ABŞ mübadilə proqramı üçün J1 vizası

16 Yanvar 2021 02:18

ABŞ mübadilə proqramı üçün J1 vizası

J1 vizası kimlərə verilir ?

J1 vizaları mübadilə proqramlarının üzvlərinə verilir, ən populyar olanlar tələbələr üçün Work and Travel proqramıdır. Bununla birlikdə, J1 vizasının verildiyi bir çox başqa mübadilə proqramı var:

 

 

 

 

  • Təcrübəçilər
  • Baxıcılar (Au pair), həmçinin tətil zamanı çalışan tələbələrə
  • Düşərgə başçıları – məsləhətçiləri (Camp Counselor)
  • Həkimlər (Physician)
  • Məktəblilər (Student, secondary),
  • Tələbələr (student, college/ university), tələbələrin təhsil müddəti ərzində davam edən proqram və alimlər, akademik və professorlar üçün digər proqramlar.

J1 vizalar üçün iki il qaydası nədir ?

         Əksər J1 viza sahibləri mübadilə proqramını tamamladıqdan sonra 2 il ərzində ABŞ-dan kənarda məcburi qalmağa tabedirlər. Bu şərt mübadilə proqramı iştirakçılarının ABŞ-da əldə etdikləri bilik və bacarıqları öz ölkələrində istifadə etmələrini təmin etmək üçün hazırlanmışdır. Mübadilə proqramı başa çatdıqdan sonra 2 il içərisində H və L vizaları və ABŞ-da oturma izni üçün müraciət edə bilməzsiniz. B-1 / B-2, E, F və ya M vizaları üçün müraciət etmək qanuni olsa da, reallıq odur ki,  konsulluq məmurları əksər hallarda J1 viza sahiblərinin 2 il tamam olmamış ABŞ-a girişinə icazə vermirlər.

Mübadilə Proqramı və J1 Viza Sponsoru nədir ?

J1 mübadilə proqramına sponsorluq edilə bilər: 1) ABŞ hökuməti tərəfindən akkreditə olunmuş bir təşkilat (universitetlər, tibb mərkəzləri, muzeylər, tədqiqat mərkəzləri və ya özəl şirkətlər), 2) mübadilə iştirakçısının yaşadığı ölkənin hökuməti, 3) ABŞ hökuməti. Sponsor təşkilatların tam siyahısı ilə ABŞ Dövlət Departamentinin veb saytından tanış ola bilərsiniz.

SEVIS nədir ?

SEVIS - tələbələr və mübadilə proqramı iştirakçıları üçün mövcud olan məlumat sistemidir. Təhsil müəssisələri və mübadilə proqramı administratorları ABŞ-da olarkən tələbə və mübadilə iştirakçılarının J1 statusunu sübuta yetirməlidir. J1 vizası üçün müraciət edənlər viza verilməzdən əvvəl SEVIS rüsumunu ödəməlidirlər. Müraciət edənlər tərəfindən SEVIS haqqının ödənildiyini təsdiqləyən I-901 formalı qəbz təqdim olunmalıdır.

J1 vizasını necə əldə etmək olar ?

J-1 vizasını almaq üçün DS-2019 forması onlayn viza müraciəti ilə birlikdə təqdim olunmalıdır (Form DS-160). DS-2019 forması (sol tərəfdəki nümunəni görə bilərsiniz) sizə J1 vizası üçün mübadilə proqramının sponsoru tərəfindən göndərilir. DS-2019 formasını aldıqdan sonra Səfirlik və ya Konsulluqda ABŞ-a gəlmə haqqı verən viza üçün müraciət edə bilərsiniz.

J1 müraciət edən şəxs immiqrasiya niyyəti olmadığını sübut etməlidir. Lakin, J1 vizası üçün müraciət edənlər üçün bu tələb kifayət qədər formaldır.

 

 

ABŞ-dan çıxış etmək üçün Form I-94 nədir ?

Forma I-94 “Gəliş / Gediş” adlanır ( “Miqrasiya kartı”) və J1 viza sahibinin ABŞ-a nə vaxt gəldiyini əks etdirir. Giriş zamanı USCIS müfəttişi I-94 kartına DS-2019 formasında göstərilən müddəti və əlavə  olaraq 30 gün qeyd edir və yaxud D / S abriviaturasını qeyd edir ki. Bu da sizə icazə verir ki, J1 statusuna uyğun olduğunuz müddət və ona əlavə olan 30 gün ərzində ABŞ – da qala biləsiniz.

Forma I-94 Formu DS-2019 ilə birlikdə ABŞ-da əcnəbilər üçün J1 statusunu təsdiqləyir. Bütün J1 sahibləri bu formanı təhlükəsiz yerdə saxlamalıdırlar. Amerika Birləşmiş Ştatlarını tərk edərkən I-94 Formasını təhvil verməlisiniz.

J1 vizası ilə bir mübadilə proqramından digərinə keçid. J1 viza sahibi bir mübadilə proqramından digərinə keçə bilər, ancaq bir şərtlə ki, bu keçid J1 vizasının verildiyi vəzifəni həll etməsinə imkan yaratsın. Lakin nəzərə almaq lazımdır ki, əksər sponsorlar, buna icazə vermirlər.

J1 vizasının uzadılması.

         Əksər hallarda qalma müddətini uzatmağa ehtiyac yoxdur, çünki DS-2019 formasına ,proqramda iştirakın bitmə tarixini göstərilir və I-94 forması qısaldılmış D / S abreviaturası da mövcuddur. Ancaq mübadilə proqramı hələ tamamlanmaması, I-94 formasında müəyyən  konkret bir tarixin olması, DS-2019 formasının müddəti artıq bitməsi, sponsor dəyişikliyi olması kimi hallarda qalma müddətinin uzadılması üçün müraciət USCIS-ə təqdim edilə bilər. Ərizə icazə verilən qalma tarixinin bitməsindən ən azı 15 gün əvvəl USCIS-ə göndərilməlidir. Ərizəyə yeni DS-2019 forması əlavə edilməlidir.

J1 vizası sahibinin ailə üzvləri (həyat yoldaşı və 21 yaşınadək uşaqlar) ABŞ-a daxil olmaq üçün J2 vizasını ala bilərlər. Əlbətdə ki, bu, Work and Travel proqramına aid deyil və elm adamları, həkimlər və yüksək ixtisaslı mütəxəssislər arasında proqram mübadiləsinə aiddir. Bunu etmək üçün DS-2019 formasının müşayiət edən qohumlarının siyahısı ilə xüsusi bir səhifə təqdim etməlisiniz. Ailə üzvləri immiqrasiya niyyətində olmadıqlarını və ABŞ-da yaşamaq üçün kifayət qədər maddi imkanlarının olmasını sübuta yetirməlidir. J2 sahibləri USCIS – in icazəsi əsasında işləmək hüququna malikdirlər.

J1 viza sahibləri ABŞ-da olarkən statuslarını dəyişə bilərmi? ABŞ-da status dəyişikliyi məqaləmizə bax.