İtaliyada necə iş tapmaq mümkündür ?

 

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

İtaliyaya leqal şəkildə getmək üçün daha sonra nə etmək lazımdır ?

         Avropa Birliyinin üzvü olmayan şəxslər üçün işləmək məqsədilə İtalyaya getməyin 3 əsas yolu mövcuddur.

  • İşləmək üçün icazənin alınması (Nulla Osta per lavora)
  • D kateqoriyalı işçi vizasının əldə olunması
  • İtaliyada yaşamaq üçün “oturma izninin” alınması. İtaliyaya daha sonra işçi vizasının alınması

İtaliyada işləmək üçün necə icazə almaq olar ?

         Xarici vətəndaşlar üçün verilən işləmək icazəsi müəyyən edilmiş illik kvota əsasında verilir. Kvota – illik olaraq Avropa Birliyinin üzvü olmayan işçilərin İtaliyada işləməsi üçün verilən maksimum saydır. Kvota nəzərə alınmadan İtaliyaya giriş edə bilər :

  • Yüksək ixtisaslı mütəxəssizlər
  • Universitet müəllimləri
  • Tərcüməçilər və s.

İllik kvota müəyyən edildikdən sonra işəgötürən tərəfindən İmmiqrasiya İdarəsinə gələcək iş yerinin prefekturasına uyğun şəkildə müraciət olunmalıdır. Müraciət konkret işçi üçün edilməlidir. İmmiqrasiya İdarəsi işəgötürən haqqında məlumatları Məşğulluq Agentliyində və polisdə araşdırır. İşləmək üçün icazənin verilməsi ilə bağlı maneələrin olmaması faktı araşıdırılır.

İtaliyada olduğumuz halda işləmək üçün icazəni rəsmiləşdirmək mümkündürmü ?

     Əgər siz əlinizdə “oturma izni” olmadan İtaliyadasınızsa, bu halda özünüz üçün uyğun işəgötürən tapdığınız halda , burada qalmağınızı leqallaşdırma imkanına maliksiniz. Belə olduğu halda sizin işəgötürəniniz kvota üçün müraciət etməlidir. Bundan sonra əgər işəgötürənin müraciətinə müsbət cavab gəlsə, o sizə dəvətnamə verir ki, onun əsasında da sizə İtaliyaya viza və daha sonra da “oturma izni” alma imkanı veriləcəkdir. Bundan sonra siz Azərbaycana qayıdıb, burada zəruri sənədləri İtaliya səfirliyinə verməlisiniz ki, sizə işçi vizası rəsmiləşdirilsin. Daha ətraflı məlumat üçün bu məqaləyə keçid edin. 

İtaliyaya neçə işçi vizası əldə etmək olar ?

     İtaliyaya leqal şəkildə işləmək məqsədi ilə getmək üçün xarici pasporta işçi vizasının stikeri vurulmalıdır.

     İtalaya işçi vizasının əldə olunması üçün zəruri olan sənədlərin siyahısını Azərbaycanda İtaliyanın viza mərkəzindən almaq olar.

     İtaliyaya işçi vizasının alınması məqsədi ilə müraciət üçün öncədən onlayn şəkildə qeydiyyatdan keçmək mümkündür.

Onlayn müraciət üçün D viza anketini yükləyin. 

İtaliyada “oturma izni” necə almaq mümkündür ?

     İtaliyada 3 aydan çox müddətdə yaşamaq üçün “Oturma İzni” əldə etmək lazımdır. “Oturma İzni” sezonluq işçilər üçün 6 aydan 9 aya qədər müddətdə verilir. Sahibkar tərəfindən biznesin aparılması üçün işə çağırılma olduğu halda isə 2 il müddətinə verilir.

     Xarici vətəndaşa “oturma izni”nin  verilməsi barədə müraciət birbaşa olaraq İmmiqrasiya Xidmətinə verilməlidir. Bundan sonra Sportello amico bankomatı olan poçt şöbələrindən birində “Kit per il permesso di soggiorno” komplektinin alınması üçün müraciət edilməlidir. Bundan sonra sizə pulsuz şəkildə anket və doldurlma haqqında məlumatlar olan zərf veriləcəkdir. Tələb olunan formaları doldurduqdan və sənədlərin surətlərini əlavə etdikdən sonra poçt məmuru məzmunu yoxlayacaq, möhür vuracaq və zərfi miqrasiya xidmətinə göndərəcəkdir.

Müraciətin vəziyyəti barədə İtaliyanın miqrasiya portalı Portale Immigrazione-də tapa bilərsiniz.

Qərar verildikdən sonra, siz polis bölməsində Permesso di Soggiorno kartını alır. "Yaşayış icazəsi" kartının hazır olub – olmaması barədə məlumatı isə İtalyan polisinin veb saytı olan Polizia di Stato-da tapa bilərsiniz.

İtaliyada iş qrafiki haqqında.

         İtaliyada rəsmi iş günləri: Bazar ertəsindən Şənbəyə qədərdir. Ümumiyyətlə qəbul edilən iş saatları 8: 30-12: 30-dır. Bundan sonra, nahar və istirahət üçün ayrılmış siesta saatları gəlir, işçilər saat 15: 30-19: 30 arasında işə qayıdırlar. Cənub bölgələrində iş saatlarının artırması meyilləri var.

  Böyük fabriklər və zavodlar daha müasir bir iş qrafikinə sahibdirlər, yəni bir saat fasilə verməklə uzun bir siesta olmadan və səhər 08.00-da işə başlayırlar.

Əgər İtaliyada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.