Böyük Britaniyada iş tapmaq üçün nə etmək lazımdır ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

Böyük Britaniyada işçi vizasının alınması.

        Böyük Britaniyaya getmək üçün bir neçə kateqoriyada işçi vizalarından birini almaq lazımdır. Britiyaniyada iş vizalarının alınması  bal sisteminə əsaslanır. Hər kateqoriyanın özünə məxsus uyğun bal hesablama sistemi və tələbləri var.

TİER vizasının kateqoriyasını necə seçmək olar ?

Əsasən əcnəbilər üçün Britaniyada üç növ iş vizası kateqoriyalarından istifadə olunur.

        İstisna təşkil edən işçilər üçün (TIER 1) –xüsusi bacarıq və istedadı olan insanlar  (Exceptional Talent) və investorlar tələb olunan TIER balını əldə etdikləri və tələb olunan balların doğrulama prosedurlarını tamamladıqları halda bir iş təklifi olmadan İngiltərəyə daxil olmaq və qalmaq üçün müraciət edə bilərlər.

Bacarıqlı İşçilər (TIER 2): Sizə Britaniyada ixtisaslı bir iş təklif edildikdə və potensial işəgötürəniniz (sponsorunuz) bunu sponsorluq sertifikatı ilə təsdiqləsə, TIER 2 vizası ilə İngiltərəyə daxil olmaq və qalmaq üçün müraciət edə bilərsiniz.

Müvəqqəti İşçilər (TIER 5): Tier 5 Müvəqqəti İşçi vizası, Britaniyada qısa müddətli mədəni, xeyriyyəçi, dini və ya beynəlxalq sferalarda işləmək üçün fəaliyyəti göstərir.

 

Leqal şəkildə Britaniyaya getmək üçün daha nə etmək lazımdır ?

         Əgər zəruri olan balları toplayıb , daha sonra da lazım olduğu halda dil biliklərinizin və şəxsi kriteriyaların təsdiqi kimi məsələlər təşkil edildikdən sonra atmalı olduğunuz addımlar var.

  1. İlkin olaraq sağlamlıq sığortası üçün ödəniş etmək lazımdır və bu TIER vizalar üçün müraciətin zəruri hissəsidir.
  2. Britaniyada viza alınması üçün onlayn şəkildə müraciət etmək və rüsumları ödəmək, Viza üçün müraciət etmə proseduru haqqında ətraflı məlumat
  3. Orijinal sənədlər təqdim etmək və biometrik məlumatları (foto və barmaq izləri) təqdim etmək üçün ən yaxın Viza Müraciət Mərkəzinə getmək
  4. Britaniyaya girdikdən sonra Biometrik Yaşayış İzni (BRP) almalısınız. Bu viza müraciətində göstərilən Böyük Britaniyaya giriş tarixindən sonra 10 gün ərzində edilməlidir

 

TIER 1 kateqoriyalı viza ilə Britaniyaya giriş.

     Tier 1 vizaları, Böyük Britaniyaya immiqrasiya üçün "ən görkəmli və müstəsna" namizədləri cəlb etmək üçün hazırlanmışdır. Tier 1 vizasını almaq üçün Böyük Britaniyadan iş təklifi almağınıza ehtiyac yoxdur. Sadəcə zəruri olan balı toplamaq lazımdır. ("İstisna İstedadlar" və "İnvestorlar" - 75 xal).

TIER 1 qeydlər. Müstəsna istedad

TIER 1 qeydlər. İnvestor

Böyük Britaniyaya TIER 2 vizası ilə giriş.

         TIER 2 (Ümumi kateqoriya) Böyük Britaniyada yaşayan bir mütəxəssis tapa bilmədikləri bir ixtisas üzrə, ixtisaslı iş təklif olunan, xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.

TIER 2 (İdmançılar) vizası, tanınmış idmançılar və ya beynəlxalq səviyyədə tanınmış məşqçilər üçündür. Tier 2 vizası üçün müraciət edənlər 70 bal toplamalı və sponsorluq sertifikatı təqdim edərək sponsorları (işəgötürənləri) olduqlarını sübut etməlidirlər.

Sponsorluq sertifikatı.

         Sponsorluq məktubunda (sertifikat) iş və şəxsi məlumatları ehtiva edən qeydiyyat nömrəsi var. Bu tənzimləyici sertifikat və ya çap olunmuş sənəd deyil Sponsorunuz sizə sponsorluq sənədinin qeydiyyat nömrəsini təqdim edəcəkdir. Siz də müraciət formasına sponsorluq sertifikatının qeydiyyat nömrəsini daxil etməlisiniz (- yalnız bir dəfə istifadə edə bilərsiniz).

Böyük Britaniyaya TIER 5 vizası ilə giriş.

         Yaradıcılıq, idman, xeyriyyəçilik, dini sahə işçiləri, dövlət mübadilə proqramlarının iştirakçıları, habelə beynəlxalq müqavilələrə əsasən ölkəyə gələn işçilər üçün viza. 5-ci dərəcəli viza üçün müraciət edənlər 40 bal toplamalıdırlar

Əgər Böyük Britaniyada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.