ABŞ – da rezident olmayan əcnəbilərin vergisi.

13 Yanvar 2021 02:32

ABŞ – da rezident olmayan əcnəbilərin vergisi.

Qeyri-rezident ABŞ-da daimi yaşamaq üçün qanuni hüququ olmayan (Green card) və ya ABŞ vətəndaşı olmayan xarici vətəndaşdır. Qeyri-rezident əcnəbilər ABŞ vətəndaşları və green card sahibləri ilə eyni vergini ödəməlidirlər.

Vergiyə cəlb olunan gəlirlər

Qeyri-rezident xarici vətəndaşın Amerika qanunlarına uyğun olaraq vergiyə cəlb olunan gəliri ümumiyyətlə iki kateqoriyaya bölünə bilər:

  • ABŞ-da ticarət, sahibkarlıq fəaliyyətinin (muzdlu işdəki əmək haqqı daxil olmaqla) həyata keçirilməsi ilə birbaşa əlaqəli gəlir (Effectively Connected Income, ECI)
  • ABŞ-dakı mənbələrdən alınan gəlir: dividendlər, faizlər, qrantlar, təqaüdlər, mükafatlar və s. (FDPA)

 

Bu halda, birinci gəlir növü üçün gəlirdən çıxılmalar nəzərə alınmamaqla diferensial (mütərəqqi) vergi dərəcəsi tətbiq olunur.

İkinci növdə isə “ABŞ Mənbə Gəliri” (FDAP), vahid fiksasiya əsasında yüzdə 30 faiz vergiyə cəlb edilir və burada gəlirdən heç bir tutulmaya icazə verilmir.

ABŞ-da əmək haqqı hesabına ödənilən vergilər.

         Bunlar aşağıdakı vergi növləridir:

  • Federal Gəlir Vergisi,
  • Ştat gəlir vergisi,
  • Sosial təhlükəsizlik və tibb vergiləri,
  • Federal İşsizlik Vergisi.

 

Federal gəlir vergisi. Federal vergi təxminən aşağıdakı sxemə görə hesablanır: Qanunda nəzərdə tutulmuş ilk 8700 dollar məbləğindən "Güzəştlər" çıxılmaqla 10 faiz vergi tutulur, daha sonra 8700 – 35500 dollardan - 15%, 35500 - 87.500 dollardan – 25 faiz dərəcə ilə vergi tutulur.

Ştat gəlir vergisi. Əksər ştatlarda əlavə gəlir vergiləri tədbiq edilir. Məsələn Kaliforniya ştatında əlavə gəlir vergisi bu şəkildə təşkil olunub.

- 7455 $ gəlir * 1% = 75 $

- 10,221 $ gəlir * 2% = 204 $

- daha sonra 4, 6 və 8% nisbətləri tətbiq olunur

Əlavə vergi tətbiq etməyən ştatlar da var: Alaska, Florida, Nevada, New Hampshire, South Dakota, Tennessee, Texas, Washington, Wyoming.

Vergi bəyannaməsi.

Vergi bəyannaməsini kim təqdim etməməlidir? Birləşmiş Ştatlarda yeganə gəlir mənbəyiniz , vergisiz tədbiq edilməyən minimumdan az bir maaşdırsa, vergi bəyannaməsi verməyinizə ehtiyac yoxdur.

Qeyd: Qeyri-rezident bir xarici vətəndaş ABŞ-da müvəqqəti olaraq F, J, M və ya Q vizası ilə tələbə, müəllim və ya stajçı kimi iştirak edirdisə, o, ABŞ-da ticarət və ya ticarətlə məşğul olan bir şəxs kimi qəbul edilməlidir. Bu şəxslər vergi tutulan minimumdan yuxarı gəlir əldə etdiyi təqdirdə 1040NR bəyannamə təqdim etməlidir.

Qeyri-rezident xarici vətəndaş, istədiyi halda vergi bəyannaməsi təqdim edə bilər.

- artıq ödənilmiş vergilərin qaytarılmasını bəyan etmək;

- vergi endirimlərinin verilməsi üçün müraciət etmək. Məsələn, əgər sizin ABŞ – da bir biznesiniz olmadığı halda, işinizlə sıx əlaqəli olduğunu düşündüyünüz bir daşınmaz əmlakın satışından gəlir əldə etmisinizsə, siz zamanında, tam şəkildə dəqiq və etibarlı bəyannamə verməlisiniz. Bu halda siz tədbiq edilən güzəştləri əldə edəcəksiniz və bu sayədə də vergi azalmaları olacaqdır.

Formaları yükləyə bilərsiniz:

1040NR, U.S. Nonresident Alien Income Tax Return

1040NR-EZ, U.S. Income Tax Return for Certain Nonresident Aliens With No Dependents

Vergi bəyannaməsinin verilmə tarixi və yeri. Qeyri-rezident xarici vətəndaş, müəyyən bir qeyri-rezident üçün müəyyən edilmiş vergi ili bitdikdən sonra 4-cü ayın 15-nə qədər gəlir vergisi bəyannaməsi təqdim etməyə borcludur. Vergi ili ümumiyyətlə təqvim ili ilə üst-üstə düşür və vergi bəyannaməsinin verilməsi üçün son tarix 15 apreldir.

1040NR-EZ və yaxud 1040NR formasını, bu formalar üçün təlimatlarda göstərilən ünvana göndərməlisiniz.

Vergi bəyannaməsinin verilməsi üçün son tarixin uzadılması. Qeyri-rezident qanuni müddət ərzində bəyannamə təqdim edə bilmirsə, avtomatik güzəşt müddəti almaq üçün Forma 4868-ə müraciət etməlidir. Forma 4868, gəlir vergisi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulan qanuni müddətdə təqdim edilməlidir.

Qeyri-rezident xarici vətəndaşların ABŞ-dan getməsi.

Ölkədən çıxmadan öncə bütün qeyri – rezidentlər vergi öhdəliklərinin tam həyata keçirilməsi barədə şəhadətnamə almalıdır. Bu sənəd daha “rahat çıxış üçün icazə” kimi məşhurdur və xarcii vətəndaşın vergi borcunun olmadığını göstərir.

Onu 1040 – C formasını təqdim etməklə əldə etmək olar.

Əcnəbi vətəndaş 1040-C Formasını dolduraraq ABŞ-ı tərk etmiş olsa da, vergi ilindən sonra illik vergi bəyannaməsi təqdim etməlidir. Əgər siz evlisinizsə və hər ikiniz eyni anda ABŞ – ı tərk edirsinizsə, sertifikat üçün hər ikinizdə müraciət etməlisiniz. Ancaq əgər tərəflərdən biri ABŞ vətəndaşı, digəri isə qeyri – rezidentdirsə, ölkəni tərk edən tərəf öz həyat yoldaşı ilə birlikdə bəyannaməni təqdim edə bilər.


Formaları aşağıda göstərilən İnternet ünvanlardan ödənişsiz yükləyə bilərsiniz:

1040-C, U.S. Departing Alien Income Tax Return

2063, U.S. Departing Alien Income Tax Statement