İsveçrədə azərbaycanlılar hansı formada iş tapa bilər ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

İsveçrəyə leqal şəkildə giriş etmək üçün nə etmək lazımdır ?

1. D kateqoriyalı işçi vizası üçün Bakıdakı səfirliyə müraciət etmə qaydaları.

2. İsveçrəyə giriş etdikdən sonra qeydiyyat şöbəsində qeydiyyatdan keçmək.

3. Biometrik “oturma izni”  əldə etmənin üsulları.
 


İsveçrədə işləmək üçün icazəni necə rəsmiləşdirmək olar ?

İsveçrədəki işəgötürən sizə iş icazəsinin verilməsi üçün Kantonun Məşğulluq İdarəsinə müraciət etməlidir. Kantonun müsbət qərarından sonra sənədlər, Bern şəhərində yerləşən "Federal Miqrasiya Xidməti" Qurumuna göndərilir. Bundan sonra həmin qurum tərəfindən sənədlər işlənilir və işəgötürən, işçi, yerli kanton və işçinin olduğu ölkədəki konsulluq qərarla bağlı məlumatlandırılır.  İsveçrədə iş icazəsi Federal Miqrasiya Xidmətinin SEM rəsmi formasıdır.

İsveçrədə yaşamaq üçün necə işçi vizası almaq olar ?

Siz İsveçrədə işləmək üçün D kateqoriyalı işçi vizası əldə etməlisiniz. Bunun üçün :

1. Əlinizdə orijinal "Ermächtigung zur Visumserteilung" - iş vizası əldə etmək üçün müsbət qərar, olmalıdır.

2. Yaşadığınız ölkədəki İsveçrə səfirliyində müsahibə üçün vaxt təyin etmək lazımdır. Uzunmüddətli iş vizası kateqoriyasına müraciət etmək üçün sənədlərin və qaydaların siyahısına İsveçrənin Azərbaycandakı səfirliyinin saytından baxmaq olar.

İsveçrəyə iş vizası almaq üçün Elektron ərizə formasını  buradan yükləyə bilərsiniz.

İş icazəsi və oturma izni necə əldə ediləcəyi barədə daha çox məlumatı veb saytımızın bu səhifəsindən tapa bilərsiniz.

İsveçrəyə giriş etdikdən sonra orada qeydiyyat.

         Siz İsveçrəyə girdikdən sonra 14 gün ərzində qeydiyyat şöbəsindən qeydiyyatdan keçmək məcburiyyətindəsiniz. Sadəcə bundan sonra siz işə başlaya bilərsiniz. İsveçrədə 90 gündən çox qaldıqdan sonra ölkədən çıxış etsəniz, belə olduğu halda sizin qeydiyyatınız yerli hakimiyyət orqanlarından silinəcəkdir və sizin yaşayış icazəniz ləğv ediləcəkdir

Xarici vətəndaşın biometrik kartı.

Siz qeydiyyatdan keçdikdən sonra yaşayış icazəsi (biometrik kart) üçün müraciət etməlisiniz. Kartın müraciəti və verilmə qaydası yaşayış yerinizin kantonu tərəfindən müəyyən edilir. Ərizəçinin şəxsiyyəti xarici pasportu ilə təsdiqlənir.

"İsveçrədəki Biometrik Kart" haqqında daha çox məlumat əldə edin

İsveçrədə işləmək üçün hansı dilləri bilmək faydalı olacaqdır ?

         Əlbəttə ki, ilk öncə ağla İsveçrə dili gəlir, ancaq bu tam olaraq belə deyil. Nəzərə almaq lazımdır ki, İsveçrə üç Avropa mədəni irsinin sərhəddində yerləşir. Bu ölkədə həm alman, həm fransız, həm də italyan təsiri mövcuddur.

         İlkin olaraq nəzərə almaq lazımdır ki, İsveçrə əhalisinin 65 faizi məhz alman dilində danışır və bu da orada olan kantonların 17 – də məhz bu dildə danışılması deməkdir. İsveçrədə 26 kantonun olduğunu nəzərə alsaq, bu çox gözəl göstəricidir. Bu baxımdan da İsveçrədə yaşamaq istəyən azərbaycanlıların alman dilini bilməsi çox böyük bir üstünlükdür.

         Əhalinin fransızca danışan hissəsi, İsveçrənin qərbində Romandi bölgəsində yaşayır və təxminən əhalinin 22,6 faizini təşki edir. Bu səbəbdən Fransız dilini bilmək bu bölgədə işləmək üçün faydalıdır.

         İtalyan dilinə gəldikdə isə İsveçrədə cəmi 500 min insan bu dildə danışır ki, bu da əhalinin 8.3 faizi edir. Bu dildən əsasən Ticino kantonunda və Graubünden kantonunun 4 cənub vadisində yaşayan insanlar istifadə edir. Bu baxımdan da əgər bu ərazilərdə işləmək imkanınız varsa, bu halda italyan dilini bilməyiniz vacibdir və yaxud italyan dilini bilirsinizsə, bu ərazilərdə özünüzə uyğun vakansiya axtara bilərsiniz.