Oturma izninin alınmasını tələb edən uzun müddətli viza.

15 Yanvar 2021 03:24

Oturma izninin alınmasını tələb edən Fransaya uzunmüddətli viza.

Aşağıdakı iş vizaları kateqoriyası Fransaya gəldikdən sonra oturma izni almasını tələb edir (oturma izni tələb etməyən vizalar haqqında məlumat veb sayt səhifəmizdən əldə edə bilərsiniz.):

  • Ştat əsasında və yaxud muzdlu işçi vizası
  • Mövsümi işçi vizası
  • Sahibkar vizası
  • Alim və mədəniyyət xadimi vizası
  • “Bacarıq və istedad” vizası
  • Tətildə iş vizası

Bu vizanın sahibi yaşayış və işləmək hüququ verən yaşayış icazəsi üçün yaşayış yerinin prefekturasına müraciət etməlidir. Bu sənəd alındıqdan sonra sahibinin Şengen zonasının bütün ölkələrində sərbəst hərəkət etmək hüququ vardır.

Ştat əsasında və yaxud muzdlu işçi vizası.

Bu kateqoriyaya aid, Fransada xüsusi fəaliyyət növlərində işləmə hüququ verən aşağıdakı yaşayış icazələ növləri vardır:

- Müqavilə 12 ay və ya daha çox müddətə bağlandığı təqdirdə, "ştat işçisi (salarié)" müvəqqəti yaşayış icazəsi;

  - Müqavilənin müddəti bir ildən azdırsa, “muzdlu işçi” (travailleur temporaire) müvəqqəti işçi vizası.

Yaşayış icazəsi, İşçi və İşəgötürən arasında Sahibkarlıq, Rəqabət, İstehlak, Əmək və Məşğulluq Regional Müdirliyi (DIRECCTE) tərəfindən təsdiqlənmiş ikitərəfli müqavilə əsasında verilir. Bir əcnəbinin Fransada işləyə biləcəyi peşələrin siyahısı Fransa Daxili İşlər Nazirliyinin İmmiqrasiya, İnteqrasiya və Əcnəbilər üçün Sığınacaq Departamentinin veb saytında yerləşdirilib.

Mövsümi işçi vizası.

Mövsümi əmək müqaviləsi ilə işə götürülən əcnəbilərə 3 aydan çox müddətə verilir.

Fransaya gəldikdən sonra bu vizanın sahibinə, 3 il müddətinə qüvvədə olan, daha da uzadılması ehtimalı ilə müvəqqəti yaşayış icazəsi verilir, bu da mövsümi rejimdə işləmək hüququ verir.

Əcnəbi, ildə 6 aydan çox olmamaq şərtilə Fransada olması və mövcud yaşayış yerini Fransa xaricində saxlayaraq bir neçə əmək müqaviləsini birləşdirmək hüququna malikdir. Bu cür yaşayış icazəsi ailə üzvləri üçün viza almaq üçün uyğun deyil.

Sahibkar vizası

Öz işlərini qurmaq üçün Fransaya gələn əcnəbilər, müddətin uzadılma imkanı ilə 1 il müddətinə oturma izni üçün müraciət edə bilərlər.

Bir şirkətin təməli iki yolla qoyula bilər: Fransa qanunlarına görə və yaxud xarici bir hüquqi şəxsin flialı kimi

Alim və incəsənət xadimi vizası.

Bir əcnəbi ən azı magistr səviyyəsində ali təhsil almışsa, tədqiqat və ya müəllimlik aparmaq üçün Fransaya gəlmək hüququna malikdir.

Bunu etmək üçün tədqiqatçı statusunun və tədqiqat təcrübəsinin uzunluğunun təsdiqini təmin etmək, habelə bu cür fəaliyyət göstərmək üçün dövlət icazəsi olan akkreditə olunmuş Fransız institutu dəvət edən təşkilatdan (Convention d'accueil) qəbul üçün bir razılaşma təmin etmək lazımdır.

Bu viza ilə gəldikdə yaşayış icazəsi 1 ilə 4 ilə qədər uzadılması ehtimalı ilə 1 il müddətində qüvvədədir.

"Alim", "Rəssam", "Təşəbbüskar" kateqoriyasında müvəqqəti oturma icazəsi üçün müraciət edən əcnəbilər, gəldikdən sonra 2 il ərzində kifayət qədər Fransız dili biliklərini nümayiş etdirməli və ya dili öyrənməlidirlər.

Bacarıqlar və istedadlar vizası.

Fransa və yaşadıqları ölkəni maraqlandıran və müraciət edənlərin xüsusi qabiliyyət və istedadlarına əsaslanan xüsusi bir layihəsi olan şəxslər 3 il müddətinə "Bacarıqlar və İstedadlar" yaşayış icazəsi ala bilərlər.

Belə bir yaşayış icazəsinin verilməsi üçün əsas iqtisadi inkişaf layihələri, elmi, texniki və dizayn layihələri, nəqliyyat və ətraf mühitin qorunmasını inkişaf etdirən layihələr və s. ola bilər. Bu yaşayış icazəsi layihə çərçivəsində peşəkar fəaliyyət göstərməyə imkan verir.

Fransa Dövlət Komissiyası hər il bu kateqoriyada yaşayış icazəsi verilə bilən layihələr üçün meyarları müəyyənləşdirir. Fransa Konsulluğu, dövlət komissiyası tərəfindən müəyyən edilmiş kriteriyalara əsaslanaraq müraciətçinin bacarıqlarını və layihənin dəyərini qiymətləndirir.

Bu vizanın sahibi müşayiət edən ailə üzvləri üçün viza üçün müraciət edə bilər.

Tətildə iş vizası.

Tətilini Fransada işləmək imkanı ilə keçirmək istəyən 18 ilə 30 yaş arasındakı (daxil olmaqla) Azərbaycan vətəndaşları, bu viza üçün müraciət edə bilərlər. Vakansiyalara görə, bu viza sizə Fransada dörd aya qədər qalma imkanı verir.

Dörd aydan çox müddətdə Fransada qalmaq üçün Azərbaycan vətəndaşı vizanın qüvvədə olduğu müddətdə Fransada işləmək üçün müqavilə almalıdır. Bundan sonra isə, giriş tarixindən bir ildən çox olmayan əmək müqaviləsinin müddətinə uyğun olaraq Müvəqqəti Yaşama İzni (APS) və Müvəqqəti İş İzni (APT) – nin verilməsi üçün müraciət etməlidir.

Tibbi müayinə.

Xarici işçilər, Fransaya gəldikdən sonra, imzalanmış əmək müqaviləsini və tibbi arayışı, Fransanın İnteqrasiy və İmmiqrasiya İdarəsinə (OFII) təqdim etməlidir. Tibbi müayinə həm yaşadığınız ölkədə (əgər orada OFII – in bir ofisi varsa), həm də Fransada, Fransaya giriş tarixindən sonra üç ay ərzində aparıla bilər. Əcnəbilər Fransaya gəldikdən sonra, üç ay ərzində tibbi arayış təqdim etməsə və yaxud ümumiyyətlə tibbi müayinədən keçməsə,  ona verilən yaşayış icazəsi ləğv ediləcəkdir.

Bacararıq və istedad vizası əsasında oturma izni əldə edən şəxslər üçün bu müddət 6 aydır.