Norveçdə işləmək niyə azərbaycanlılar üçün maraqlı ola bilər ? Nəzərə almaq lazımdır ki, Norveçdə işçi çatışmazlığı ilə bağlı problemlər var ki, burada əsas işçiyə ehtiyac duyulan sahələr neft emalı və balıqçılıq sahəsidir. Bu baxımdan da hər Norveçdə işləmək üçün, MDB məkanından minlərlər insan müraciət edir.

Norveçdə işləmək üçün nə etmək lazımdır ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

Əgər siz Norveçə leqal şəkildə getmək üçün vizanı özünüz təmin etmək istəyirsinizsə, bu halda bunları etməlisiniz:

  • Viza portalı üzərindən elektron müraciət etməli .
  • Daha sonra sizin mail adresinizə, müraciətin qəbul ediməsi barəsində təsdiqləmə məktubu (cover letter) gəldikdən sonra onu çap edib, zəruri sənədləri əlavə edin və çek listi imzalayaraq, yaxınlıqda olan viza mərkəzinə və yaxud Norveç səfirliyinə yaxınlaşa bilərsiniz. Bundan sonra da siz Norveçə gediş üçün viza ala biləcəksiniz.

Norveçdə iş icazə nədir ?

         Norveçdə işləmək üçün bütün xarici vətəndaşların iş icazəsi alması mütləqdir. Adətəniş üçün icazə 1 il müddətinə verilir və onların əksəriyyətində müddətin uzaadılması imkanı da olur ( sezonluq işlərdən başqa). Norveçdə iş icazəsi ayrıca əmək kitabçası görüntüsünə malik deyil. Bu ilkin mərhələdə UDI (Norveçin əcnəbilərlər iş departamenti) tərəfindən imzalanmış forma şəklində olur. Formanın üzərində işgötürən və işçi haqqında lazımı məlumatlar, UDI – tərəfindən təsdiqlənməni göstərən möhürlər olur. Bundan sonra xarici vətəndaşın ölkədə təyin edilmiş müddət ərzində Norveçdə işləmə icazəsi olması barəsində məlumatlar plastik kart formalı “oturma izni”ndə əks etdirilir.

Norveçdə hansı növlətdə iş icazəsinin olması barədə buradan daha ətraflı məlumat öyrənə bilərsiniz.

 

Norveçdə neft sənayesində iş imkanları : dələduzluq riski.

         Norveç neft mənbələri baxımından zəngin bir ölkədir və dünyada ən böyük neft rezervlərindən birinə sahib ölkələrdəndir. İş prosesinin ağırlığına baxmayaraq , bu sahədə əldə edilən yüksək əməkhaqqılar Norveçdə , azərbaycanlıların işləməsi üçün yaxşı perspektiv yaradır.

         Norveç səfirliyi dəfələrlə sizə neft sahəsində iş təşkil etmək təklifləri verən şirkətlərin, dələzduzluq hallarını aşkar edib. Sizdən Norveçdə özünüzün rahat şəkildə CV yollaya biləcəyiniz şirkətlərin, məlumatlarını sizə vermək üçün pul istəyən şirkətlərə müraciət etməyin. Böyük Norveç neft şirkətləri daimi olaraq, işçi yığımı ilə məşğul olur və onlara rahatlıqla özünüz də müraciət edə bilərsiniz.

         Nəzərənizə çatdırmaq istərdik ki, Norveçdə bu sahədə sadəcə olaraq, xüsusi peşə təhsilinə malik yüksək ixtisas dərəcəsinə sahib mütəxəssislər işə götürülür .

 

Yüksək ixtisaslı mütəxəssis Norveçdə oturma izni əldə edə bilərmi ?

         Yüksək ixtisaslı mütəxəssislər , “mütəxəssis” kateqoriyası üzrə Norveçdə işləmək imkanı tapa bilər, ancaq burada əsas şərt icazənin konkret bir işəgötürənlə və konkret bir regionda işləmək haqqı verməsidir. İş üçün icazə adətən 1 il müddətinə verilir və gələcəkdə müddətin artırılması imkanı da olur. Bu formada 3 il işlədikdən sonra mütəxəssis, Norveçdə daimi “oturma izni” əldə etmək və istənilən sahibkarla işləmək imkanı əldə etmək üçün müraciət edə bilər.

Norveçdə sezonluq işlər.

         Norveçdə sezonluq işlər Norveçdə fermada məhsul və bağlarda meyvə yığımı ilə bağlı işlərdir. Sezonluq işlər üçün icazə 6 ay müddətinə qədər verilə bilir ,ancaq müddət bitdikdən sonra siz yenidən sezonluq iş üçün Norveçdən kənarda 6 ay yaşadıqdan sonra müraciət edə bilərsiniz.

Plastik kart formasında Norveçdə “oturma izni”

         Norveçdə 3 aydan uzun müddətə yaşamaq və işləmək üçün adi giriş vizası yetərli deyil və bu baxımdan da “oturma izni”nin rəsmiləşdirilməsi lazımdır. Plastik kart formasına “oturma izni” faktiki olaraq, sizin Norveçdə yaşamaq icazəsinizi təsdiq edən sənəddir. Kartın əldə edilməsi üçün yaxınlıqda olan polis şöbəsinə müraciət etməlisiniz. Müraciət zamanı siz barmaq izi və foto təqdim etməlisiniz ki, bundan sonra da 10 gün ərzində sizə “oturma izni” kartı poçt üzərindən göndəriləcəkdir. Rezident kartının əldə edilməsi ilə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Əgər Norveçdə olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.