ABŞ-da iş vizalarının alınması və işlər. 

ABŞ – da iş tapmaq , “Amerikan Xəyalları”nı reallaşdırmaq, müvəffəqiyətlərə çatmaq məqsədləri insanları ABŞ-a minlərlə insanın axışması üçün əsas səbəblərdir.

ABŞ – da necə iş tapmaq olar ?

  1.  Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. ABŞ – da yaşamaq və işləmək imkanı verən , “Green card” müsabiqəsində iştirak edə bilərsiniz.

ABŞ – da Work and Travel proqramı əsasında işləmək.

Gənc və tələbələr üçün, Work and Travel proqramı çərçivəsində ABŞ-da azərbaycanlılar üçün işləmək imkanları mövcüddur. Şəhərinizdə Work and Travel sahəsində çalışan bir agentlik tapıb, rahatlıqla ABŞ – da işləyə bilrəsiniz.
Work and Travel agentliklərin də qiymətlər verilən xidmət variantlarına uyğun şəkildə dəyişir:

  • Birinci variant, ABŞ-da işi özünüzün tapmasıdır. Yəni siz ABŞ – a gedirsiniz, ancaq orada işləyəcəyiniz yeri və sizə uyğun vakansiyanı özünüz tapırsınız. (belə olduğu halda təqribən 30 % - ə qədər pul qənaət etmiş olacaqsınız)
  • İkinci variantda isə, agentlik özü sizə bir neçə iş təklifi verir və siz onlardan birini seçib, ABŞ – a əlinizdə iş ola – ola gedirsiniz.

Nəzərə almaq lazımdır ki, hər vakansiya Work and Travel üçün uyğun olmaya bilər. Bu cür proqramlara uyğun vakansiyalar , daha çox mövsümü olanlardır. Yəni siz daha çox xidmət sektorunda, xadimə, kassir, satıcı, suvenir dükanında satıcı və ofisant kimi işlərdə çalışa bilərsiniz. Əlbəttə ki, istehsal müəssisələrində, tibb sektorunda və s. bunun kimi ciddi sahələrdə olan işlər , tələbələrə uyğun deyil və Work and Travel – dan məsul olan agentlik də bunu qəbul etməyəcəkdir. Məhz həmin agentlik,  J1 vizası üçün DS-2019 icazəsini verir.

2 il qaydasının nə olduğunu öyrənmək üçün bu məqaləyə nəzər salın. 

ABŞ – da sizi işə götürəcək sahibkar tapdıqdan sonra , ora necə gedə bilərsiniz ?

Aərbaycanlılar üçün ABŞ-da işləmək üçün iş vizası tələb olunur. ABŞ-da işləmək imkanı verən vizalar kateqoriyalara bölünür:

- H-1B – yüksək ixtisaslı mütəxəssislərin ABŞ – da işləməsi üçün nəzərdə tutulan , işçi vizası növüdür. İlkin olaraq 2 il müddətində nəzərdə tutulsa da, bu vizanın uzadılma imkanı da vardır. Vizanın müddəti birbaşa olaraq müqavilədə nəzərdə tutulan işin müddətindən asılıdır. H-1B işçi vizası əsasında ABŞ-da maksimum qalma müddəti altı ili keçməməlidir,

- H-2B vizaları ümumiyyətlə ABŞ-da maksimum bir il qalmaq imkanı verir və daha çox müvəqqəti işlər üçün verilir.

H-1B və H-2B vizaları üçün hansı məhdudiyyətlərin olduğunu buradan öyrənin.

ABŞ – a getmək üçün ABŞ səfirliyinə necə müraciət etmək olar?

ABŞ-ın Azərbaycandaki səfirliyi ABŞ-a giriş üçün sizə ətraflı təlimat təklif edir:

- ABŞ-dakı müvəqqəti iş vizaları barədə ABŞ-ın Azərbaycandaki səfirliyinin veb saytından DAİM VERİLƏN SUALLAR

- ABŞ-a daxil olmaq və ilk növbədə  viza almaq üçün DS-160 onlayn ərizəni doldurmalısınız.

- Azərbaycan vətəndaşlarına ABŞ İş vizası əldə etməsi üçün necə müraciət etmək olar ?

 

“Green card” çəkilişi əsasında ABŞ – a getmək imkanları.

“Green card” çəkilişini qazanmaq, azərbaycanlılar üçün Amerikaya köçmək və işləmək üçün misilsiz bir fürsətdir.

“Green card” çəkilişi tamamilə pulsuzdur,ancaq iştirak etmək üçün müraciət edən şəxslər ən azı orta təhsilli olmalı və məhkumluğu və ya viza qanunvericiliyi pozuntuları olmamalıdır.

ABŞ – da işləyərkən, azərbaycanlılar vergi ödəməlidirlərmi ?

Rezident ( daimi sakin ) olmayan əcnəbilər də,  ABŞ vətəndaşları və “green card” sahibləri ilə eyni həcmdə vergi ödəməlidirlər.

Work & Travel proqramı çərçivəsində ABŞ-da işləyən tələbələrin də vergi ödəmələri tələb olunur, lakin mübadilə proqramlarında, daha sonradan ödənilən verginin geri qaytarılması nəzərdə tutulur. Bu barədə Work & Travel agentlikləri sizə kömək edə bilər. Ümumiyyətlə burada vergi tutulmaları 100-1000 dollar arasında dəyişir və burada həmin agentliklərin, pullarınızı geri almaqda köməyi böyük olacaqdır. Vergilər haqqında daha ətraflı məlumatı buradan ala bilərsiniz. 

Əgər ABŞ - da olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.