Azərbaycanlılar üçün Finlandiyada necə iş tapmaq olar ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

 

Leqal şəkildə Finlandiyaya getmək üçün nə etmək lazımdır ?

         Finlandiyada işin davamlılıq müddətindən asılı olaraq müxtəlif yollarla işləmək üçün gedə bilərsiniz:

  1. Finlandiyada sezonluq işlərdə (meyvə yığımı kimi) çalışmaq üçün, 90 gün müddətinə C kateqoriyalı işçi vizası əldə etmək lazımdır.
  2. Finlandiyada 3 ay müddətindən daha çox işləmək üçün , Finlandiyada yaşama icazəsi almaq lazımdır ki, bu da aşağıdakı yollarla mümkündür:
  • Onlayn şəkildə yaşama icazəsi əldə etmək üçün müracət etmək.
  • Finlandiyanın səfirliyində zəruri olan sənədləri, biometrik məlumatları (barmaq izi və şəkil) təqdim etməklə müraciət etmək.
  • Finlandiyada qalmaq icazəsi verən biometrik kartı əldə etmək .

Finlandiyada yaşayış icazəsini necə əldə etmək olar ?

         Finlandiyada yaşayış icazəsini əldə etmək üçün müraicəıti onlayn elektron servis vasitəsi ilə vermək tövsiyyə olunur:
E-service məhz Elektron şəkildə doldurulmuş anketı, zəruri sənədlər əlavə edilməklə yaxınlıqda olan Finlandiya səfirliyinə müraciət etməklə təhvil verməlisiniz. Müraciətlər şəxsən edilməlidir,
xusüsi qeyd: poçt vasitəsilə olan müraciətlər qəbul edilmir.
Bunun səbəbi müraciət zamanı sizdən biometrik məlumatların əldə edilməsidir. (6 yaşadək uşaqlar istisna olunur)

Finlandiyada yaşama icazəsinin rüsumunu necə verə bilərəm.

         Müraciətin işlənilməsi üçün nəzərdə tutulan rüsum 450 avrodur. Əgər siz müraciət anketini E- servise vasitəsilə doldurursunuzsa, bu halda rüsumu bank kartı vasitəsilə ödəyə bilərsiniz. Həmçini siz rüsumu, sənədləri səfirliyə təqdim etdikdən sonra, bankda qəbs əsasında, bank terminalları vasitəsi ilə verə bilərsiniz.

Finlandiyada iş və yaşayış icazəsi necə görünür ?

  2012-ci ildən başlayaraq "Müvvəqətə yaşamaq vəsiqəsi" biometrik plastik kart formasındadır. Kartın üzərində yerləşən çipdə, vətəndaşın sahibinin biometrik məlumatları saxlanılır.
(üzün şəkli və iki barmaq izi)
Daha çox məlumat əldə etmək üçün
buraya keçə bilərsiniz. 

        
Miqrasiya mərkəzi sizin ölkədə yaşama icazənizi verdikdən sonra, siz ölkədə yaşayış icazəsini əldə etmək üçün Finlandiya səfirliyinə müraciət edib, onu 2 – 3 həftə ərzində əldə edirsiniz.
Biometrik kart şəxsən müraciətçi tərəfindən xarici pasportun təqdim edilməsindən sonra əldə edilir.

Finlandiyada yaşayış icazəsi haqqında daha ətraflı buradan oxuya bilərsiniz.

Finlandiyada yaşayıb, işləmək üçün dil bilikləri vacibdirmi ?

        

Hal – hazırda Finlandiyada iki dil əsas dil kimi qəbul edilir ki, bunlar da fin və isveç dilidir. Əlbəttə ki, rahat şəkildə yaşamaq və adaptasiya üçün bu dillərdən birində baza səviyyəsində də olsa biliklərə malik olmaq lazımdır. İngilis dili biliyi də sizə həm yaşayış zamanı, həm də iş prosesində çox köməkçi olacaqdır. Sezonluq işçilərdən əla dil bilikləri tələb olunmur.


Finlandiyada necə sezonluq işlər tapmaq olar ?

         Finlandiya moruq, zoğal və göbələk məhsulları ilə məşhur olan, meşələrlə zəngin bir ölkədir. Finlandiya da mövsümi biçin işləri üçün başqa ölkələrdən fəhlələr götürmək istəyən bir çox fermer var, çünki bunu qısa müddət ərzində etməlidirlər. Hər il qonşu ölkələrdən təxminən 15 min nəfər Finlandiya mövsümi iş üçün gəlir.

         Finlandiyada mövsümi işlərdə işləmək üçün C kateqoriyalı 90 gün müddətinə olan işçi vizası alınmalıdır. Əgər siz Finlandiyaya mövsümi iş üçün getmək istəyirsinizsə, bu halda ilin əvvəlindən işlə bağlı araşdırmalara başlamalısınız.

Finlandiyada işçilər hansı vergiləri ödəyirlər ?

         Hazırda Finlandiya çox yüksək vergilərə sahibdir. C kateqoriyalı mövsümi viza ilə daxil olan mövsümi işçilər (90 günə qədər) maaşlarından sadələşdirilmiş gəlir vergisi ödəyirlər ki, bu da maaşlarının 35% -ni təşkil edir. Eyni zamanda, gündə 17 avro (ayda 510 avro) məbləğində vergi güzəştləri mövcuddur. Vergi birbaşa olaraq, gəlir mənbəyində tutulduğundan mövsümi bir işçinin Finlandiyada gəlir bəyannaməsi verməsinə ehtiyac yoxdur.

Uzunmüddətli müqavilələr əsasında işləyən əcnəbilər gəlir vergisini mütərəqqi miqyasda ödəyirlər, yəni vergi dərəcəsi illik əmək haqqının həcmindən asılıdır.

Əgər siz Finlandiyada olarkən Azərbaycan səfirliyi və yaxud konsulluğunun xidmətlərinə ehtiyac duyarsınızsa, buradan onlarla bağlı ətraflı məlumatı əldə edə bilərsiniz.