İsveçdə necə iş tapmaq mümkündür ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

İşveçdə 3 aydan az müddətdə işləmək.

İsveçə iş vizası üçün müraciət və iş icazəsi eyni zamanda təqdim olunur:

  1. Online olaraq. Belə olduğu halda, rüsum bank  kartı ilə ödənilir. Elektron müraciətlər birbaşa İsveç Miqrasiya Agentliyinə gedir.
  2. Birbaşa olaraq. Bu halda zəruri olan sənədlər , klassik yolla , birbaşa olara İsveçin Bakıdakı Səfirliyinə təqdim olunur.

Burada nəzərə almaq lazımdır ki, ilkin olaraq elektron müaricətlərə baxılır və bu baxımdan da elektron müraciətlər daha üstün tutulur.

Hətta siz elektron şəkildə belə müraciət etsəniz, yenə də, barmaq izlərinizi vermək və xarici pasportunuzun üzərinə işçi vizasının stikerinin yapışdırılması məqsədi ilə, İsveç Səfirliyinə getməli olacaqsınız. Daha ətraflı məlumatı buradan alın. 

İsveçdə üç aydan az müddətə iş icazəsi alan şəxslərə yaşayış kartı verilmir. Bunun əvəzinə İsveçə daxil olarkən pasportunuzla birlikdə iş icazəsini də təqdim etməlisiniz.

İsveçdə 3 aydan çox müddətdə işləmək.

İsveçdə üç aydan çox işləmək üçün iş icazəsi üçün müraciət etməlisiniz, lakin iş vizası əvəzinə sizə plastik “oturma izni” kartı veriləcəkdir. Daha ətraflı buradan oxuya bilərsiniz. 

"İsveçdə oturma izni" və yaxud rezident (daimi sakin) kartı nədir ?

"İsveçdə oturma izni" və yaxud reziden kartı, bank kartı ilə eyni formatda olan bir plastik kartdır. Kartda sahibinin biometrik məlumatları olan bir çip var: rəqəmsal foto və iki barmaq izi. Biyometrik məlumatları vermək üçün , siz İsveçin Bakıdakı Səfirliyinə yaxınlaşmalısınız.

Oturma izni kartı , İsveçdə hazırlandığı üçün, onun səfirliyə göndərilməsi 3 – 4 həftə çəkir. Siz İsveçə getmədən öncə artıq kartınızı əldə etməlisiniz, çünki bu kart, işçi vizasını əvəzləyir. Siz nəzarət məntəqəsindən keçərkən xarici pasportunuzla birlikdə, oturma izni kartınızı da təqdim etməlsiniz.

 

İsveçdə azərbaycanlılar üçün Au Pair işlər. ( dayəlik )

İsveçdə Au Pair (dayə) proqramı, 18 ilə 30 yaş arasındakı gənclərin dayə olaraq çalışarkən isveç dilini öyrənməsini nəzərdə tutur. Bu vəziyyətdə, həftənin 6 günündən çox olmayaraq, gündə maksimum 5 saat işləyə bilərsiniz. Daha ətraflı məlumat üçün bu haqda olan məqaləmizi nəzərdən keçirə bilərsiniz. 

İsveçdə işləmək üçün işçilərin qıt olduğu peşələrin siyahısı.

          İsveçdə bəzi peşələr mövcuddur ki, bu sahədə çalışa biləcək İsveç vətəndaşları çox azdır. Bu baxımdan da həmin peşələrin olduğu siyahıda olan, peşələr çox tələb olunur. Əgər sizə, bu peşə siyahısından, bir iş təklif edərlərsə, siz elə birbaşa olaraq İsveçin özündən iş icazəsi üçün müraciət edə bilərsiniz. Yəni artıq Bakıya geri dönməyə ehtiyac yoxdur. 

Mövsümi işlərdə azərbaycanlılar üçün iş imkanları. 


Gəncsinizsə və İsveçə getmək istəyirsinizsə, İsveç "Berry Picker" a iş vizası üçün müraciət etmə fürsətini qaçırmayın. İsveçdəki birliklər giləmeyvə toplamaq üçün ayda ən az 13000 SEK (1414 Avro) maaş tələb edirlər. İşəgötürənlə fikir ayrılığı və ya qarşıdurma halında, İsveç səlahiyyətli orqanlarının həmkarlar ittifaqına müraciət etməlisiniz. Giləmeyvə toplayıcıların İsveçdə vergi ödəməli olub-olmaması və giləmeyvə toplamaq üçün iş icazəsi almağın olub-olmamasına ilə bağlı məlumata İsveçdə giləmeyvə toplama. İş icazəsi necə alınır ? " adlı məqalədən öyrənin.

İsveçdə iş qrafiki.

Bəzi işəgötürənlər daha qısa iş saatları təklif etməsinə baxmayaraq İsveçdə rəsmi olaraq həftədə 40 saat iş olur.  Qanunvericiliklə müəyyən edilmiş tətil sayı ildə 25 iş günüdür və rəsmi pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 yaşdır.

Əgər İsveçdə olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.