Litvada iş icazəsi.

22 Dekabr 2020 03:23

Litvada yaşayan və işləyən əcnəbilərlə bağlı məsələlər “Əcnəbilərin hüquqi statusu haqqında” qanun və Litva Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər hüquqi sənədləri ilə tənzimlənir.

Litva Respublikasında işləmək niyyətində olan bir əcnəbi, Litva Respublikasına giriş etmədən əvvəl iş icazəsi almalıdır. İşəgötürənin tələblərinə əsasən, Litvada müvafiq peşəyə uyğun işçilər yoxdursa, bu halda xarici vətəndaşın həmin vəzifəyə qəbuluna icazı verilə bilər.

Litvada iş icazəsinin verilmə şərtləri və qaydası

         Bir əcnəbi üçün iş icazəsi almaq  istəyən işəgötürən yerli əmək birjası ilə əlaqə qurmalı (yaşayış yerinə və yaxud şirkətin hüquqi ünvanına uyğun şəkildə) və vakansiyaları qeydiyyata saldırmalıdır.

         Qanunvericilikdə göstərildiyi kimi, işəgötürən iş icazəsi üçün müraciətindən bir ay əvvəl vakansiyanı qeydə almayıbsasa, bu halda iş icazəsi üçün müraciət qəbul edilməyəcəkdir.

Əmək müqaviləsi ilə işləyəcək əcnəbi vətəndaşlarla bağlı icazənin alınması üçün lazımı sənədlər.

  • Qəbul edilmiş formada müraciət;
  • Xarici vətəndaşın xarici pasportunun və yaxud Litva Respublikasında tanınan xaricə səyahət etmək üçün nəzərdə tutulmuş ona bərabər sənədin surəti;
  • şəxsin ixtisasını təsdiq edən diplomun və ya ona bərabər tutulan sənədin surəti;
  • İşçinin peşə keyfiyyətlərini təsdiq edəcək, səlahyyətli qurumlar tərəfindən verilən sənədin nüsxəsi. Peşə keyfiyyətlərinin təsdiqlənməsi barəsində ətraflı məlumatı birbaşa olaraq , Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyindən öyrənmək mümkündür;
  • Ali təhsilin səviyyəsinin keyfiyyətinin qiymətləndirilməsi mərkəzinin verdiyi, qiymətləndirmə sertifikatı;
  • İşçinin ,son üç il ərzində, ən azından iki illik peşəkar iş təcrübəsi olduğunu təsdiqləyən sənədin surəti;
  • Peşə qabiliyyətinin inkişafı baxımından atılan addımları (kurslar, treyninqlər və s.), təsdiq edən sənədlərin surətləri ( əgər mövcuddursa);
  • Litva Respublikasında ikinci və ya əlavə təhsili təsdiqləyən bir Litva universiteti tərəfindən verilən sertifikat;

İşəgötürən tərəfindən təsdiqlənmək üçün veriləcək sənədlər:

  • əcnəbi işçinin işə götürülməsi zərurətini sübuta yetirilməlidir;
  • iş icazəsi üçün müraciət etməzdən əvvəl 6 ay ərzində işdən çıxarılan işçilərin siyahısı (işdən çıxarılma səbəbi, işdən çıxarılan işçilərin ixtisası və funksiyaları göstərilməklə);
  • Litvanın İnzibati Xətalar Məcəlləsinin 2063-cü maddəsinə uyğun olaraq işəgötürənin inzibati cərimələrin olmadığını sübut edən sənəd;
  • işçinin funksiyası, əmək haqqı, hesablanmış və ödənilmiş vergilər göstərildiyi, xarici vətəndaşların işə cəlb edilməsi ilə bağlı müraciət edən işəgötürənin sertifikatı;

İş icazəsi üçün müraciətlərə baxılma qaydası və şərtləri.

Bir əcnəbinin Litva Respublikasında iş icazəsi almaq üçün müraciəti, Litva Əmək Birjasınna ərizənin verildiyi tarixdən etibarən iki ay ərzində nəzərdən keçirilir.

Əmək müqaviləsi ilə Litvada işləmək istəyən şəxslərə iş icazəsinin verilməsinin şərtləri mövcuddur. Müraciət 21 təqvim günü əsasında dəyərləndirilir və onun verilməsi müddəti də 20 gündən çox olmamalıdır. Yüksək ixtisaslı əcnəbi işçilər üçün bu müddətlər, ardıcıllığa uyğun olaraq 14 və 10 gün olaraq müəyyən edilib.

Litva Əmək Birjası işə icazə sənədinin verilməsi / uzadılması və ya rədd edilməsi barədə işəgötürəni elektron poçtla məlumatlandırır.