Kanadada iş.

         Azərbaycanlılar üçün Kanadada hansı formada işlər tapmaq olar. Getmə məqsədindən və formasından asılı olaraq burada iki növ müəyyən etmək olar.

  • İşəgötürən olması halında, Kanadada müvəqqəti işləmə imkanı
  • Kanadada çox tələb olunan bir peşəyə sahib olduğunuz halda , daimi yaşayış üçün Kanadaya peşəkar immiqrasiya.

Kanadaya leqal şəkildə getmək üçün nə etmək lazımdır.

  • Kanadada iş icazəsi üçün müraciət edin. Diqqət: məşqçilər, idmançılar, ekiapaj üzvləri kimi bəzi peşələr üçün bu tələb olunmur. İş icazəsi tələb olunmayan peşələrin siyahısı (ingilis dilində);
  •  "Kanadaya daxil olmaq üçün müvəqqəti sakin (rezident) vizası" üçün müraciət etmək;
  • Kanadaya girişdə sərhəd nəzarət məntəqəsində rəsmiləşdirilmiş iş icazəsi əldə etmək.

Kanadada iş icazəsi nədir?

Kanadada işləmək üçün icazə - birbaşa olaraq Kanada vətəndaşı və yaxud rezidenti olmayan şəxslərə verilən burada işləmək üçün icazədir. Bu icazə faktiki olaraq müəyyən edilmiş işəgötürən üçün müəyyən edilmiş vaxt çərçivəsində etibarlıdır. Öz növbəsində işəgötürən də xarici mütəxəssisin işə cəlb edilməsi barəsində icazə (LMIA) əldə etməlidir və bunu da xüsusi portal (employer portal) vasitəsiylə edə bilərlər.

Kanadaya iş icazəsi və müvəqqəti iş vizası üçün necə müraciət edə bilərik?

         Kanadada iş icazəsi və TRV (Müvəqqəti Yaşayış Vizası) iş vizası eyni zamanda tələb olunur.Bunun üçün zəruri olan sənədlərin doldurulması zəruri bir haldır.

İş icazəsi üçün müraciət,
Əlavə 1 "Müvəqqəti yaşayış vizası üçün müraciət",
Ailə haqqında məlumat sorğusu,
Ərizəyə əlavə edilmiş sənədlərin siyahısı ilə yoxlama siyahısı.

         Sənədlər və müraciət iki formada təqdim oluna bilər:

  • Onlayn şəkildə ( burada sənədlər skan edilmiş formada göndərilir və rüsum da bank kartı ilə ödənilir )
  • Kağız şəklində ( sorğu anketləri hər iki halda onsuz internet üzərindən doldurulub , çap edilməlidir, ancaq burada əlavə sənədləri skan etməmək də olar. Daha sonra isə bütün bunlar özünüzlə ən yaxın viza mərkəzinə apara bilərsiniz.

Məmur təqdim etdiyiniz bütün məlumatları və sənədləri qiymətləndirəcək və müsahibənin lazım olub olmadığını təyin edəcəkdir. Müsahibə tələb olunarsa, görüşün tarixi, vaxtı və yeri göstərilən bir məktub alacaqsınız. Müraciət təsdiqlənərsə, pasport daxil olmaqla orijinal sənədlər, müsbət qərarı təsdiqləyən məlumat məktubu ilə sizə qaytarılacaqdır.

Kanadada iş icazəsi harada verilir?

         Kanadaya daxil olarkən: Konsulluq tərəfindən verilmiş giriş məktubu qəbul məntəqəsində immiqrasiya məmuruna təqdim edilir. Pasportunuzu və səyahət sənədlərinizi (aviabiletlər) də təqdim etməlisiniz. İmmiqrasiya məmuru Kanadada işləməklə bağlı icazəni sizə təqdim edəcəkdir ki, bu icazədə işəgötürənin adı və xidmət müddəti daxil olmaqla Kanadada qalma və işləmə şərtləri də ehtiva olunur.

Kanadada daimi iş yerini necə əldə etmək olar.

  1. Kanadada kəskin ehtiyac duyulan peşələrdən birinə sahib olmalısınız
  2. Kanadada daimi işləmək üçün ingilis və fransız dillərini bilmək lazımdır ki, bu da lazımı şəkildə balların hesablanması sistemi vasitəsiylə sübuta yetirilməlidir
  3. Bütün tələblərə cavab verdiyiniz təqdirdə, Kanadaya immiqrasiya üçün immiqrasiya vizasına onlayn müraciət edin
  4. Sizin müraciətiniz müsbət formada cavab alsa, siz  Confirmation of Permanent Residence (COPR) əldə edəcəksiniz. Bu daimi yaşayış imkanın verilməsi haqqında təsdiq sənədidir. Bundan sonra vizanın rəsmiləşdirilməsi üçün Kanada viza mərkəzinə yaxınlaşmaq lazımdır
  5. Kanadaya gəldikdən sonra, siz Daimi Yaşayış Kartı üçün müraciət etməlisiniz. Bu sərhəd nəzarət nöqtəsində edilir. Təxminən bir aydan sonra hazır kart sizə poçtla göndəriləcəkdir. Ən çox ehtiyac duyulan peşələr üzrə Kanadaya immiqrasiya.

Kanadaya “Yaşayış və ailəyə qayğı” proqramı əsasında necə getmək olar ?

        Kanada hökümətinin gələcəkdə daimi sakin statusu almaq ehtimalını da özündə ehtiva etdiyi, proqramının adı Live in Caregiver – dir. Kanadaya bu proqram əsasında getmək üçün iki qrup şəxs qayğı göstərilməlidir:

  • 18 yaşdan kiçik uşaqlar üçün,
  • yaşlılar üçün (65 yaş və yuxarı), əlillər, xroniki və ya sağalmaz xəstəlikləri olan insanlar üçün.

Daimi rezident (sakin) statusu əldə etmək bağlı müraciət etmək üçün , Live-in Caregiver Program çərçivəsində aşağıdakı iş təcrübəsinə malik olmaq lazımdır.

  • İşəgötürənlə birlikdə yaşamaq şərti ilə tam ştat 24 aylıq iş təcrübəsi
  • 3900 saatlıq tam iş vaxtı. Ən azı 22 ay ərzində bu saat sayı yığmaq olar. İş saatlarının hesablanması zamanı, cəmi 390 əlavə iş saatı üzərinə gələ bilərsiniz
  • İş təcrübəsi Kanadaya giriş etdikdən sonra 4 il ərzində əldə olunmalıdır.

Əgər Kanada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.