Belçikada azərbaycanlılar üçün necə iş tapmaq olar ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

Leqal şəkildə Belçikaya getmək üçün daha sonra nə etmək lazımdır?

  1. B kateqoriyalı icazə almaq lazımdır ( Belçikada işəgötürən tərəfindən rəsmiləşdirilir )
  2. Səfirlikdə və ya Viza Müraciət Mərkəzində Belçikaya D kateqoriyasına işçi  vizası alın.
  3. Belçikaya girdikdən sonra, Belçika əhali reyestrində qeydiyyatdan keçmək
  4. Biometrik kart formasında yaşayış icazəsi ( Oturma izni ) alın.

Belçikada iş icazəsi üçün necə müraciət etmək olar?

         Belçikada əcnəbilər üçün 3 fərqli iş icazəsi var: A , B və C tipli icazələr.  Əksər hallarda Belçikaya ilkin giriş üçün B tipi icazə verilir. İcazə Belçikadakı işəgötürən tərəfindən bölgələrə görə məşğulluq xidmətinin müvafiq regional ofisində verilir. (Belçika 3 icmadan ibarət bir federasiyadır: Wallonia-Brossel federasiyası, Flaman cəmiyyəti və almandilli icma. Öz növbəsində icmalar əyalətlərə bölünür (cəmi 10 əyalət var) və kommunaların sayı isə 589- dur)

        

İşəgötürənin müraciətinə aşağıdakılar əlavə olunmalıdır:

  • Əgər işçi ilk dəfə Belçikada işləyəcəksə onun tibbi arayışı təqdim olunmalıdı.Tibbi arayış Bakıdakı Belçika səfirliyi tərəfindən akreditasiyadan keçmiş klinikadan alınmalıdır və 6 ay müddətinə etibarlı olmalıdır.
  • «an inquiry leaflet» forması – bu halda müraciət edən leqal şəkildə Belçikada olmalıdır.
  • Əmək müqaviləsi 

Bəzi bölgələrdə müraciət onlayn verilə bilər:

Valoniyada, regional portal vasitəsilə.

Brüssel Bölgəsində, Brüssel portalı.

Belçikaya işçi vizası necə ala bilərik?

         Belçikada 3 aydan çox yaşamaq və işləməyi planlaşdıran Avropa Birliyi üzvü olmayan vətəndaşlar, D kateqoriyalı iş vizası almalıdırlar. Müraciət ərizəçinin yaşadığı ölkədəki Səfirliyə və ya Viza Tətbiq Mərkəzinə təqdim edilməlidir.

Belçika daxil olduqdan sonra əcnəbilərin qeydiyyatı.

         İşə gəldikdən sonra Belçika əhali reyestrində qeydiyyatdan keçməlisiniz. Belçikadanın Xaricilərlə İş Departamenti, xarici vətəndaşların qalma və qeydiyyatdan keçməsini tənzimləyir. Bunu etmək üçün Belçikaya girdikdən sonra 8 gün ərzində qaldığınız ərazinin yerli bələdiyyə orqanına məlumat verməlisiniz.

Belçikadakı orqanların siyahısına baxa bilərsiniz.

Biometrik kart formasında “Oturma İzni”nin alınması.

         Siz əcnəbi vətəndaşların reyestrində qeydiyyata alındıqdan sonra bələdiyyə orqanına oturma izni (biometrik kart) üçün müraciət etməlisiniz. Bu kart verilən “oturma izin”lərinin siyahısında qeydiyyatdan keçiriləcəkdir və sizə rahat şəkildə şengen zonasında hərəkət etmə imkanı verəcəkdir

 

İş və yaşayış icazələrinin uzadılması.

         Ehtiyac olduğu halda işəgötürən tərəfindən işçinin iş icazəsinin uzadılması üçün məşğulluq mərkəzinə, işçinin iş icazəsinin bitiminə 1 ay qalmış müraciət olunmalıdır. Əgər iş icazəsinin uzadılması haqqında müsbət qərar çıxsa, bu halda siz “oturma izni”nin də müddətini uzatmalısınız.

İş icazələri haqqında daha çox məlumat üçün Belçika Federal Məşğulluq Xidmətinin Məşğulluq İdarəsinə müraciət edin.

Əgər Belçikada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.