Azərbaycanlılar Danimarkada necə iş tapa bilər.

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

Danimarkaya leqal şəkildə getmək üçün daha sonra nə etmək lazımdır ?

         Əgər şans sizin tərəfinizdə olub,  Danimarkada bir iş tapmısınızsa, Danimarkada oturma izni və iş icazəsi üçün müraciət etməlisiniz.

Diqqət! Digər ölkələrdən fərqli olaraq, Danimarkaya giriş edərkən, sizdən işçi vizası yox, plastik kart formasında olan “oturma izni” tələb olunacaqdır. Gömrükdə işçi vizası əvəzinə xarici pasport və oturma iznini təqdim etmək yetərlidir.

 

       
  Yaşayış və iş icazəsi üçün sənədləri həm Danimarkanın Viza Müraciət Mərkəzlərinə,
  həm də          birbaşa Danimarkanın Bakıdakı səfirliyinə yaxınlaşmaqla əldə edə bilərsiniz.
  Sənədlərin qəbulu öncədən qeydiyyata düşməklə həyata keçirilir.

 

 

Danimarkada yaşayış icazəsi və rezident kartı nədir?

        Danimarkada oturma icazəsi və ya Rezident kartı, bank kartı ilə eyni formatda bir plastik kartdır. Kartda sahibinin biometrik məlumatları olan bir çip var: rəqəmsal foto və iki barmaq izi. Bu kartı almaq üçün Danimarkanın Bakıdakı Səfirliyinə və ya Viza Müraciət Mərkəzlərinə getməlisiniz.

Yaşayış icazəsi almış şəxslər, Danimarkaya girmədən əvvəl bu kartı əllərinə almalıdırlar, çünki “Oturma İcazəsi” Danimarkaya işçi vizasını əvəz edir. Pasport və viza nəzarətindən keçərkən həm pasportunuzu, həm də kartınızı təqdim etməlisiniz. Bu haqda ətraflı məlumat. 

Danimarkada işləmək məqsədilə xarici mütəxəssisləri cəlb etmək üçün bir neçə proqram yaradılmışdır:

Danimarka Yaşıl Kartı (Danish Green Card): Danimarkada iş axtarışı üçün “green card”, təhsil, iş təcrübəsi və dil biliklərin nəzərə alındığı balların hesablanması sistemi əsasında əldə edilə bilər. Green Card üçün necə müraciət etməli olduğunuzu buradan öyrənə bilərsiniz. 

“Positive list” – Danimarkada işçilərin az tapıldığı sahələrdə peşə sahibi olan insanlar üçün nəzərdə tutulur. Siz bu proqrama daxil olmaq üçün Danimarkada işçilərin çatışmadığı sahələrdə olan peşələrdən birinə sahib olmalısınız. Siyahı ilə buradan tanış ola bilərsiniz. 

“Pay limit” – Danimarkada işəgötürən tərəfindən 350 min krondan (80 min ABŞ dolları)  çox əmək haqqısı olan iş təklifi almış şəxslər üçündür.

“Green Card” əsasında Danimarkaya necə getmək olar ?

         Danimarkada “green card” almaq üçün təhsil, dil biliyi və müraciət edənin yaşı kimi meyarlar üzrə ən az 100 bal toplamağınız lazımdır. Əgər siz artıq 100 bal toplamısınızsa, Danimarkada işə düzəlmək və iş axtarmaq üçün “oturma izni” əldə edirsiniz.

         Danimarkaya “green card”la köçmək üçün dil biliklərinizin lazımı səviyyədə olmasını sübuta yetirməlisiniz. Danimarka, norveç və ingilis dillərindən birini bilməyiniz zəruridir. Bu dillərdən birini bilməyiniz haqqında təsdiqetmə sertifakatı olmadan, Danimarkada “green card” ilə işləmək mümkün deyil.

İşçilərin az tapıldığı peşələr üçün siyahı - “Positive List”

         Danimarkada yerli əhali arasında bəzi peşələrdə işləyəcək insanların tapılması ilə bağlı ciddi problemlər var və bu peşəyə sahib olaraq insanlara ciddi ehtiyac olur. Bu baxımdan da bu siyahıda olan peşələrə sahib xarici vətəndaşlar rahatlıqla Danimarkada işləyə bilərlər. Müraciətçinin işçi qıtlığının olduğu peşələrdən birinə sahib olduğunu sübut edən sənədlərin olması da zəruridir. Bunlar sənədlər diplom və əmək kitabcasıdır.

Əmək müqaviləsi bağlandıqda əmək haqqı və iş şərtləri, Danimarkada işləmək üçün bu proqram tərəfindən müəyyən edilmiş meyarlara cavab verməlidir. Tənzimlənən peşələrin üzvləri (məsələn, həkimlər) üçün Danimarkada diplom təsdiqindən (nostrifikasiya) keçmək lazımdır.

Danimarkada azərbaycanlılar üçün (Au Pair) Ailə birləşməsi üçün işlər.

         Danimarkadakı Au Pair (dayə) proqramı, 18 ilə 30 yaş arasındakı gənclərin dayə olaraq çalışarkən dan dilini öyrənməsini nəzərdə tutur. Bu vəziyyətdə, həftənin 6 günündən çox olmayaraq, gündə maksimum 5 saat işləyə bilərsiniz.

Əgər Danimarkada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.