Ən çox ehtiyac duyulan peşələr üzrə Kanadaya immiqrasiya.

22 Dekabr 2020 03:14

“İxtisaslaşmış mütəxəssiz”(Federal Skilled Workers) rezident vizası, TRV (Temporary Residence Visa) müvəqqəti işçi vizasından fərqli olaraq, Kanadada yaşamaq, işləmək üçün icazə verməklə yanaşı, Kanada vətəndaşları ilə eyni imtiyazların əldə edilməsi imkanı da verir. Bu proqram əsasında Kanadaya immiqrasiya üçün bir neçə tələb mövuddur:

  1. İş təcrübəsi.

 

  • Son 10 il ərzində, 1 il müddətinə daimi maaşlı və tam ştat işdə, bu və ya digər peşə üzrə işləmək lazımdır.
  • Kanada peşə klasifikatoruna (Canadian National Occupational Classification) əsasən,  0 tipli ixtisasa (menecment) , A (peşəkar) və yaxud B(texniki peşə sahibları və ixtisaslı mütəxəssislər) səviyyəsinə malik olmaq lazımdır.

Bütün bunlarla paralel olaraq müraciətçi ya Kanadada ən çox tələbolunan peşələr siyahısında olan peşələrdən birinə sahib olmalıdır, ya Kanada da olan işəgötürən tərəfindən real iş təklifi almalıdır, ya PhD proqramının (Kanadanın bölgə və ərazilərində yerləşən, dövlət və yaxud rəsmi şəkildə tanınmış özəl universitetlərində təhsil alan, xarici tələbələr üçün proqram) üzvü olmalıdır.    

 

  1. Dil biliyi.

Kanadaya immiqrasiya üçün dil biliyi səviyyəsi, İELT akkreditasiya mərkəzlərində toplanmış bal əsasında müəyyən edilir. Keçid balı haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

 

Kanadada ən çox tələbolunan peşələrin siyahısı.

 

Kanadaya immiqrasiya üçün ixtisaslaşmış mütəxəssis olaraq, müraciət etmək üçün, sizin peşənizin tələbolunan peşələr siyahısında olması zəruridir.

  • İdarəetmə mühəndisləri
  • Maliyyə - investisiya analitikləri
  • Geofizik və okeanoqrafları
  • Mühəndislər (mülki mühəndislik)
  • Mexanik mühəndislər
  • Kimyəvi mütəxəssislər
  • Dağ – mədən mütəxəssisləri
  • Neft mühəndisləri
  • Geologiya mühəndisləri
  • Aerokosmik mühəndislər
  • Kompüter mühəndisləri (veb dizayner və administratorlardan başqa)
  • Torpaq idarəetmə mühəndisləri
  • İnteraktiv media proqramçıları
  • Sənayə işçilərinin texniki işçiləri və mexanikləri
  • Ətraf mühitin qorunması və peşəkar sağlamlıq təhlükəsizli sahəsində işçilər
  • Loqopedlər
  • Fizioterapevtlər
  • Praktik terapevtlər
  • Tibbi lobaratoriya mütəxəssisləri
  • Tibbi laboratoriya mütəxəssisləri və pataloq köməkçiləri
  • Ağciyər xəstəlikləri üzrə terapevtlər
  • Rentgen cihazları üzrə texniklər
  • Kardiologiya və elektrofizyolojik diaqnostika texnoloqları

Kanadaya əmək immiqrasiyası üçün tələbolunan peşələrin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

Kanadaya immiqrasiya üçün veriləcək müraciətlər üçün kvota.

Kanadaya immiqrasiya etmək istəyən şəxslərin çoxluğu və müraciətlərin həddən çox olmasından dolayı, Kanada höküməti bununla bağlı olaraq məhdudiyyətlər tədbiq etdi. Reallıq odur ki, bundan sonra sadəcə məhdud sayda müraciətlərə baxılır. 4 may 2013 və 30 aprel 2014 arasında yalnız 5.000 FSW müraciəti qəbul edildi və sadəcə olaraq, 300 müraciət Kanadaya immiqrasiya üçün zəruri olan tələblərə uyğun idi.

Kvota tədbiq edilmir:

  1. Müraciətçinin Kanadadakı bir işəgötürəndən etibarlı iş təklifi varsa;
  2. PhD namizədləri üçün də ayrı bir kvota tədbiq edilir. ( 4 may 2013 – 30 aprel 2014 arasında 1000 müraciət)

Kanadaya immiqrasiya üçün necə viza almaq mümkündür ?

         Bütün tələblərə cavab verirsinizsə, Kanadaya immiqrasiya məqsədi ilə viza (Permanen Residence) üçün müraciət edin. Bu müraciəti  siz onlayn şəkildə də edə bilərsiniz.

         Əgər sizin müraciətiniz müsbət şəkildə cavablandırılıbsa, bu halda sizə Confirmation of Permanent Residence (COPR) təsdiqləyəcəklər. Bundan sonra vizanın rəsmiləşdirilməsi üçün Kanada viza mərkəzlərindən birinə müraciət edə bilərsiniz.

Kanadaya immiqrasiya əsasında gəldikdən sonra.

         İmmiqrasiya vizası əsasında Kanadaya giriş edən şəxs birbaşa olaraq, “daimi oturma izni” (Permanent Residence Card, PRC) üçün müraciət etməlidir. Bu müraciət Kanadaya qəbul məntəqəsində edilir və “daimi oturma izni” kartının verilməsi üçün Sidney, Yeni Şotlandiyada şəhərlərində olan müraciətlərin dəyərləndirilməsi mərkəzinə yönləndirilir. Əsasən müraciət təxminən bir ay müddətində nəzərdən keçirilir. Hazır olduqdan sonra bu kart Kanadada olan yaşayış ünvanınıza poçt vasitəsiylə göndərilir.