İspaniyada necə iş tapmaq olar ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

İspaniyaya leqal şəkildə giriş etmək üçün daha sonra nələr etmək lazımdır ?

         İspaniyada işləmək üçün üç əsas mərhələ var:

  • İş icazəsi və oturma izni almaq (Autorización de Residencia y Trabajo por cuenta ajena inicial),
  • İşləmək hüquq verən, oturma izni üçün viza almaq,
  • İşləmək hüququ verən, Permanent Residence (Daimi sakin) kartı almaq.

İspaniyada iş icazəsini necə almaq olar ?

İspaniyada iş icazəsi üçün müraciət (Form Ex-01) işəgötürən və ya rəsmi nümayəndə tərəfindən şəxsən səlahiyyətli orqanlara (Oficinas de Extranjeros və ya Trabajo e Inmigración ya Áreas o Dependencias de Trabajo e Inmigración o Dirección General de Inmigración) 2 nüsxədə verilməlidir. Daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz. 

Bölgə Məşğulluq İdarələsi iş icazəsinə verilib – verilməyəcəyinə qərar verir. Bundan sonra müraciət təsdiqləndiyi halda,
siz (AB üzvü olmayan) İspaniyada işləmək üçün viza almalısınız. Əmək və Sosial Müdafiə Nazirliyinin veb saytında iş icazələrinin növləri və alınması qaydaları haqqında daha geniş məlumat ala bilərsiniz.

İspaniyada işçi vizasını necə əldə etmək olar?

İspaniyaya getmək üçün D kateqoriyalı milli viza üçün müraciət etməlisiniz. Viza alınması ilə bağlı prosedur haqqında ətraflı məlumatı İspaniya Səfirliyindən ala bilərsiniz.

 Müqaviləsiz iş vizası sənədləri (sahibkarlar və iş adamları üçün)

 Müqavilə ilə iş vizası üçün sənədlər

 İş icazəsi almağa ehtiyac olmadan iş vizası sənədləri

 Milli viza üçün müraciət
 


 

Biometrik rezident kartının (Oturma izninin) alınması.

İspaniyaya giriş etdikdən sonra 1 ay ərzində əcnəbi işçi, əcnəbilərin şəxsiyyətini təsdiq edən vəsiqənin (tarjeta de identidad de extranjero) verilməsi üçün müraciət etməlidir.

İlk dövrdə alınan rezident kartı, sizin işlədiyiniz müqavilər əsasında təsdiqini tapdığı təqdirdə ,vaxtaşırı yenilənə bilər.

Bir qayda olaraq, ilk il yalnız, iş vizası almaq üçün , əsas kimi götürülən müqavilədə göstərilən peşə üzrə və müqavilədə göstərilən regionda işləmək imkanınız olacaqdır.

İspaniyada iş icazəsinin uzadılması.

İş icazəsinin uzadılması üçün sənədlər, iş icazəsi müddətinin sona çatma tarixindən 60 gün əvvəl təqdim edilə bilər. İş icazələri (əmək müqaviləsi varsa) 2 il uzadılır və bütün ölkə daxilində işləməyinizə imkan verir (ilk icazədən fərqli olaraq). Yenilənmiş icazə, əvvəlki icazənin bitməsindən, bir gün qüvvəyə minir. İş icazəsi müddətinin uzadılmasına dair müsbət qərar verildiyi halda, xarici vətəndaş 1 ay müddətində yeni əcnəbilərin şəxsiyyətini təsdiq edən vəsiqənin (tarjeta de identidad de extranjero) verilməsi üçün müraciət etməlidir.

İspaniyada iş qrafiki .

         İspaniyada rəsmi iş günləri: Bazar ertəsindən cümə gününə qədərdir. Ümumiyyətlə qəbul edilən iş saatları, saat 09:00 – 09: 30 dan, saat 13: 30 - 14: 00 arasındadır. Bundan sonra nahar və istirahət üçün ayrılmış siesta saatları gəlir, işçilər saat 16:30 - 17:00-dan, saat 19:30 - 20:00-a qədər yenidən işləməyə davam edirlər. Hal-hazırda, İspaniyada daha qısa siesta dövrünün tədbiqi ilə bağlı bir meyl var ki, bu da iş saatını azaldır. Yay aylarında bir çox təşkilat işçilərinin səhər 8:00 - 9: 00-dan, saat 15: 00-dək fasiləsiz çalışdığı “horario intensiv” adlı daha qısa bir iş qrafiki təyin edir.

Qanunvericiliyə uyğun olaraq, işəgötürən hər il, işçilərə bir ay müddətində məzuniyyət (məzuniyyət əsasən avqust ayında verilir) və həftə sonları, milli və ya regional bayramlar zamanı istirahət verməlidir.

İspaniyada xarici işçilərin həyat yoldaşları və uşaqları.

Xarici vətəndaş iş icazəsi üçün müraciət zaman, həyat yoldaşı və uşaqları olub – olmaması haqqında məlumatları bildirməlidir. İş icazəsi tələbi təsdiqləndikdən sonra ailə üzvlərinin də viza almaq üçün sənədləri, iş üçün müraciət edən şəxslə eyni vaxtda təqdim olunur.

İspaniyada, xarici işçinin, həyat yoldaşı və övladlarına avtomatik iş icazəsi verilmir. İspaniyada işləmək üçün onun həyat yoldaşı və uşaqlar işçi vizası almalıdırlar. Bunu elə İspaniyada Xaricilərlərlə İş İdarəsindən (Oficinas de Extranjeros) və yaxud Əmək Nazirliyinin regional idarələri (Delegación Provincial del Ministerio de Trabajo) ilə əlaqə quraraq, etmək olar.

Əgər İspaniyada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.