Əcnəbi vətəndaşlar üçün Almaniyada necə iş tapmaq olar ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

Almaniyaya leqal şəkildə giriş etmək üçün nə etmək lazımdır ?

1. Almaniyaya işçı vizası üçün müraciət etmək lazımdır.

2. Almaniyaya gəlməyiniz barədə Əcnəbilərlə bağlı İşlər Bürosuna məlumat vermək.

3.  Almaniyada yaşamaq və iş icazəsi almaq.
 


İşçi vizasını necə almaq olar ?

Almaniyaya işlə daxil gəlmək üçün Azərbaycan Respublikası vətəndaşlarının D kateqoriyalı milli işçi vizası üçün müraciət etmələri tələb olunur. Almaniyaya işçi vizası əvvəlcə üç ay müddətinə verilir və Almaniyaya daxil olduqdan sonra Xaricilərlə İş İdarəsi tərəfindən müqavilə şərtlərinə uyğun olaraq, müddət uzadılır.

D kateqoriyalı, uzun müddətli, eləcədə Almaniyada İş vizasına bağlı müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

İş axtarmaq məqsədiylə Almaniyaya viza alınması üçün sənədlər.

Əmək müqaviləsi ilə Almaniyaya viza alınması üçün sənədlər.

Ticarət üçün Almaniyaya viza alınması üçün sənədlər.

Almaniyada işləmək üçün işçi vizasını Almaniyanın Bakıdakı səfirliyinə müraciət etməklə əldə edə bilərsiniz.


Almaniyada oturma izni.

   Almaniyaya gəldikdən sonra, hər  bir əcnəbi gəldiyi barədə Xaricilərlə İş Bürosuna məlumat verməli və "Müvvəqəti yaşamaq üçün icazə" almalıdır. Bu əsasən yerli merlik binasında yerləşən Xaricilərlə bağlı İşlər İdarəsində həyata keçirilir. Müraciət qəbulunun vaxtı və ümumiyyətlə lazım olan sənədlərin siyahısını əldə etmək üçün yerli orqanların saytlarına baxmaq tövsiyyə olunur. Məsələn: Berlin bələdiyyəsi.

Almaniyada olan əcnəbilər üçün Aufenthaltstitel yaşayış icazəsi plastik kart şəklindədir. Elektron yaşayış icazəsi Broşurasından lazımı məlumatları oxuya bilərsiniz.   

Yaşamaq icazəsi ilə bağlı orijinal sənədlər şəxsən işçinin özü tərəfindən birbaşa olaraq, Xarici Vətəndaşlarla İş Şöbəsinə təqdim edilməlidir. Bununla paralel olaraq, başqa zəruri sənədlər təqdim edilməlidir :

  • Vətəndaş İşləri İdarəsi (Bürgeramt) tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsi və ya ünvan vərəqəsi (Meldeschein),
  • Yaşayış üçün mənzilin icarə və ya alqı-satqı müqaviləsi, tibbi sığortanın varlığını təsdiq edən sənəd və bir pasport şəkli,
  • Yaşamaq icazəsi ilə birlikdə, işləmək icazəsini əldə etmək üçün əmək müqaviləsi də təqdim edilməlidir,
  • Xarici vətəndaş, işləmək hüququnun olub - olmadığını göstərən yaşayış icazəsi (eAufenthaltstitel) alır. Yaşayış icazəsi müəyyən bir müddətə verilir.

Almaniyada qanuni olaraq yaşayan, lakin işləmək hüququ olmayan bir xarici vətəndaş (məsələn, işçi vizası olan əcnəbinin həyat yoldaşı) müstəqil olaraq Federal Məşğulluq Agentliyinə (Bundesagentur für Arbeit) iş icazəsi üçün müraciət edə bilər.

Almaniyada əmək haqqından tutlan vergilər.

         Əmək haqqından tutulan vergilər arasında ən əsası fiziki şəslərdən alınan gəlir vergisi – “Einkommensteuer”dir. Bundan əlavə, 156.03 € məbləğində “birlik vergisi” adlandırılan əlavə vergi tutulur (bu əlavə vergi Federal Hökumət tərəfindən 1991-ci ildə Almaniyanın, şərq federal dövlətlərini dəstəkləmək üçün ,birləşməsi ilə əlaqədar olaraq tətbiq edilmişdir)

Almaniyada ailənin birləşməsi ilə bağlı işçi vizası almaq.

Ailə birləşməsi (Au Pair) (evlilik, Almaniyada yaşayan yaxın qohumlar sayəsində alınan viza) xüsusi qaydada Almaniyaya viza almaq hüququ verir, lakin eyni zamanda immiqrasiya qanunvericiliyi Almaniyada yaşayan müraciətçinin həyat yoldaşını / övladını dəstəkləmək üçün kifayət qədər vəsaitə sahib olduğunu sübut etməyi tələb edir, xüsusilə də əgər Almaniyada iş icazəsi yoxdursa.

Almaniyada ailənin birləşməsindən sonra xarici ər-arvadlar avtomatik olaraq Almaniyada iş icazəsi almırlar:

Almaniya Konstitusiyasının (Əmək məcəlləsinin 19-cu bəndinə əsasən) himayədarlıq statusu yalnız Müəyyən şəxslərə verilməkdədir.
Almaniya vətəndaşlığı alana qədər "Almaniyada İş İcazəsi" üçün müraciət etmək mütləqdir.

Almaniyada sahibkarlıq fəaliyyəti.

Alman qanunlarına görə fərdi sahibkar – birbaşa olaraq ölkəyə  250.000 Avro sərmaye edən İş adamları və 5 yeni iş yeri açan şəxsə aiddir. Sahibkarlar bunları etdikdən  sonra dərhal Almaniyada daimi yaşama icazəsi əldə edir.    

Sahibkarlar iş planı, tərcümeyi-hal, iş layihəsi, maddi vəsaitin mövcudluğu haqqında sertifikat, investisiya planı, üç il üçün mənfəət və zərər proqnozu verməlidir.

Bundan sonra Federal İqtisadiyyat Nazirliyi, Ticarət və Sənaye Palatası sahibkarlar tərəfindən iş planının həyata keçirmə ehtimalı yoxlanılır.Bu plan yalnız Vətəndaşlıq İşləri İdarəsinin işçiləri tərəfindən deyil, həm də Dövlət İdarəetmə İdarəsinin  iqtisadçıları tərəfindən də nəzərdən keçirilir.

Əgər Almaniyada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.