarişli məktub üçün bir qaimə təqdim olunacaqdır. Qəbzdə İtaliyada yaşayış icazəsi / daimi yaşayış kartları alma vəziyyətini izləməyə imkan verən, xüsusi bir sistemə daxil olmaq üçün parol mövcuddur.
  3. Sifarişli məktubu əldə etdikdən sonra, barmaq izi götürmək və fotoşəkil çəkmək üçün Miqrasiya Xidmətinə getməlisiniz. Bütün bu məlumatlar daha sonra “oturma izni”ndə istifadə ediləcəkdir.
  4. İtaliyada oturma izni üçün sənədlərin hazırlığını öyrənmək üçün, Dövlət Polisinin veb saytına daxil ola, sənəd nömrəsini (10 simvol) və ya oturma izni tələbinin şifrəsini (12 simvol) daxil etməklə, lazımı məlumatları əldə bilərsiniz. İtaliyada oturma izni / daimi yaşayış kartı hazırdırsa, onu ala biləcəyiniz tarix, saat və yerin göstərildiyi bir SMS alacaqsınız. SMS xidməti Bolonya, Napoli, Modena, Padova, Caserta və Cenova şəhərlərində mövcud deyil.