Yaponiyada necə iş tapmaq olar ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

https://rr-buro.ru/uploads/image/japan1.png

Yaponiyada xüsusi məşğulluq proqramı olan “Hello work” mövcuddur ki, bu həm yaponlar, həm də əcnəbilər üçün uyğundur. Bu xidmətin idarələri Yaponiyanın bir çox şəhərlərində , həm də Tokioda mövcuddur. Bu proqram haqqında məlumat ingilis dilində Tokio informasiya portalında mövcuddur. Bundan əlavə, Yaponiyada Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə yaradılan qanuni olaraq Yaponiyada yaşayan azərbaycanlılar və digər əcnəbilər üçün iş məqsədilə Nishi Shinjuku Center mövcuddur.

Yaponiyada işləmək üçün əmək müqaviləsinin bağlanması.

         Əgər siz özünüzə uyğun bir iş tapmısınızsa, bu halda ilkin olaraq gələcək işəgötürənlə əmək müqaviləsi bağlamalısınız. Müqavilə yazılı şəkildə olmalıdır və onun üzərində sizin iş saatlarınız, iş şərtləri və maaş göstərilməlidir. Əgər müqavilə yapon dilində tərdib edilibsə, belə olduğu halda hər şeyi başa düşdüyünüzdən əmin olun. Əgər sizin başa düşmədiyiniz məqamlar mövcuddursa, bu halda birbaşa olaraq tərcümə üçün müraciət edə bilərsiniz. Əmək müqaviləsinin tərtib edilməsi barədə ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

Yapondiyada yaşama statusu haqqında arayış nədir ?

          Yaponiyaya leqal şəkildə getmək üçün ilkin olaraq “yaşayış statusu haqqında arayış” əldə edilməlidir. Bu arayışı Miqrasiya idarəsi verir. Yaşayış statusu nədir ? Bir əcnəbinin Yaponiyada fəaliyyət növündən (iş, təhsil) və ölkədə qalma müddətindən asılı olaraq 27 fərqli yaşayış statusu mövcuddur. Nəzərə almaq lazımdır, Status Sertifikatında göstərilənlərdən başqa digər fəaliyyət sahələrində çalışmaq qadağandır.

 

https://rr-buro.ru/uploads/image/japan2.pngSertifikat almaq üçün Yaponiya Ədliyyə Nazirliyinin Miqrasiya Bürosunun yerli ofisinə ərizə təqdim etməli və Yaponiyada əcnəbinin statusunu təyin edən Sertifikatın əslini almalısınız. Bu, işəgötürəniniz və yaxud Yaponiyadakı digər nümayəndə tərəfindən də edilə və sizə poçtla göndərilə bilər.

Yaponiyaya getmək üçün viza lazımdırmı ?

         Sual yaranır ki, əgər sizin əlinizdə ölkəyə giriş etdiyiniz zaman təqdim edə biləcəyiniz, “yaşayış statusu haqqında sənəd” mövcuddursa, belə halda viza əldə etmək lazımdırmı ? Bu sənədin alınması ilk növbədə Konsulluq yoxlamalarından azad olunmaq üçün lazımdır. Bu baxımdan da, bütün lazımı sənədlərin əldə edilməsindən sonra, siz birbaşa olaraq, işçi vizası üçün Yaponiya səfirliyinin konsulluq idarəsinə müraciət etməlisiniz. Sənədlərin yoxlanılmasından sonra sizin xarici pasportunuza viza stikeri vurulacaqdır. Yaponiyada viza üçün anketi yükləyin. 

         Yaponiyaya girişdən sonra xarici vətəndaşlar , lazımı yoxlamadan keçir ki, bu zaman immiqrasiya idarəsinin işçisi birbaşa olaraq sizin təqdim etdiyiniz sənədləri yoxlayır və giriş üçün icazə verən möhürü vurur. Bununla paralel olaraq Yaponiyada əcnəbinin qalma müddətini və statusunu da müəyyən edir.

https://rr-buro.ru/uploads/image/japan3.png

         Yaponiyaya giriş etdikdən sonra xarici vətəndaşın qeydiyyatdan keçməsinin lazım olub  - olmaması haqqında buradan öyrənə bilərsiniz.

Gəlirdən vergilərin ödənilməsi.

Azərbaycanlılar üçün Yaponiyada işləmək, Yaponiya qanunlarına uyğun olaraq Yaponiya vətəndaşları ilə eyni miqdarda vergi ödəməyi tələb edir. Yaponiyada iki növ vergi mövcuddur: milli vergilər və yerli vergilər. Daha çox məlumat üçün yerli vergi bürosuna müraciət edin.

Yaponiyada işləmək üçün dil bilikləri lazımdırmı ?

         Yapon xalqı yerli dildə iki – üç söz deyə bilən xarici vətəndaşları belə çox böyük hörmətlə qarşılayır. Bunun da səbəbi , onların yapondilini çox çətin öyrənilən bir dil olaraq görməsidir.

         Yaponiyada böyük şirkətlərdə işləməkj üçün yaxşı səviyyədə ingilis dili yetərlidir. Ancaq adi bir yapon firmasında çalışmaq üçün , ən azından minimal yapon dili biliyi lazımdır.

         Yaponiyada işləməyin üstünlükləri və mənfi cəhətləri.

Yaponlar və işdəki fanatizmləri barədə bəzi faktları sizə təqdim edirik.

  1. Yaponlar həddən çox işgüzar insanlardır və bunlar boş sözlər deyil. Kiçik daimi maşınlar kimi, nahar fasiləsi olmadan (və ya işlə eyni vaxtda naharda) gündə 15-18 saatdan çox çalışırlar Belə bir iş rejimindən sonra da, Yaponlar xoşbəxtliklə dostları ilə əyləncəyə getməyi də bacarırlar. Bundan sonra da bir neçə saatlıq yuxudan sonra yennidən işə başlaya bilirlər.
  2. Yaponiyada işə dəqiq işin başlama saatı zamanı gəlmək doğru sayılmır. Onlar işə ən azından yarım saat tez gəlməyi daha doğru sayır ki, bu müddət ərzində də onlar işə hazırlaşırlar.