Avstriyada necə iş tapmaq olar ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Yüksək ixtisaslı bir mütəxəssissinizsə, bal sisteminə əsaslanan və peşəkar immiqrasiya yolu ilə Avstriyada daimi yaşayış yeri əldə etməyə imkan verən Rot-Weiß-Rot - Karte sistemindən ("Qırmızı-Ağ-Qırmızı Kart") istifadə edə bilərsiniz. Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Avstriyada işləmək üçün iş icazəsi almaq lazımdırmı ?

         Azərbaycanlılar da daxil olmaqla , Avropa Birliyi üzvü olmayan ölkələrdən olan insanları işə cəlb etmək istəyən işəgötürənlər,  Avstriyada işləmək üçün həmin işçilərə icazə rəsmiləşdirməsi zəruridir.

Diqqət! Rot-Weiß-Rot - Karte sisteminə ("Qırmızı-Ağ-Qırmızı Kart") uyğun olaraq lazımi bal toplamış yüksək peşə qabiliyyətinə malik mütəxəssislər və işçi tapılması çətin olan peşələrin sahiblərinin işləmək üçün icazə almasına ehtiyac yoxdur.

Leqal şəkildə Avstriyaya giriş etdikdən sonra nə etmək lazımdır?

         Rot-Weiß-Rot-Karte (Qırmızı-Ağ-Qırmızı Kart) nədir? 1 iyul 2011-ci ildən bəri Rot-Weiß-Rot - Karte (Qırmızı-Ağ-Qırmızı Kart) sistemi digər ölkələrdən olan mütəxəssislərin Avstriyada çalışması üçün qüvvədədir. Qırmızı-Ağ-Qırmızı Kart sistemi balların hesablanması əsasında fəaliyyət göstərir və aşağıdakı insanlar qrupları üçün nəzərdə tutulmuşdur:

  • yüksək ixtisaslı mütəxəssislər (100 baldan 70 bal toplamalıdır),
  • Avstriyada işçilərin az tapıldığı peşələrə sahib mütəxəssisləri (75 baldan 50),
  • digər önəmli peşələrə sahib mütəxəssislər (75 baldan 50) və onların ailə üzvləri (ikinci dərəcəli müraciət edənlər).

Qiymətləndirmə Kalkulyatoru ilə ballarınızı hesablaya bilərsiniz.

         Həm yüksək ixtisaslı mütəxəssislər, həm də Avstriyada işçilərin az tapıldığı peşələrə sahib mütəxəssislərin Avstriyaya giriş etmədən öncə alman dili biliklərini təsdiq etmək məcburiyyətləri yoxdur, ancaq reallıq odur ki, alman və ingilis dillərindən birini yüksək səviyyədə bilmək imtahatda əlavə olaraq, 10 – 15 bal qazandıra bilər.

         İkinci dərəcəli müraciətçilərin (ailə üzvlərinin)  isə Avstriyaya giriş etmədən öncə alman dili biliqlərini təsdiqləməsi zəruridir. Onlar ən az A1 səviyyəsində alman dili bilməlidir.

Yüksək peşə qabiliyyətinə malik mütəxəssislərin Rot-Weiß-Rot–Karte əldə etməsi üçün öncədən işəgötürən tapması vacibdirmi ?

        Yüksək peşə qabiliyyətinə malik mütəxəssislərin yüksək bal ( 100 baldan 70 – i)  toplaması halında, Avstriyaya gəlmədən öncə işəgötürən tapmasına ehtiyacı yoxdur. Belə olduğu halda sizə 6 aylıq viza verilir və bu viza birbaşa olaraq, sizə bu müddət ərzində Avstriya ərazisində iş axtarmaq imkanı yaradır.

         Tapılan iş mütləq sizin ixtisas və peşəkarlıq səviyyənizə uyğun olmalıdır. 6 ay ərzində ixtisasına uyğun bir iş tapıldığı halda, işəgötürən 12 ay müddəti olan  Rot-Weiß-Rot-Karte (RWR kartı) almaq üçün səlahiyyətli orqanlara (Landeshauptmann, Bezirkshauptmannschaft, Magistrat) müraciət etməlidir.

Altı ay ərzində uyğun bir iş tapılmazsa, müraciət edən Avstriyanı tərk etməlidir. Avstriyadan ayrılma tarixindən on iki ay sonra iş axtarışı vizası üçün yenidən müraciət edə bilərsiniz.

Avstriyaya daxil olmaq üçün Jobseeker ( iş axtaran ) viza necə alınır?

         Avstriyaya Jobseeker viza almaq üçün (bu vizaya D kateqoriyalı viza da deyilir), Avstriyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlamalısınız.

Jobseeker viza sənədləri

Jobseeker viza müraciəti forması

Viza müraciəti üçün qeydiyyatdan keçin

Kriteriyaların təsdiq forması

Az tapılan peşələrdə çalışan mütəxəssislər üçün Rot-Weiß-Rot-Karte almaq üçün işəgötürənin iştirakı tələb olunurmu? Daha ətraflı məlumat buradan əldə edə bilərsiniz .

RWR kartı üçün necə müraciət etmək olar?

RWR kartı üçün müraciət təqdim olunur:

RWR kartı üçün sənədlər

RWR kart sorğusu

1. Şəxsən Bakıdakı Avstriyanın səfirliyində,

2. Potensial işəgötürən tərəfindən Avstriyadakı səlahiyyətli orqanlara (Landeshauptmann, Bezirkshauptmannschaft, Magistrat).

RWR Card ilə 10 ay işlədikdən sonra, Avstriyadakı istənilən işəgötürənlə işləmək hüququ verən RWR Card Plus üçün müraciət etmək mümkündür. Adi RWR Kartı sizə yalnız müəyyən edilmiş işəgötürən ilə işləmək hüququ verir.

İkinci dərəcəli müraciətçilər (ailə üzvləri)

         RWR Card və RWR Card Plus sahiblərinin ailə üzvləri, RWR Card Plus-ı avtomatik olaraq ala bilərlər və bu baxımdan da, alman dilini ən azı A1 səviyyəsində (başlanğıc səviyyədə) bildiklərini sübut etdikləri təqdirdə, Avstriyadakı istənilən işəgötürənlə işləmək hüququ əldə edə bilərlər.

Yüksək ixtisaslı mütəxəssislərin ailə üzvləri ərizəçi ilə eyni vaxtda, digər qrupların ailə üzvləri isə - müraciət edən işə qəbul edildikdən 3 ay sonra Avstriyaya gəlmək hüququna malikdirlər.

Əgər Avstriyada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.