Birləşmiş Ərəb Əmirliklərində necə iş tapmaq olar ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

Birləşmiş Ərəb Əmirliklərinin şəhərlərində işləyənlərin əksəriyyəti əcnəbidir (BƏƏ-nin əmək bazarında xarici vətəndaşların  sayı təxminən 75 - 80% -dır). Bunun səbəbi yerli əhalinin, bir qayda olaraq, yalnız dövlət strukturlarında çalışmasıdır. Bəlkə də elə buna görə də çoxlu vakansiyalar, layiqli maaşlar və ölkəni görmək imkanı əcnəbi vətəndaşları BƏƏ-də işləməsini cəlbedici edir.

https://rr-buro.ru/uploads/image/uae1.png

Ərəb Əmirliklərində İşçi vizasının alınması.

         Nəzərə almaq lazımdır ki, real olaraq işəgötürən olmadan, BƏƏ-də işçi vizası almaq mümkün deyil. Bu baxımdan da BƏƏ-yə getmədən öncə, orada sizi işə götürməyə hazır sahibkarların tapılması zəruri bir haldır.  Eyni zamanda, bir əcnəbi onu sadəcə ilkin dövrdə işə götürən işəgötürənin yanında çalışa bilər. Yəni onun başqa bir şirkətdə işləmək imkanı yoxdur.

         BƏƏ-yə viza almaq üçün ölkədə yerləşən səfirliyə getmək məcburiyyəti yoxdur. Reallıq odur ki, hal – hazırda Əmək Nazirliyi və İmmiqrasiya Nazirliyi BƏƏ-də iş vizası almaq üçün xüsusi bir prosedur hazırlayıblar.

  1. İşəgötürən xarici vətəndaşın ölkəyə girişini təmin etmək üçün icazəni alır və rəngli şəkildə skan edilmmiş formada bunu işçiyə elektron poçt vasitəsilə yollayır.
  2. Daha sonra BƏƏ - ə gəldikdən sonra, bu icazəni A4 formatında çap etdikdən sonra Emirates ID Authority idarəsinənin yaxınlıqda yerləşən şöbəsinə təqdim edilir ki, burada sizin xarici pasportunuza işçi vizasının stikeri vurulur. Bundan sonra isə siz əmək müqaviləsi imzalamalısınız.
  3. Daha sonra Rezidentin ID kartı alınmalıdır.

BƏƏ – də işləmək üçün diplomun leqallaşdırılması nə deməkdir.

         BƏƏ – də iş tapdıqdan sonra siz , işəgötürənə təqdim etmək üçün qanuni şəkildə təsdiqlənmiş təhsil haqqında sənəd təqdim etməlisiniz. Bu məktəb attestatı, orta və ali təhsil diplomu da ola bilər. Bu işəgötürənin yox, birbaşa olaraq BƏƏ Miqrasiya İdarəsinin tələbidir. Konsulluq leqallaşdırılması nə deməkdir ? Diplomun ərəb dilinə tərcüməsin və onun notarius tərəfindən təsdiqlənməsindən sonra, 3 instansiyanı keçmək lazımdır: Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və BƏƏ səfirliyi. Onların hər birində sizin diplomunuza mhür vurulacaqdır və ona təcrümə bərkidiləcəkdir ki, bu da sizin diplomunuzun etibarlı olduğunu təsdiq edir.

BƏƏ-də işləmək üçün əmək kartı. (Labour Card)

2014-cü ildən bəri BƏƏ Əmək Nazirliyi işçilərin və işəgötürənlərin hüquqlarını qorumaq üçün tədricən əmək kartlarını və əmək müqavilələrini ləğv edir. BƏƏ Daxili İşlər Nazirliyi və şəxsiyyət vəsiqələrinin qeydiyyatı və verilməsi İdarəsi çərçivəsində vahid məlumat bazası yaradılacaqdır.

İşəgötürən e-kartı və e-müqaviləni Əmək Nazirliyinin onlayn sistemi olan e-Netwasal-dan çap edə biləcəkdir. Bu sayədə də Əmək Nazirliyi tərəfindən əmək müqaviləsi verilmiş işçilərin əmək kartlarını üzərilərində  daşımaqlarına ehtiyac qalmır və zəruri bütün məlumat onların rəsmi şəkildə şəxsiyyətlərini təsdiq edən ID kartda mövcud olacaqdır.

Əmək və İş icazəsi vəsiqəsi.        

https://rr-buro.ru/uploads/image/uae3.png 
BƏƏ-də Müvvəqəti yaşamaq üçün vəsiqə (oturum kartı)

https://rr-buro.ru/uploads/image/uae4.png

 

Xarici vətəndaşlar üçün ID- kartın alınması.

         Rezident kartın əldə edilməsi üçün , əcnəbinin yaşamağı və işləməyi planladığı əmirliyin idarəetmə orqanı ilə əlaqə saxlamalısınız. Şarja Əmirliyi Daxili İşlər Nazirliyinin Xaricilərlə İşlər Departamentinin veb saytında yaşayış və giriş icazəsi sənədlərinin siyahısı mövcuddur.

Birləşmiş Ərəb Əmirliklərində, Ərəb dili və ya İngilis dili bilikləri olmadan işləmək mümkündürmü ?

         Əmirliklərdəki vakansiyaların çoxu xidmət sektoru ilə və bu və ya digər şəkildə insanlarla ünsiyyətlə əlaqədardır, buna görə ən azı ingilis dilində danışmalı, ünsiyyət qurmasını bacarmalı və ortaya çıxan qeyri-standart vəziyyətləri həll etməyi bacarmalısınız. Eyni zamanda BƏƏ-də dil bilmədən işləmək də mümkündür, lakin bu işlərin əməkhaqqı həcmi az olacaqdır.

         Tibbi müayinədən keçmək, Əmirliklərdə rezident kart almaq üçün vacib bir şərtdir. Tibbi müayinə üçün ən yaxın Typing Office - ə müraciət edə bilərsiniz (Əmirliklərdə əcnəbilərə lazımi formaları doldurmağa kömək edən bir xidmət).
Növbəti mərhələdə yerli dövlət tibb müəssisələrindən birinə müraciət etməlisiniz.
Tibbi müayinə qan testi və rentgenoqrafiyadan ibarətdir.
Nəticəni 24, 48 saat və ya 5 gün ərzində əldə edə bilərsiniz (tibbi müayinənin qiyməti bundan asılıdır).
Tibbi müayinənin nəticələrini yalnız şəxsən götürə və ya bu tibb mərkəzində kuryer çatdırılması sifariş edə bilərsiniz.

 


Birləşmiş Ərəb Əmirliklərində İş saatları və İş qrafikləri.

Əmirliklərdə  iş günü 2 hissədən ibarət olur: İlk iş günü saatları  8:00-dan 14:00-dək
daha sonra 17:00-dan-20:00-dək elan olunur.
Bəzi daha müasir şirkətlər bütün gün, saat 8:00-dan 16:00-dək işləyirlər.
İstənilən halda iş səhər tezdən başlayır. İstirahət günləri cümə və bəzi hallarda da cümə axşamı (qısa gün) formasında olur.
Bir qayda olaraq, iş həftəsi şənbə günündən cümə axşamına qədər davam edir.
İri şirkətlərdə iş saatları qərbə doğru dəyişdi: 9:00-dan 18:00-a qədər nahar üçün bir saat fasilə verilir.
İstirahət günləri "Cümə və şənbə günləri" elan olunur.