Kiprdə işə düzəlmək üçün nə etmək lazımdır ?

Kiprdə işə düzəlmək üçün ilkin olaraq bu ölkədə işəgötürən tapmaq lazımdır. Əks halda heç bir formada iş üçün Kiprə gedə bilmərsiniz. Sizi işə götürməyə hazır sahibkarlarla isə, birbaşa olaraq bizim saytımız vasitəsi ilə tanış ola bilərsiniz.

Sizi işə götürməyə hazır olan sahibkar tapıldıqdan sonra lazım olan proses başlayır. İlkin olaraq işəgötürən lazım olan bütün sənədləri toplayıb, müraciət etməlidir ki, sizin Kiprdə işləməyiniz üçün icazə ala bilsin. Əgər icazə alınıbsa, bu halda işəgötürən icazənin verilməsi haqqında təsdiq blankını sizə göndərməlidir. Reallıq odur ki, bu icazə məhz viza rolunu oynayır. Siz bu icazəni əldə etdikdən sonra, səfirliyə gedib xarici pasportunuzun üzərinə viza stikerini vurdura bilərsiniz.

Kiprə giriş.

Kiprdə işləmək üçün icazəsi olan şəxslər pasportların yoxlanılması məntəqəsində ayrı koridor üzərindən irəliləyir. Miqrasiya xidmətinin əməkdaşı bu ölkədə işləməklə bağlı icazənin təqdim edilməsi ilə, sizi Kipr ərazisinə buraxacaqdır.

Kiprə giriş haqqında ətraflı məlumatları birbaşa olaraq KKTC – nin Azərbaycanda olan konsulluğundan öyrənə bilərsiniz.

Daha sonra siz yaşamaq üçün icazə - oturma izni almalısınız. Bu oturma izni həm də Pink Slip olaraq da bilinir. Bunun səbəbi oturma izni mahiyyəti daşıyan kartın çəhrayı rəngdə olmasıdır. Kiprdə oturma izninin alınması ilə bağlı daha ətraflı məlumatı saytımızda bu mövzuda olan məqalədən ala bilərsiniz.

Əgər Kiprdə olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirlik / konsulluğunun köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz