Çexiyada İş.

Çex Respublikasında iş tapmaq hal - hazırda həm xaricilər, həm də Çexiya vətəndaşları üçün olduqca çətindir. Lakin bu, həkimlər, proqramçılar və digər yüksək ixtisaslı mütəxəssislərə aid deyil. Belə məşhur və nadir peşələrə sahib insanlara Çexiyada ehtiyac böyükdür və bunun da səbəbi, bu ölkədə bu cür peşələrdə işləyəcək yerli vətəndaşların sayının azlığıdır.

Çexiyada azərbaycanlılar hansı formada iş tapa bilər ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

Çexiyaya leqal şəkildə getmək üçün daha sonra nə etmək lazımdır ?

Azərbaycanlılar üçün Çexiya Respublikasında işləmək iki yolla mümkündür:

  • İş icacəzi almaq və Çexiya Respublikasında uzun müddət qalma,
  • Çexiya Respublikasında oturma izni və iş icazəsini birləşdirən AB Mavi Kartının əldə edilməsi.  Bu mavi kartların verilməsi prosesi daha asan və daha sürətli olur, ancaq bu kartlar Çexiya Əmək Nazirliyinin reyestrinə daxil olan vakansiyalar əsasında yalnız yüksək ixtisaslı mütəxəssislərə verilir.

Çexiyada işləmək üçün icazə.

Xarici vətəndaşlar üçün Çexiya Respublikasında iş icazəsi işəgötürən tərəfindən alınmalıdır. İşəgötürənin  müracət zamanı erməli olduqları, Çexiya Əmək Nazirliyinin saytında təsvir edilmişdir. Çexiya Respublikasında iş icazəsi üçün müraciət təsdiqləndikdən sonra, siz səfirliklə əlaqə saxlamalı və uzunmüddətli yaşayış icazəsini istəməlisiniz. Çexiyada iş icazəsi ilə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz. 

Çexiyanın Azərbaycan Respublikasında Səfirliyinin Veb-saytı.

Uzunmüddətli yaşayış icazəsinin verilməsi ilə bağlı sənədlər araşdırıldıqdan sonra, səfirlikdən sizin pasportunuza Çexiya giriş imkanı verən, birdəfəlik viza stikeri vurulur. Bu vizanın etibarlılıq müddəti 60 gündür. Siz Çexiyaya çatdıqdan sonra, yerli polis idarəsinə , “oturma izni” kartı əldə etmək üçün müraciət etməlisiniz. “Oturma izni” (rezident kartı), sahibinin biometrik məlumatlarının (barmaq izləri) saxlanıldığı adi bir bank kartı ölçüsündə plastik kartdır.

“Mavi kart” nədir ?

Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

Çexiya Respublikasında "Rezident Kart" və "Mavi Kart" necə görünür.

"Mavi Kart" verilməsi üçün yüksək xüsusiyyətlər dedildikdə, ən azı 3 illik təhsil müddəti ilə başa çatmış ali və ya ali xüsusi təhsil nəzərdə tutulur. Mavi Karta namizədlər üçün vakansiyalar Çexiya Respublikası Əmək Nazirliyinin "Çexiya Respublikasında iş yerləri" əsas reyestrində qeyd olunur, burada işəgötürənlərin rahat şəkildə sizin məlumatlarınızla tanış olması üçün, öz tərcümeyi-halınızı yüklüyə bilərsiniz.

Əvvəlcə Mavi Kartın alınması üçün müraciət etmək və yalnız bundan sonra Çexiya Respublikasında vakansiya axtarmağa başlamaq mümkündürmü? Xeyr, çünki Mavi Kartın alınması ilə bağlı müraciət etdiyiniz zaman, həm də imzalanmış bir əməl müqaviləsi  də təqdim etməlisniz. Eyni zamanda,  bu əmək müqaviləsi ən azı bir il müddətinə bağlanmalı və müqavilədə nəzərdə tutulan aylıq və ya illik əmək haqqı Əmək Nazirliyinin elan etdiyi Çexiya Respublikasındakı orta illik əmək haqqının ən azı 1,5 qatına uyğun olmalıdır. Blue Card ilə Çexiyaya giriş haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.
 


Çexiyaya “Mavi kart” və “İş icazəsi” nə qədər müddətə verilir ?

Mavi kart 2 il müddətinə verilir və hər iki ildən bir, işəgötürənin, əmək müqaviləsini uzatması halında, yenilənə bilər.

İş icazəsi də eyni formada iki il müddətinə verilir və iki ildən sonra uzadılma variantına malikdir.

Çexiyada işləmək üçün dil bilikləri lazımdırmı ?

         Avropa Birliyinin mavi kartı ilə Çexiyaya getdiyiniz zaman əslində işləmək üçün ingilis dili biliyi yetərli olacaqdır, ancaq gündəlik həyatınızı rahatlaşdırmaq üçün çex dili bilikləri də vacibdir. Nəzərə almaq lazımdır ki, küçələrdə, mağaza və restoranlarda ingilis dilində danışan insanları çox çətindir. Hətta Çexiyaya gəldikdən sonra qeydiyyat üçün 3 gün ərzində gəlməli olduğunuz polis idarəsində belə ingilis dilində danışan işçi tapmaq çətinliyi ilə qarşılaşa bilərsiniz. Bu baxımdan getmədən öncə çex dili biliklərinizi artırmağınız tövsiyyə olunur.

Çex Respublikasında məşğulluq: vergiləri necə ödəmək olar.

Çex Respublikasında işçilərdən gəlir vergisi yalnız əmək haqqından tutulmur, işəgötürənin sizin üçün sosial və tibbi sığortaya köçürdüyü məbləğlər vergi bazasına əlavə olunur.

İşəgötürən hesablanmış əmək haqqından büdcəyə aşağıdakı ödənişləri edir:

    - sosial sığorta üçün - 6,5%,

    - tibbi sığorta üçün - 4,5%