Azərbaycanlılar üçün Yunanıstanda necə iş tapmaq olar ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

Yunanıstana leqal şəkildə giriş edəndən sonra nə etmək lazımdır.

Yunanıstanda 3 aydan az işləmək fikrindəsinizsə, qısamüddətli viza üçün müraciət etmək kifayətdir. 90 günə qədər qısamüddətli “Business-Work” vizalarının alınması üçün tələb olunan sənədlərin siyahısına baxın.

Yunanıstana qısa müddətli vizalar üçün müraciət və onu müşayiət edən sənədlər Azərbaycandakı Yunanıstan Viza mərkəzinə təqdim olunmalıdır. Sənədlərin qəbulu öncədən qeydiyyatdan keçməklə həyata keçirilir.

Yunanıstanda 3 aydan çox işləməyə hazırlaşırsınızsa, öncədən Yunanıstanda işləmək üçün icazə alaraq, uzunmüddətli iş vizası üçün müraciət etməlisiniz. Bu haqda daha ətraflı məlumatı “Yunanıstanda işçi vizası” məqaləsindən ala bilərsiniz.

Bir əcnəbi üçün Yunanıstanda bir iş təklif etməzdən əvvəl, işəgötürən Yunanıstan Məşğulluq Xidmətinə (OAED), təklif etdiyi vakansiyaya uyğun bir  Yunanıstan və yaxud Avropa Birliyi vətəndaşını tapa bilmədiyini sübut etməlidir.

Daha sonra Yunanıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sizə "əcnəbi işçinin cəlb olunması üçün icazə" forması verilir. Alınan icazə əsasında siz,  şəxs özü müraciət etməlidir  Yunanıstanın Bakıdakı səfirliyinə , D kateqoriyalı (uzunmüddətli) iş vizası üçün..

Yunanıstana gəldikdən sonra: “Oturma izni” və VÖEN əldə etmək.

Əlavə olaraq, siz Yunanıstanda işləmək üçün uzunmüddətli viza əldə etdikdən və ölkəyə giriş etdikdən, sonra ya Yunanıstanda qaldığınız yerdəki miqrasiya xidmətindən, ya da Yunanıstan Daxili İşlər Nazirliyinin Miqrasiya İşləri Şöbəsindən Oturma izni almalısınız. Bunun üçün adıçəkilən qurumlara müraciət edilməlidir.

 

  Yunanıstanda leqal şəkildə işləmək üçün aşağıdakıları da əldə etməlisiniz:

 

  - Elektron xidmət vasitəsiylə vergi ödəyici nömrəsi,

  - Sosial Təhlükəsizlik İnstitutunun (AMKA) sayt xidmətindən istifadə edərək sosial təminat nömrəsi.

Yunanıstanda turist vizası ilə iş axtarışı.

İş tapmaq məqsədiylə Yunanıstana turist və yaxud ziyarətçi vizası ilə daxil olan cəsarətli insanlar var. Əgər hər şey planladığınız kimi gedsə və  sizi işə götürməyə hazır bir işəgötürən tapma imkanınız da olsa, bu halda siz turist vizanızın müddəti bitməmiş ölkənizə qayıtmalı və Yunanıstanda işləmək üçün işçi vizasının alınması üçün müraciət etməlisiniz.

Yunanıstanda turizm sahəsində çalışmaq.

Yunanıstan doğrudan da bəzilərinin dediyi kimi “hər şeyə sahib” bir ölkə olsa da, orada effektiv iş sahələri ilə bağlı olaraq hər şey öz qaydasında deyil. Əlbəttə ki, Yunanıstanda iş axtararkən əsas diqqəti məhz turizm sahəsinə yönəltmək tövsiyə olunur. Azərbaycanda rusdilli insanların çoxluğunu nəzərə alaraq Yunanıstanda turizm sahəsində olan işlərdə üstünlüyə malik olduğumuzu deyə bilərik. Nəzərə almaq lazımdır ki, hər il milyonlarla rus turist Yunanıstana istirahətə gəlir və onlarla işləmək üçün də mağaza, restoran və otellərdə xeyli vakansiya mövcuddur.  10 milyonluq Yunanıstan əhalisinin 990 mini birbaşa və yaxud dolayı yolla turizm sahəsi ilə bağlı işlərdə çalışır.

Yunanıstanda sizə uyğun iş tapıldıqdan sonra maaş alıb və vergi ödəyirsinizsə, siz tibbi müayinədən keçməkdən tutmuş,  Yunanıstanda qalmaq üçün oturma izni almağa qədər qanuni prosedurun bütün mərhələlərini keçməlisiniz. Bu haqda daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Yunanıstanda işləmək üçün dil biliyi tələb olunurmu?

Yuxarıda da vurğulandığı kimi Yunanıstanda yaşamaq üçün ciddi şəkildə rus diliyi biliyi sizin üçün faydalı ola bilər, ancaq bu sadəcə turizm sahəsində çalışan insanlar üçün belədir və orada belə müəyyən dərəcədə ingilis və yunan dillərinə ehtiyac olacaqdır. Bu baxımdan da bu ölkədə çalışmaq üçün ingilis, rus və yunan dillərini bilmək çox böyük üstünlük olacaqdır.

Əgər Yunanıstanda olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin yardımı gərəkirsə, ən yaxın olan Azərbaycan Respublikasının Yunanıstan dövlətində Səfirliyinin ünvanını bu siyahıdan  tapa bilərsiniz.