Portuqaliyada necə iş tapmaq olar ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

İş üçün Portuqaliyaya giriş.

                Portuqaliyaya daxil olmaq üçün viza üçün müraciət edilməlidir.

Portuqaliyada iş müddətindən asılı olaraq iki əsas iş vizası kateqoriyası mövcuddur:

  1. Portuqaliyada 3 aydan az müddətdə işləmək üçün qısamüddətli iş vizası tələb olunur (90 günə qədər)
  2. 3 aydan çox işləmək üçün isə, gələcəkdə rezident ( daimi sakin ) adı statusu alma imkanı verən Residence Viza üçün müraziət olunmalıdır

Portuqaliyada işləmək üçün “Residence Visa” işçi vizasını necə əldə etmək olar ?

        Portuqaliyada işləmək üçün işçi vizasının alınması məqsədi ilə müraciət etmək üçün birbaşa olaraq ölkədəki Portuqaliya diplomatik nümayəndəliyinə yaxınlaşmaq lazımdır. Əlavə olaraq onlayn şəkildə qeydiyyatdan da keçmək mümkündür.

Tələb olunan sənədlərin siyahısını və Portuqaliya İş Vizası haqqında əlavə məlumatları nəzərdən keçirin.

Portuqaliyada iş üçün kvota.

         Portuqaliyadakı bütün iş təklifləri üçüncü ölkələrdən gələn xaricilər üçün açıq deyildir (yəni Avropa Birliyinin üzvü olmayan ölkələrin vətəndaşları üçün). Portuqaliya hökuməti, Portuqaliya və Avropa Birliyi ölkələrinin sakinləri olmayan insanlar üçün əlçatan illik iş kvotası təyin edir. Portuqaliyadakı bir şirkət yerli əmək bazarında uyğun namizədlərin olmaması səbəbindən üçüncü ölkələrdən işçi qəbul etmək niyyətindədirsə, Məşğulluq və Peşə Təhsili İnstitutuna müraciət etməlidir ki, öz növbəsində də bu qurum vakansiyanı saytında yerləşdirsin. Bu cür vakansiyaların siyahısı da Portuqaliyanın səfirliklərinə və konsulluq idarələrinə də göndərilir.

         Əcnəbi bir işçi veb sayta yerləşdirilən vakansiyalar sırasında ixtisas səviyyəsinə uyğun iş taparsa, CV-ni Portuqaliyadakı həmin şirkətə göndərməlidir. Məşğulluq barədə bir razılaşma əldə edildikdən sonra, işçi ya iş müqaviləsi almalı, ya da IEFP-dən vakansiyanın kvotaya daxil olduğu və imtiyazlı statusu olan bir namizəd tərəfindən doldurulmadığı barədə bir sertifikat (Portuqaliya və Avropa birliyi vətəndaşı) əldə etməlidir.

Portuqaliyaya giriş etdikdən sonra yaşayış icazəsi almaq üçün nə etmək lazımdır?

         “Residence Visa” işçi vizası 4 ay müddətinə verilir və onu alan şəxs Portuqaliyaya gəldikdən sonra birbaşa olaraq “oturma izni” əldə etməlidir. “Oturma İzni”nin verilməsi barədə müraciət Xaricilərlə İş Şöbəsinə verilməlidir. "Portuqaliyada oturma izni" səhifəsində hansı sənədləri təqdim etməli olduğunuzu öyrənin.

 

Portuqaliyada işləmək üçün sosial təminat orqanında qeydiyyat.

         Yeni işə qəbul edilmiş işçilərin sosial təminat orqanlarında qeydiyyatı Portuqaliyadakı şirkət tərəfindən aparılmalıdır. İşçi işə götürüldüyü ayın ilk günündən qeydiyyata alınmış sayılır.

         Portuqaliyadakı işəgötürən sıradakıları etməlidir:

  • Əmək müqaviləsinin aktivləşdirilməsi üçün regional sosial müdafiə qurumlarına  xarici bir işçinin işə götürüldüyü barədə müraciət etməlidir. Bu müraciət elektron sayt vasitəsiylə həyata keçirilə bilər.
  • Xarici işçiyə işə başladığı günün tarixi, sosial təminat sistemində işçinin identifikasiya nömrəsi və vergi ödəniş nömrəsi qeyd edilmiş bəyannamə təqdim edilməlidir. Əlavə olaraq işçi də gələcəkdə yeni iş yerinə keçməsi barədə sosial müdaifə orqanlarına məlumat verməlidir. Məlumat verilmədiyi halda, siz gələcəkdə Dövlətin Sosial fond dəstəyindən məhrum qala bilərsiniz.