Fransada necə iş tapmaq mümkündür ?

  1. Bunun üçün www.workay.net saytının vakansiyalar bölməsinə baxmaq yetərlidir.
  2. Avropa Birliyinin mavi kartı  – Avropa İttiqafı ölkələrinin bu layihəsi ABŞ – ın Green Card sisteminə bir cavabdır. Bu sistem sayəsində Avropa İttiqafı ölkələrinə daxil olmayan ölkələrdən ağıllı və istedadlı insanları bura cəlb etmək mümkündür. Mavi kart sistemində yeni profl yaratmaqla siz xaricdə olan işə götürənlərin təklif etdiyi vakansiyalar ilə tanış ola bilərsiniz.

Fransaya leqal şəkildə getmək üç daha sonra nə etmək lazımdır ?

01.06.2009-cu ildən etibarən uzunmüddətli viza sahibləri üçün yeni qaydalar qüvvəyə mindi. İndi uzunmüddətli işçi vizaları  iki yerə bölünür: yaşayış icazəsi tələb etməyən uzunmüddətli işçi vizasıyaşayış icazəsi tələb edən uzunmüddətli işçi vizası.

Yaşayış izni tələb etməyən işçi vizası. Belə viza əsasında Frasnaya gəldiyiniz zaman, həmin vizanın etibarlı olması və sizin Fransaya gəlişinizin leqal sayılması üçün bir neçə addım atmalısınız. İlkin olaraq, sizin vizanınızın , həm də yaşayış izni olaraq, qəbul edilməsi üçün , onun OFII ( Fransa İnteqrasiya və İmmiqrasiya İdarəsi ) tərəfindən təsdiqlənməsi lazımdır. Bunun üçün siz Fransaya gəldikdən sonra :

  • Bunun üçün xarici işçi, ona viza ilə birlikdə verilən, “Demande d'attestation OFII” formasına , Fransaya gəliş tarixini, öz koordinatlarını və ona verilən vizanın nömrəsini qeyd etməlidir. Bununla da OFII, lazım olduğu halda, sizi tibbi müayinə, ilkin qəbul və görüş üçün rahatlıqla tapa bilər.
  • Daha sonra bu formaya, gömrük xidməti tərəfindən sizin xarici pasportunuza vurulan möhürün olduğu, səhifələrin nüsxəsini əlavə edərək, onu OFII – nin sizin yaşayış yerinizə uyğun gələn, regional idarələrinə yollamalısınız.

Yaşayış icazəsi almaq. Yaşayış izni tələb etmək üçün yerli prefekturanızla əlaqə saxlamalısınız. Prefekturanın işçiləri sizə lazımı formaları verəcək və Fransada qalmağınızın məqsədindən asılı olaraq hansı sənədləri təqdim etməli olduğunuzu bildirəcəkdir. Daha ətraflı məlumatı buradan ala bilərsiniz. 

Fransaya necə işçi vizası (D kateqoriyalı)  almaq olar ?

   
Uzunmüddətli viza üçün müraciətlər, məhz müraciətçinin yaşadığı ərazilərdə yerləşən viza mərkəzləri vasitəsiylə əldə edilə bilər.
Fransa Respublikasına müraciət üçün nələrin lazım olduğunu birbaşa olaraq, Fransanın Bakıdakı səfirliyinin saytından öyrənmək mümkündür.

 

OFII iş vizası
AU Pair (Ailə birləşməsi)
viza "Səriştələr və istedadlar"
"Tətil və iş" vizası.
Digər vizaların siyahısı.

OFII formaları

Tibbi müayinə.

Xarici işçilər, Fransaya gəldikdən sonra, imzalanmış əmək müqaviləsini və tibbi arayışı, Fransanın İnteqrasiy və İmmiqrasiya İdarəsinə (OFII) təqdim etməlidir. Tibbi müayinə həm yaşadığınız ölkədə (əgər orada OFII – in bir ofisi varsa), həm də Fransada, Fransaya giriş tarixindən sonra üç ay ərzində aparıla bilər. Əcnəbilər Fransaya gəldikdən sonra, üç ay ərzində tibbi arayış təqdim etməsə və yaxud ümumiyyətlə tibbi müayinədən keçməsə,  ona verilən yaşayış icazəsi ləğv ediləcəkdir.

Əgər Fransada olduğunuz müddət ərzində sizə təcili olaraq Azərbaycan səfirliyinin köməyi lazım olsa, ən yaxında olan adresləri bu siyahıdan tapa bilərsiniz.