SkillSelect sistemi üzərindən viza əldə etmək üçün müraciət.

15 Yanvar 2021 00:57

SkillSelect sistemi üzərindən viza əldə etmək üçün müraciət.

İşləmək məqsədi ilə miqrasiya üçün özünüzə ən uyğun işçi vizasını seçib, zəruri olan sənədləri hazırlamısınızsa,  viza üçün müraciət edə bilərsiniz. Viza üçün müraciət SkillSelect sistemi vasitəsiylə edilməlidir. Belə bir müraciətin edilməsi üçün heç bir formada rüsum alınmır. Hansı vizanın sizə daha uyğun olduğunu görmək üçün Visa Finder – dən istifadə edə bilərsiniz.

Balların hesablanması sisteminə əsaslanan “Əmək miqrasiyası” üçün sizə ballar əsasında formalaşan reytinq veriləcəkdir. Siz lazımı keçid balını toplamadan da , viza üçün müraciət edə bilərsiniz, ancaq bu halda sizə üçüncü mərhələdə , miqrasiya üçün icazə verilməyəcəkdir. Balların necə toplandığı ilə bağlı hər şeyi saytımızda olan digər məqalədən öyrənə bilərsiniz. 

Müraciətdən sonra siz öz ballarınızla tanış ola biləcəksiniz ,ancaq bundan sonra reytinqinizi görmə imkanı olmayacaqdır. Bunun səbəbi, yeni müraciətlər olduqca reytinqlərin , tez – tez dəyişməsidir.

Viza üçün müraciətdən sonra, bu müraciət nə qədər müddət  etibarlı olacaqdır ?

         SkillSelect sisteminə təqdim edildikdən sonra müraciət 2 il ərzində etibarlı olur və sistemdə saxlanılır. Tam şəkildə doldurulmamış viza da , eynilə 2 il ərzində sistemdə qalır, ancaq reallıq odur ki, həmin müraciət əsasında viza alına bilməz. SkillSelect sisteminin tələblərinə uyğun olmayan müraciətlər istənilən zaman sistemdən silinə bilər. SkillSelect sistemi sizin ballarını hesablayacaq, tələblərə uyğun olub – olmadığınızı yoxlayır və buna uyğun olaraq da nəticəni sizə yollayacaqdır. Müraciətinizi verdikdən sonra, siz nə qədər bal topladığınızı öyrənə bilərsiniz.

Viza üçün olan müracətinizə dəyişiklər etmək mümkündürmü ?

Hesabınız vasitəsiylə, istənilən vaxt daxil olub, məlumatlarınızı yeniləyə bilərsiniz. Bu gələcəkdə əlavə iş təcrübəsi,  dili səviyyəsini artıdığınız hallarda və yaxud ailənizin tərkibindəki dəyişikliklər olduğu zaman lazım ola bilər. Yeni məlumatlar yükləndikcə, faktiki olaraq sizin reytintiqini dəyişə bilər, bunun da səbəbi yeni məlumatların balların artmasına səbəb  olma ehtimalıdır. SkillSelect reytinqinizi yüksəltməklə paralel olaraq, sizin viza üçün icazə alma ehtimalınız da yüksəlir.

Nəzərə almaq lazımdır ki, SkillSelect müraciətində yazdığınız məlumatlar, əlavə şəklində viza müraciətinizə də qoyulacaqdır. Bu baxımdan da əgər natamam və doğru olmayan məlumatlar yerləşdirmisinizsə, belə olduğu halda viza üçün müraciətiniz qəbul edilməyəcəkdir. Əgər siz keçid balını toplayıb, cari turun kvotasına düşsəniz, məlumatları yeniləmə imkanınız olmayacaqdır.

“Cari raund” nədir ?

         Cari raund - ən yaxın seçim tarixinə uyğun olaraq, topladığı ballar əsasında ilk sıralarda olan müraciətçilərin seçim turudur. Turlar ayda iki dəfə keçirilir, hər turun tarixi əvvəlcədən elan edilir.

Kvota nədir ?

         Əmək miqrasiyası üzrə vizaların verilməsi üçün balların toplanması əsasında kvota tədbiq edilir. Kvota – hər peşə üzrə veriləcək icazələrin say limitidir. Kvota tədbiq edilmir:

  • İnformasiya texnologiyaları sahəsində iş və sistem analitikləri
  • Proqramçılar və developer – lər
  • Mühasiblər