Avstraliyada sizə ən uyğun işi tapmaq üçün nə etmək lazımdır ?

Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.

          

Avstraliyada işləmək üçün sizə ən uyğun viza tipini necə müəyyən etmək olar ?

        Avstaraliyada işləmək istəyənlər iki fərqli formada işçi vizası ala bilirlər. Bunlardan müvəqqəti və daimi işçi vizalarıdır. Bu iki viza arasında əsas fərq onların xüsusiyyətlərindədir.

  • Müvəqqəti işçi vizası müddət bitdikdən sonra rezident statusu almaq imkanı vermir. Rezident – xarici bir ölkənin ərazisində daimi olaraq yaşama imkanı olan şəxsdir.
  • Avstraliyanın daimi işçi vizası isə, vizanın müddəti bitdikdən sonra sizə rezident statusu alma imkanı verəcəkdir. Ümumiyyətlə, bu tip vizanın müddəti əslində məhdudlaşdırılmayıb, ancaq bu vizanın müddəti bitirildikdən sonra, sizdə yenədə rezident statusu qalır. Ancaq bununla bağlı olaraq müəyyən şərtlər olmalıdır. Bunlardan biri bu dövrdə sizin Avstraliyada olmağınızdır. Yəni viza müddəti bitdiyi zaman faktiki olaraq siz Avstraliyada olmalısınız. Yox əgər siz bundan sonra da , Avstraliyanın rezidenti olaraq , ölkəyə tez – tez giriş və çıxış etmə fikrindəsinizsə, vizanın bitməsi halında, rezidentin Avstraliyaya geri dönməsi ilə bağlı viza (RRV) üçün müraciət etməlisiniz. Bu müraciətin müsbət və yaxud mənfi şəkildə cavablandırılması birbaşa olaraq əvvəlki yaşayış dövrünün müddətindən asılıdır.

Daha ətraflı şəkildə Avstraliyada mövcud alan işçi vizaları haqqında məlumat əldə etmək istəyirsinizsə, “Avstraliyada işçi vizaları” məqaləsindən oxuya bilərsiniz.

Visa Finder sizə kriteriyalarınıza ən uyğun vizanı tseçməyə imkan verəcəkdir. 

Avstraliyada işçi vizasının alınması ilə bağlı bal sistemi nədir ?

Sizin Avstraliyada işləmək üçün nə qədər uyğun olduğunuzu müəyyən etmək üçün xüsusi bir bal sistemi mövcuddur. Burada sizin minimal bir keçid balını toplamağınız lazımdır. Bu keçid balı sizin Avstraliyada işçi vizası almanız üçün lazımlı olacaqdır. Hal – hazırda minimal keçid balı 60 baldır. Bu test zamanı keçid balının hansı kriteriyalara və dəyərləndirmələrə uyğun şəkildə hesablanma, məhz bu məqalədən hesablana bilər.

Ancaq reallıq odur ki, hələ keçid balının toplanması sizin Avstraliyada işləmək üçün icazə alacağınız mənası daşımır. Periodik olaraq icazələr, müəyyən edilmiş kvotaya uyğun olaraq, növbədə olan ən nüfuzlu müracətçilər tərəfindən verilir. Kvotaların sayı raundlarla müəyyən edilir. Raundlar ayda iki dəfə keçirilir, onların keçirilmə vaxtı haqqında məlumatlar isə, öncədən bildirilir. Yaxın gələcəkdə keçiriləcək raundlar haqqında məlumatı İnvitations Raund keçidindən öyrənmək mümkündür.

Avstraliyada işçi vizasının əldə olunması üçün nə etmək lazımdır ?

1 iyul 2012 tarixindən başlayaraq, potensial miqrantlar, 189, 190 və 469 (GSM vizalar) altsinifləri üzrə Avstraliyada işçi vizası almaq üçün SkillSelect sistemindən istifadə etməlidirlər. Nəzərə almaq lazımdır ki, müraciətlər həm Avstraliyada olarkən, həm də istənilən bir ölkədən edilə bilər. Saytımızda bu mövzuyla bağlı məqalə ilə tanış olaraq, daha ətraflı məlumat ala bilərsiniz.

SkillSelect – onlayn müraciətlərin olunması üçün elektron bir xidmətdir. İlkin olaraq Avstraliyada işləmək üçün miqrantlar istəklilər siyahısından qeydiyyatdan və  ballar əsasında olan testi keçməlidir. Bundan sonra onlara reytinq veriləcəkdir. SkillSelect sizin nəticələri yoxlayıb, balları toplayaraq sizin tələblərə uyğun olub  - olmadığını müəyyən edir. Bundan sonra isə nəticələr ötürüləcəkdir. Müraciət əsasında siz faktiki olaraq, sizə hansı balın verildiyini öyrənəcəksiniz. Ən əsası da belə bir müraciət üçün heç bir formada sizdən hər hansı bir ödəniş tələb olunmur.

Siz müraciət formasını doldurub, yönləndirəndən sonra,SkillSelect tərəfindən sizin müraciətinizin qəbulu haqqında məlumat gəlməlidir. Bu andan etibarən sizin müraciətiniz, SkillSelect – də iki il ərzində saxlanılacaqdır. Əgər bu müddət ərzində sizin müraciətiniz qəbul edilsə, bu halda siz icazəni aldıqdan sonra lazımı sənədləri vizanın alınması üçün “Peşəkar miqrasiya” ya yönəldə bilərsiniz.

GSM ( General Skilled Migration ) vizaların əldə olunması üçün müraciət online olaraq edilir.

Avstraliyada viza almaq barədə yeni nələr var ?

Hal – hazırda əvvəllər olduğu kimi miqrantın xarici pasportuna viza stikerinin vurulması məsələsi yoxdur və buna artıq heç ehtiyac da yoxdur.  İndi verilən viza haqqında bütün məlumatlar Visa Entitlement Verification Online (VEVO) elektron bazasında mövcuddur. Vizanın verilməsinə sübut olaraq, elektron və yaxud adi poçt (əgər email ünvanı göstərilməyibsə) vasitəsiylə məktub yollanılır. Bu məktubda viza haqqında bütün məlumatlar mövcud olur.

Diplomu Avstraliyada tanın universitetlərdən məzunlar üçün viza.

Bu viza növü birbaşa olaraq, mühəndislik ixtisasları üzrə Avstraliyada diplomu rəsmi şəkildə tanın xarici universitetlərin məzunları üçün nəzərdə tutulur. Burada əsas şərt şəxsin məzun olmasının üzərindən iki ildən çox vaxtın keçməməsidir.

Belə bir vizanın alınması üçün ballar əsasında olan testi keçmək lazım deyil, ancaq gələcəkdə rezident statusu almaq istəyiniz varsa, GSM viza üçün bu testi keçmək lazım olacaqdır.

Bu viza növü haqqında saytımızda bununla bağlı olan məqalədən öyrənə bilərsiniz. Avstraliya tərəfindən tanınan universitetlər sırasında ölkəmizin universitetlərindən heç biri olmasa da, burada azərbaycanlıların təhsil üçün daimi olaraq getdiyi qonşu ölkələrin universitetləri mövcuddur. Tam siyahı ilə, buradan tanış ola bilərsiniz.

GSM viza ilə Avstraliyada işləmək üçün hər hansı dil biliklərinə ehtiyac varmı ?

Müraciət etdiyi zaman müraciətçi artıq dil ingilis dili biliyini ölçən testdən keçmiş olmalıdır. Bunun üçün İELTS imtahanı verilməlidir və Avstraliya üçün minimum olaraq 6 bal toplanılmalıdır və testin verilmə anının da üzərindən üç il keçməməlidir.

İELTS  haqqında ətraflı məlumat.

Avstraliyada getmədən öncə tibbi müayinədən keçmək zəruridir.

Avstraliyaya 6 aydan çox müddəti olan viza almaq üçün , tibbi müayinədən keçmək məcburidir.
Tibbi müayinənin nəticələrinin müddəti  məhduddur.